Naxçıvanda Novruz bayramı “Naxçıvanqala”da qeyd olunacaq

14 Mar 2019
23 baxış
Naxçıvanda Novruz bayramı “Naxçıvanqala”da qeyd olunacaq
Novruz bayramı hər il Naxçıvanda xüsusi təntənə ilə keçirilir.Bu ənənəyə sadiq olaraq Novruz bayramı bu il "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksində qeyd olunacaq. 
BOYUKMILLET.COM.COM xəbər verir ki, bayram şənliyi martın 19-da saat 11:00-da başlayacaq. Şənliklər çərçivəsində xalq yaradıcılığı və folklor nümunələrimiz, milli musiqi və yallılarımız, rəngarəng konsert proqramları, teatr tamaşalarından səhnəciklər şənlik iştirakçılarına təqdim ediləcək. Burada həmçinin milli mətbəx nümunələrimiz də bayram tədbirinin iştirakçılarına təklif ediləcək.
Bu xəbərə səs ver
(0 səslər)

Reytinq