Azərbaycanda ən çox saxtalaşdırılan pul nişanları hansılardır?

02 Okt 2018
39 baxış

Azərbaycanda ən çox saxtalaşdırılan pul nişanları açıqlanıb.

Boyukmillet.com xəbər verir ki, ölkədə daha çox 5 manatlıq əskinaslar saxtalaşdırılır - 32 faiz.

Sonrakı yerləri 1 (29 faiz) və 20 manatlıq (15 faiz) əskinaslar tutur.

100 manatlıq kağız pulların payına saxtalaşdırılan pul nişanlarının 10 faizi, 10 manatlıq - 7 faiz, 50 manatlıq əskinasların payına isə 6 faizi düşür.

Bu yaxınlarda buraxılmış 200 manatlıq əskinasların saxtalaşdırılması hallarına rast gəlinməyib.

(Milli.Az)

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq