İSBAM 15 iyun qurtuluş gününü qeyd etdi

11 İyu 2019
18 baxış

                     boyukmillet.com İSBAM mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) təşkilatçılığı ilə 15 iyun Milli Qurtuluş günü qeyd edilib.

          İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) təşkilatçılığı və “Dövlət və Qanun” qəzetinin informasiya dəstəyi ilə Respublika Veteranlar Təşkilatında 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov qurtuluş gününün mahiyyəti haqqında və Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın xilası üçün həyata keçirdiyi fəaliyyətlərlə bağlı fikirlərini iştirakçılarla bölüşdü. Daha sonra İSBAM sədri Samir Adıgözəlli çıxış edərək aşağıdakıları bildirib:        

         1993-cü ilin 15 iyununda ümummilli lider Heydər Əliyevin Milli Məclisə sədr seçilməsi ilə Azərbaycanda yeni siyasi mərhələnin əsası qoyuldu. Yaranmış ictimai-siyasi böhrandan, vətəndaş qarşıdurmasından qurtuluş yolu məhz bundan sonra başladı. Ümummilli Lider Heydər Əliyevin unikal təcrübəsinin, dövlətçilik bacarığının nəticəsində zamanında doğru addım atıldı, destruktiv qüvvələr zərərsizləşdirildi, ölkə vətəndaşları rahat nəfəs almağa başladı. Ulu öndər Heydər Əliyevin sistemli həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycanı parçalamağa yönəlmiş separatçı qüvvələr məharətlə zərərsizləşdirilib. Məhz Heydər Əliyevin o dövrlər zəngin təcrübəsindən irəli gələn taktiki-stratejik addımlar nəticəsində dövlətçilik ənənələrinin fundamenti qoyuldu və Azərbaycan sabit və dinamik inkişaf edən yola qədəm qoydu. Samir Adıgözəlli çıxışının sonunda 15 iyun Milli Qurtuluş Gününü Azərbaycan tarixinin ən şərəfli günlərindən biri olduğunu və bu dövr ictimai-siyasi proseslərin gənc nəsil tərəfindən öyrənilməsinin vacibliyini bildirdi.

         Sonra tədbirdə Dövlət Təhlükəsizlik Xidmətinin “Alyans” Veteranlarlar Birliyinin sədr müavini, polkovnik Azər Qarayev, İSBAM sədrinin müşaviri, “Dövlət və Qanun” Yasəmən Möhübbətqızı, yazıçı-publisist Azər Hacıbəyli, Böyük Vətən Müharibəsi iştirakçısı, Respublika Veteranlarlar Təşkilatının Nəsimi rayon şöbəsinin sədri İsmayıl Fərəcov,  Olimpiya Çempionu Araz Musayev və başqaları çıxış edərək 15 iyun qurtuluş gününü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını, dövlətçiliyimizin təməlinin möhkəmləndirilməsində bu tarixi günün xüsusi əhəmiyyətini əhatə edən fikirlərini tədbir iştirakçıları ilə bölüşdülər.

          Tədbirdə həmçinin Dövlət Təhlükəsizlik Xidmətində Heydər Əliyevlə birlikdə fəaliyyət göstərmiş “Alyans” Veteranlarlar birliyinin sədri polkovnik Şamil Süleymanlının xatirələrindən ibarət, yazıçı-publisist Azər Hacıbəylinin qələmə aldığı “Əməliyyat müvəkkili” kitabı da tədbir iştirakçılarına təqdim olunub.

 

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq