Azərbaycanda əməyin mühafizəsi üzrə yeni fond yaradılır (YENİLƏNİB)

28 Sen 2018
19 baxış

Azərbaycanda Dövlət Əməyin Mühafizəsi Fondu yaradılır.

Boyukmillet.com-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası, İcbari Sığorta Bürosu və sığorta şirkətləri arasında əməkdaşlıq haqqında memorandumun imzalanması mərasimində deyib.

S.Babayev bildirib ki, Fond nazirlik yanında fəaliyyət göstərəcək: "Fond əməyin mühafizəsi sahəsində fəaliyyətin əlaqələndirilməsini təmin etməklə, bu sahədə profilaktik tədbirlərin həyata keçirilməsini, əməyin mühafizəsi normaları, standartları və qaydalarının hazırlanmasını dəstəkləyəcək".

Nazir əlavə edib ki, müvafiq sahə üzrə mütəxəssislərin hazırlanmasının, əməyin mühafizəsi sahəsində təbliğat-maarifləndirmə işlərinin təşkili, işçilərin istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbari sığorta edilməsinin təbliği və s. də Fondun fəaliyyət istiqamətləri olacaq:

"Bizim məqsədimiz istehsalatdan bədbəxt hadisələrdən icbari sığortaya cəlb olunmanı genişləndirməkdir. Təəssüf ki, sığortanın bu növü icbari olsa da, ona cəlb olunma səviyyəsi tam deyil. Əmək qeydiyyatının qeydiyyatı sistemi yolu ilə bütün içşilərin bədbə\xt hadisələrdən tam sığorta olunmasını təmin etmək istəyirik. Eyni zamandan sığorta şirkətləri ilə birgə istehsalatda bədbəxt hadisələrin azaldılması istiqamətində tədbirlər keçirməyə hazırlaşırıq".

Qeyd edək ki,artıq nazirlik tərəfindən Fondun Əsasnamə layihəsi hazırlanaraq baxılması üçün aidiyyəti qurumlara təqdim olunub.

Dövlət Əməyin Mühafizəsi Fondu əməyin mühafizəsi sahəsində vahid dövlət siyasətinə uyğun olaraq həyata keçirilən əməyin mühafizəsi tədbirlərinə maddi-texniki dəstək verəcək. Qeyri-kommersiya qurumu kimi təşkil ediləcək Fond dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslər ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərəcək.

(Trend.az)

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq