Burda göstərilən tarixə olan xəbərlər: Cümə, 06 Aprel 2018

İnterpress.az xəbər verir ki, aprelin 6-da AMEA Mərkəzi Elmi Kitabxanasında diaspor üzvləri ilə “Skype-call” görüşü olub. Tədbir Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Nərgiz Xələfin təşəbbüs və təşkilatçılığı, AMEA Yüksək Texnologiyalar Parkı və Diaspor Jurnalistləri Birliyinin dəstəyi ilə könüllü olaraq keçirilib. Paytaxt və regionlarda fəaliyyət göstərən 25-ə yaxın QHT-rəhbərinin, eləcə də diaspor üzvlərinin iştirak etdiyi konfransda diaspor təşkilatlarının sosial şəbəkələrdə dövlətçiliyə qarşı aparılan qara kampaniyalara cavab tədbirlərinin görülməsindən danışılıb.

Öncə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Nərgiz Xələf qeyd edib ki, Azərbaycan dövlətinin imicinə xələl gətirən hər hansı kampaniyaya qarşı vətəndaşı cəmiyyəti öz mövqeyini nümayiş etməlidir.

Sonra Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadə iştirakçılara Almaniya, Hollandiya, Fransa, Rusiya və ABŞ-dan qoşulan virtual qonaqlar haqqında danışıb. O bildirib ki, istər ölkə daxilində, istərsə də xaricdə vətənpərvər soydaşlarımız azərbaycançılıq ideologiyası ətrafında birləşərək dövlətçiliyin əleyhinə olanlardan gözlənilən təhlükələrin qarşısının alınması üçün aktiv güc birliyi ortaya qoymalıdırlar.

Millət vəkili Adil Əliyevsə qeyd edib ki, xaricdəki soydaşlarımız hər zaman Azərbaycan dövlətinin və xalqının yanındadırlar: “Sosial şəbəkələri söyüş qrupunun və onların arxasındakı gizli qrupların alətinə çevrilməsinə imkan verməməliyik. Bu, təhlükəsizlik probleminə çevrilir. Ona görə də təbliğat işi daha da gücləndirilməlidir”.

Daha sonra diaspor üzvləri ilə “Skype” bağlantı yaradılıb. Azərbaycan-Amerika Qadın Cəmiyyətinin və Nyu-York Azərbaycan Evinin rəhbəri Minəvvər Vahabova xain qüvvələrin heç bir siyasi etikaya uyğun olmayan bu addımlarının sifarişli olduğunu deyib.

Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Naibə Hacıyeva deyib ki, xaricdə vətənini layiqincə təmsil edənlər bu qarayaxma kampaniyasını birmənalı şəkildə rədd edirlər: “Onların bir çoxu Almaniyada oturum almaq üçün bu qarayaxma kampaiyasını aparırlar. Bunula bağlı Almaniyanın aidiyyəti qurumlarına müraciət edəcəyik”.

Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva Avropadakı soydaşlarımızı Azərbaycana qarşı aparılan bu çirkin kampaniyaya etirazını bildirməyə çağırıb.

Benilüks Azərbaycanlıları Konqresinin birinci vitse-prezidenti Elsevər Məmmədov ölkəmizlə bağlı sosial şəbəklərdə yalan məlumatların yayılmasını pisləyib və soydaşlarımızı virtual həmrəyliyə səsləyib.

Rusiyada Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun sədri Şamil Tağıyev deyib ki, ölkəmizlə bağlı sosial şəbəkələrdə böhtan xarakterli xəbər və videolar yayanlar ifşa olunmaldır.

Almaniyadakı Azərbaycan Türk Kültür və Dayanışma Dərnəyinin rəhbəri Ufuk Kamal bu qaraguruhuçuların Kölndə yaratdıqları təxribatlarla bağlı yerli polisə müraciət edəcəyini deyib.

Tədbirdə iştirak edən Rusiyada Azərbaycan diasporunun fəal nümayəndəsi, siyasi və ictimai xadim Səadət Qarayeva bildirib ki, harada yaşasaq da obyektiv səbəbləri göstərərək Azərbaycanın imicini qoruyub saxlamaq ən əsas öhdəliyimiz olmalıdır.

“Hollandiya Azərbaycan Evi”nin sədri Elxan Mirhəşimli, Polşada Azərbaycanlı Gənclər Şurasının sədri Nail Əhmədzadə, “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin sədr müavini Elvin Babayev, AMEA Mərkəzi Elmi Kitabxanasının şöbə müdiri Elnur Eltürk, Diaspor Jurnalistləri Birliyinin Baş katibi Siyavuş Əmirli, “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova, “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyinin sədri Ziba Nəbiyeva, Gənclərin Həmrəyliyi İctimai Birliyinin sədr müavini Zülfiyyə Nuriyeva, “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Samirə Mustafayeva, Gəncə Regional Qadın Mərkəzinin sədri Məleykə Əlizadə, iqtisadçı ekspert İndira Şəmsivari, "Vəfa" Sosial-İctimai Birliyinin sədri Fatimə Hacıbəyli, Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyinin sədri İradə Əlili, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası təşkilatının sədri Lalə Mehdiyeva və digərləri də çıxış edərək sosial şəbəkələrdə Azərbaycan dövlətinin imicini ləkələməyə çalışanlara qarşı aktiv olmağa çağırıblar.


Diaspor və QHT-lərin Əməkdaşlıq Platforması yaradılır - FOTO

 

Diaspor və QHT-lərin Əməkdaşlıq Platforması yaradılır - FOTO
Nəşr olunub CƏMİYYƏT

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Türkiyənin A-Haber televiziyasına müsahibə verib.

Jirinovski Orta Şərqdə baş verənlər, Türkiyə-Rusiya münasibətləri haqqında fikirlərini bölüşüb. 

Jirinovski müsahibənin sonunda türk dilində Türkiyə ilə bağlı xoş fikirlər səsləndirib: “Mən Türkiyənin dostuyam. Nə mutlu türkəm deyənə. Sevəməz kimsə səni mənim sevdiyim qədər, Sən olmasaydın – Türkiyə, bu həyat nəyə yarar”!

 (Turkustan.info)

 
Nəşr olunub DÜNYA

Rusiya mediası Vladimir Putinin Ankaraya gəlişi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Akkuyu Atom Elektrik Stansiyasının təməl qoyma törənində iştirakı və prezidentlərin  təkbətək görüşləri ilə bağlı detallı yazılarla çıxış edib. Görüşlər detallı şəkildə işlənib.

Rusiya Dövlət Televiziyası “Rusiya 1 TV”, Putinin Türkiyə səfərini tarixi adlandırıb.

“Rusya 1 TV”-dən Pavel Zarubin Putinin limuzinini rəsmi səfərlərdə zəruri olmamasına baxmayaraq atlı bir birliyin müşayiət etməsinin böyük bir qarşılama senarisi olduğunu, Ərdoğanın bu mərasim üçün israr etdiyini bildirib.

Zarubin, iki ölkə arasında əməkdaşlığın strateji əhəmiyyətini vurğulayarkən, Türkiyə və ABŞ arasındakı ziddiyyətlərdən də danışıb. Onun fikirincə, Türkiyənin Rusiyadan  S-400-ləri alması ABŞ-a bir mesajdır.

Zarubin nüvə stansiya haqqında isə “Türkiyə 50 illik xəyalını reallığa çevirdi” ifadələrini işlədib.

Rusiyanın NTV kanalı isə Putinin Ankara üçün” ən cəlbedici ziyarətçi” olduğunu və bu səfər Putinin yeni prezidentliyi dövründə ilk xarici səfəri olmasına diqqət çəkib.

Pervıy Telekanalın (Kanal Bir) aparıcısı Kirill Semyonov isə Rusiya ilə Türkiyənin əsrlərdir “Qərb istədiyi üçün” düşmən olduğunu deyib:

“Önce İngiltərə, sonra Almaniya və sonra da NATO rəisi ABŞ iki ölkənin düşmən olmasını istədi. Amma indi, tarixdə ilk dəfə Türkiyə bizim dostumuz və regionda açar tərəfdaşımızdır”.

“Moskovsky Komsomolets” qəzetində Yekaterina Piçuqinanın ”Böyüyən məhəbbətimizin önündəki pomidor maneəsi” başlıqlı məqaləsində Putinin Türkiyədə pomidor alveri məsələsini də müzakirə etdiyini yazıb.

(Avropa.info)

Nəşr olunub DÜNYA

“Yunanıstan bizim bir vilayətimiz boyda ölkədir. Rahat durduğu müddətdə bir şey demərik”.

Bu sözləri Türkiyə baş naziri Binəli Yıldırım deyib. Yıldırım son günlər Yunanıstanın Türkiyəyə qarşı olan açıqlamalarına işarə edib.

Yunanıstan bizim bir vilayətimiz boyda ölkədir. Nə isə, qonşumuzdur yenə də. Rahat dayandığı müddətdə bir şey demərik”- Binəli Yıldırım belə deyib.

(avropa.info)

 
Nəşr olunub DÜNYA

Türklər növbəti dəfə İran televiziyasında təhqir olunub.

Bu dəfə türklər Novruz bayramı verilişlərində, daha dəqiq desəsək “Kalanşəhər” serialında bir aktyorun simasında təhqirə məruz qalıb.

Müəllifi və rejissoru Xosrov Kərimi olan “Kalanşəhər” serialı 10 bölümdən ibarətdir. Serialda Azərbaycan türkü olan Ayaz adlı bir kəndlidən bəhs olunur. İş, şöhrət və pul əldə etmək üçün Tehrana gedən Ayazla digər aktyorla arasındakı dialoqda bəzi türk sözlərindən də istifadə olunur. Videoda göründüyü kimi, Ayaz qorxaq, sadəlövh və gerizəkalı bir insan kimi təsvir olunur, ona “eşşək” kimi təhqiramiz sözlərlə xitab edilir.

Türk ləhcəsi ilə fars dilində danışan Ayazın bütün hərəkətləri davamlı olaraq gülünc doğurur. Bu vəziyyət seriyalın bütün bölümlərində müşahidə olunur.

İranda Türk kimi təqdim olunan aktyorlara aşağılayıcı rolların verilməsi faktına hər zaman rast gəlinir. Ölkə televiziyalarında ən çox türk və ərəb millətlərinə qarşı irqçi hərəkətlərə yol verilir. Elə son günlərdə ərəblər televiziyada kimliklərinin təhrif etdildiyinə görə Əhvaz şəhərində kütləvi etiraz aksiyaları keçirdilər. Belə aksiyalar, hətta daha şiddətlisi Güney Azərbaycan şəhərlərində dəfələrlə keçirilib.

(gunaz.org)

Nəşr olunub DÜNYA
Dünən axşam İctimai Televiziyanın efirində prezidentliyə namizədlərin debatının sonunda Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevi barəsində ittihamlar səsləndirib.
 
BakuPost xəbər verir ki, o, deputatı Azərbaycanı Rusiyanın təsirinə salmaq barədə fikirlər səsləndirməkdə suçlayıb.
 
Məsələ ilə bağlı Modern.az-a açıqlama verən prezidentliyə namizəd, Milli Məclisin deputatı Qürdət Həsənquliyev bildirib ki, Sərdar Cəlaloğlunun ona bu şəkildə hücumu bir neçə səbəbdən ola bilər:
 
"Bir neçə il öncə o, dəfələrlə qəbuluma gəldi ki, adını çəkmək istəmədiyim, Prezident Administrasiyasında işləyən bir məmur ayda ona 10.000 dollar pul verir, amma o şübhələnir ki, həmin məmur ona pul "atır”. Məndən xahiş etdi ki, bu məsələyə aydınlıq gətirmək üçün ona kömək edim. Mən də dedim ki, bu çox çətin məsələdir, amma çalışaram nəsə öyrənim. Bundan sonra daha bir neçə dəfə gəldi ki, bəs nə oldu?
 
Onu mənim qapım ağzında boynubükük vəziyyətdə çox adam görüb. Dedim, təəssüf ki, heç nə öyrənə bilmədim. Bundan sonra o, məndən narazı qaldı. Bu hadisədən bir müddət sonra Türkiyə Suriya ilə sərhəddə rus təyyarəsini vurdu və mən həmin olaya münasibət bildirdim. Dedim ki, Türkiyənin buna tam hüququ çatsa da, siyasi baxımdan yanlış qərardır.
 
Zaman da mənim dediklərimi təsdiq etdi. Amma həmin vaxt bu adam gözləmədiyim halda məni Rusiyayönümlü olmaqda ittiham etməyə başladı. Bunun səbəbi təkcə məndən narazı qalması deyildi.
 
Türkiyə səfirliyinin keçmiş əməkdaşı Turgut Ər onu PKK lideri Dilanla görüşməkdə ittiham etmişdi və o, keçmişini unutdurmaq istəyirdi.
 
Üçüncü səbəbi isə ola bilərdi ki, debat zamanı cəsarəti çatmadı ki, mənim kimi desin, torpaqlarımızın işğalının arxasında Rusiya dayanıb.
 
Eyni zamanda onun Türkiyə ilə konfederativ dövlət yaradacağı açıqlaması ciddi insanlar arasında gülüş doğurmuşdu.
 
Mənim də deməyim ki, Razi bəyin Pakistanın nüvə silahını Azərbaycana gətirəcəyi nə qədər realdırsa, Sərdar bəyin də Konfederasiyası o qədər realdır, bu,ola bilsin ki, onu qıcıqlandırdı.
 
Artıq kimsə onu başa salmışdı ki, bu təkliflə özünün qeyri-ciddi adam olmağını təsdiq edib. O da mənə hücum edəndə demədi ki, mən niyə konfederasiyaya qarşıyam. Dedi ki, guya mən Türkiyə Azərbaycan dostluğuna qarşıyam”.
 
Prezidentliyə namizəd Q.Həsənquliyev qeyd edib ki, o, Qarabağ savaşında qardaş Türkiyə ilə bağlı xalqımızda illüziya yaradılmasının əleyhinədir: 
 
"Mən deyəndə ki,Türkiyə Kəlbəcərdən dinc sakinlərin çıxarılması üçün Elçibəyə iki mülki vertalyot verməyib, məni düz danışmamaqda ittiham edirdilər.
 
Sonra İsgəndər Həmidov sağ olsun, Elçibəyin videomüsahibəsini yaydı, həmin adamlar susdu. Mən deyəndə ki, Qərb Türkiyəni məcbur etdi ki, müharibənin ən şiddətli dönəmində Ermənistana taxılla yardım etsin, yenə heç kim inanmadı. Amma sonra həmin vaxt Türkiyənin xarici işlər naziri olmuş Hikmət Çətin "Kanal D”də bunu açıq söylədi.
 
Yaxud biz hamımız bilirik ki, Prezident İlham Əliyevin sərt təpkisi olmasaydı, Sürix protokolları icra olunacaqdı.
 
Futbol diplomatiyasını da heç kim yaddan çııxarmayıb,Türkiyənin Ermənistanla bugünkü ticarət əlaqələrini də. Bütün bunlardan başqa Türkiyə bizə kömək etsəydi, niyə torpaqlarımız işğal olunurdu və 30 ildir işğal altındadır?!
 
Mən bilirəm ki,Türkiyənin münaqişəyə qatılması Rusiyanın da açıq formada müdaxiləsinə imkan yarada bilər, ona görə də istəyirəm xalqımız hər şeyi açıq bilsin. Biz özümüzə güvənməli və torpaqlarımızı özümüz azad etməliyik. Mənim dediyim budur”.
 
(Bakipost.az)
Nəşr olunub SİYASƏT
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin onun Prezident Administrasiyasında işləyən məmurdan ayda 10 min dollar pul alması ilə bağlı iddialarına cavab verib. 
 
S. Cəlaloğlu BakuPost-a açıqlama verərək Q. Həsənquliyevdən həmin məmurun adını çəkməsini istəyib: "Demir ki, Prezident Aparatından kimsə mənə 10 min dollar pul verib? Onun adını çəksin. Desin ki, filankəs mənə 10 min pul verirdi. İkincisi, sual verən lazımdır, sən kim idin ki, Sərdar Cəlaloğlu gəlib bunu sənə deyib və səndən guya, həmin məmurun pul "atmasını” araşdırmağını istəyib? Deməli PA-dakı adamın adamısan da... Sənin o adamlarla əlaqən yoxdursa, mən niyə sənin yanına gəlim? Deməli, bu şeylərin hamısında sənin əlin var”.
 
O, Q. Həsənquliyevi yalan danışmaqda ittiham edib: "Gözünün içinə qədər yalan deyir, böhtandır. Özündən uydurur hamısını. İstəyir ki, bizim siyasi polemikamız şəxsi müstəviyə keçsin. Onun buradakı fəaliyyəti ört-basdır olsun. O şəxsi kontekstdə nə deyir desin, məni maraqlandırmır. Mən onu bilirəm ki, o, həm parlamentdə, həm seçkilərdə, həm də cəmiyyətdə Rusiyanın sözçüsüdür. Azərbaycanı Rusiyaya tərəf dartmaqla məşğuldur”.
 
S. Cəlaloğlu deyib ki, Q. Həsənquliyev siyasi diskussiyanı şəxsi müstəviyə çəkməklə əsas məsələdən yayınmaq istəyir: "Deyir ki, Sərdar Cəlaloğlu mənə hücum çəkib. Ondan soruşmaq lazımdır ki, sən hücuma layiq adamsan? Sən kimsən ki? Kimin dilmancısan? Sənin Azərbaycanda sözünün çəkisi varmı? Sən Əli Kərimlinin müavini idin, necə getdin filankəsin qulluqçusu oldun? Ondan soruşmaq lazımdır ki, necə olub ki, 4 dəfə deputat seçilib və onu niyə deputat ediblər? Qara-qaşına gözünə arxayın olublar? Sən Əli Kərimlinin müavini idin, elə idisə, Əli Kərimlini deputat edəydilər, niyə məhz sən? İkincisi, bizim diskussiyamızı şəxsi məsələlər üzərinə gətirməklə özünün Rusiyanın buradakı adamı olma məsələsini ört-basdır etmək istəyir. Amma bacara bilməz. Azərbaycanda hamı bilir ki, o adam ardıcıl olaraq anti-türk mövqedən çıxış edir. Rusiyanın buradakı qüvvələrinin təmsilçisi kimi, Azərbaycan müstəqilliyi və suverenliyinə zidd mövqedən çıxış edir. Azərbaycanın təzədən Rusiyanın boyunduruğuna salınması istiqamətində ardıcıl olaraq ideyalar səsləndirir. Onun mövqeyi budur. İstəyir ki, mən də ona şəxsi müstəvidə cavab verim, məsələ yayınsın, amma onda o qabiliyyət də yoxdur”.
 
(Nigar Etibar, Bakipost.az)
 
Nəşr olunub SİYASƏT

Millət vəkili Hadi Rəcəbli "BBC Azərbaycanca – BBC Azeri"nin qonağı olub.

“Avropada vətəndaş nikahı deyilən yalançı nikahlar var. Rəsmi nikah orda yoxdur. Buna baxmayaraq, orda da nikahdan boşanma olur. Rusiyada nikahdan boşanma 50 faizdir, Azərbaycanda isə 12 faizdir”. 

Bunu Milli Məclisin deputatı Hadi Rəcəbli “BBC Azərbaycanca”nın efirində deyib. Deputat Azərbaycan ailələrində baş verən boşanma hallarından danışıb: “Əlbəttə, Azərbaycanda boşanmaların sayı bizi də narahat edir. Gəlin görək, boşanmalarının səbəbini araşdırmışıq? Azərbaycanda boşanma hallarının səbəbi nədir? Feysbuk. Mənim dədəm belə dedi, sənən elə danışdı. Boşanmaların səbəbi kimi sosial şəbəkələrdir. Maddiyyat burada sonrakı mərhələdir. Çünki, bir-birini sevənlər bir-birinə dəstəklər olurlar, maddiyyat və sosial məsələlər onlar üçün axrıncı yerdədir. Mən bunu sizə bir peşəkar mütəxəssis kimi əminliklə deyirəm. Birinci yerdə gedir, emosiayalar, ikinci yerdə ailə müdaxilələri. Amma çox təəssüflər olsun ki, bəziləri boşanma məsələsində bunları qoyur bir tərəfə və sosial məsələlərdən yapışırlar. Əlbəttə, bunları istisna etmək olmaz”. 

H.Rəcəbli efirdə qohumlarının sayından da danışıb: “Mən buradan sizlərə bir məsələni demək istəyirəm. Parlament deyəndə, deputat deyəndə elə təsəvvür edirlər ki, biz dünyadan təcrid olunmuşuq. Mənim 4500 nəfər xalam oğlu, bibim oğlu, dayım oğlu, əmim nəvəsi və s belə qohum-əqrəbam var. Lənkəranda yaşayırlar. İmkanı zəif olanı da var, imkanı yaxşı olanı da var. Cəmiyyətdə baş verən bütün proseslərdən xəbardaram. Amma niyə biz neqativləri qabardıb, yaxşı işlərlə maraqlanmaq istəmirik? Fitrə çıxarırlar da, bəzən. Deyir, fitrəni kimə verək? Kasıba. Nəyin kasıbına? Bəlkə, alkoqolikin kasıbıdır. Bəlkə, o, bədxərcdir deyə, kasıbdır. Əlbəttə ki, sosial durumu ağır olan adam başqadır. Sonda onu demək istəyirəm ki, cəmiyyət olan yerdə, problemlər də olar”.

(İnterpress.az)

Nəşr olunub CƏMİYYƏT

Yazırdılar ki, guya Köldəki tədbir üçün 80 min avro xərcləmişəm.

Artıq vətəndəyəm. Bunu həm də ona görə deyirəm ki, günlərdir mənimlə mübarizə aparmağa çalışan, daha doğrusu, dillərindən söyüş və təhqir düşməyən müxtəlif radikal qüvvələr guya mənim Almaniyada polisə çağrıldığımı iddia edirlər. Başqa bir yalanları da odur ki, guya məni polis məntəqəsində bir neçə saatlığına saxlayaraq 100 min avro “cərimə” yazıblar.

Bunu millət vəkili Adil Əliyev bildirib.

“Deməli, bunlar bir yalan quraşdırırlar, sonra həmin yalana müxtəlif yalanlar qoşurlar və ardı-arası kəsilmir”, -deyən millət vəkilinin sözlərinə görə, Kölndəki tədbirdən sonra nə polisdə olub, nə də olmadığı yerdə ona qarşı “100 min avroluq” cərimə iddiası qaldırılıb.

“Ancaq bunlara heç nə təsir etmir, tutduqları yalanı buraxmırlar, özü də yuvarlaq rəqəmlərdən yapşıblar, yazırdılar ki, guya Köldəki tədbir üçün “80 min avro xərcləmişəm”.

Mən də yazdım ki, yalandır, otel zalının 3 saatlıq icarəsinə cəmi 1400 avro ödənib, çeki də var, yenə yalanlarını təkrar edirlər.

Türklərin yaxşı bir sözü var, deyir ki, çamur at, yapşmasa da izi qalsın.

İndi bunlar çamur, yəni, palçıq atmaqla məşğuldurlar, palçıq bizə nə yapşar, nə də izi qalar!

Bunlara nəsə anlatmağın xeyri yoxdur, bağırtıları, söyüşləri, yalanları və iftiraları özlərinə qalacaq”-deyə, millət vəkili əlavə edib.

(İnterpress.az)

Nəşr olunub SİYASƏT
Page 1 of 2

Reytinq