Burda göstərilən tarixə olan xəbərlər: Çərşənbə, 16 May 2018

İnterpress.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Naxçıvan Müəllimlər İnstitutunun yeni binasının açılışından sonra ali təhsil ocağının kollektivi və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.
Prezident bildirib ki, son 15 ildə Naxçıvanda ümumi daxili məhsul 10 dəfə artıb: “Bu da dünya miqyasında rekorddur. Naxçıvanda quruculuq işləri sürətlə gedir, infrastruktur layihələri uğurla icra olunur. Bu inkişaf ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.”

Dövlər başçısı qeyd edib ki, Naxçıvanın inkişafı və təhlükəsizliyinin təmin edilməsi hər zaman diqqət mərkəzindədir. 

Nəşr olunub SİYASƏT

İnterrpess.az xəbər verir ki, ATEV sədri Tənzilə Rüstəmxanlı İsrail əsgərlərinin Qəzza sərhədində ABŞ-ın Qüdsdə səfirlik açmasına etiraz edən fələstinlilərin qətliamı ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

İslam dünyasının ən müqəddəs bayramlarından birinin qeyd olunduğu Ramazan ayı bu il çox təəssüf ki, hüznlə başladı. Yetmiş il əvvəl Fələstini işğal edən, müsəlmanların müqəddəs məkanları sırasında xüsusi yer tutan Qüdsü ilhaq edən və dinc fələstinlilərə qarşı qətliamlara ara verməyən İsrail ilk növbədə ABŞ-dan aldığı hərtərəfli dəstəyə güvənərək, bu günlərdə daha bir cinayətə imza atıb. Qüdsün İsrail paytaxtı kimi tanınmasına və ABŞ səfirliyinin bu şəhərə köçürülməsinə etiraz edən dinc əhalinin gülləbaran olunması nəticəsində onlarla günahsız insan qətlə yetirilib. 

Əlbəttə, bu qətliamın məsuliyyəti sionizmə əsaslanan İsraillə yanaşı, həm də ABŞ-ın və onun reallıq hissini bütünlüklə itirmiş prezidenti Donald Trampın üzərinə düşür. Fələstində törədilən bu qətliama ilk etiraz səsini ucaldan Türkiyə bu qətiyyətli addımı ilə dünyanın hər yerində haqqı tapdalanan məzlumların yanında olduğunu bir daha əməli işlə təsdiqlədi. Türkiyə bu cinayətə qarşı susmamaqla yanaşı, İslam aləmini də İsrail təcavüzünə məruz qalan Fələstini yalqız buraxmamağa çağırıb. Bu çağırışla kifayətlənməyən Türkiyə İsrail və ABŞ-la diplomatik münasibətlərə də yenidən baxmaqla, haqsızlığa qarşı sona qədər qətiyyətlə davranacağını göstərib. 

Bu müqəddəs Ramazan günlərində dünya müsəlmanlarına sülh və rifah arzulayaraq, İslam aləminin üzləşdiyi fəlakətlərə son qoyulmasının gerçək həmrəylikdən, beynəlxalq imperializmə qarşı birgə müqavimətin təşkilindən asılı olduğunu bəyan edirik. Allah bu Ramazan günlərində hər bir müsəlmanı öz arzu və niyyətinə çatdırsın, İslam dünyası adına oxunan bütün səmimi duaları qəbul etsin! Amin! 

Azərbaycan-Türkiyə Evinin(ATEV) Sədri 
Tənzilə Rüstəmxanlı

Nəşr olunub CƏMİYYƏT

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyilə Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə qazilərdən və ehtiyatda olan zabitlərdən ibarət geniş tərkibli nümayəndə heyətinin Türkiyənin paytaxtı Ankaraya səfəri başlayıb.

Boyukmillet.com xəbər verir ki, səfərin ilk günü Azərbaycan nümayəndə heyəti ilk olaraq Türkiye Müharip Gaziler Derneyinin Mərkəzi Qərargahında oldular. Bu sahədə iki tərəfli əməkdaşlığın perispektivlərindən, keçirilən görüşlərin əhəmiyyətindən söz açıldı. Görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Elçin Nəcəfov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi polkovnik-leytenant Elşən Qarayev, Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq dəstə komandiri, Azərbaycan bayrağı ordenli ehtiyatda olan polkovnik Hikmət Ağayev, ehtiyatda olan polkovnik, Azərbaycan bayrağı ordenli, Ehtiyatda olan Zabitlərin Konfederasiyası İctimai Birliyinin İdarə Heyətinin üzvü Xətai Baxışov, Azərbaycanın Milli Qəhrəmanı, Ehtiyatda olan Zabitlərin Konfederasiyası İctimai Birliyinin İdarə Heyətinin üzvü, ehtiyatda olan polkovnik-leytenant Vahid Quliyev, Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu, Xüsusi Təyinatlı Qüvvələrin döyüşçü qaziləri,general Erdoğan Karakuş, polkovnik Şükrü Tandoğan və digərləri çıxış edərək fikirlərini bölüşdülər. Görüşdən sonra nümayəndə heyətimiz Türkiyəli qazilərlə birgə qədim Ankara qalasını və digər tarixi məkanları ziyarət etdilər. Azərbaycan nümayəndə heyətinin Ankara görüşləri davam edir. 

 

Nəşr olunub CƏMİYYƏT

Mayın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib.

Boyukmillet.com AZƏRTAC-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına abidənin ətrafında aparılan abadlıq və yenidənqurma tədbirləri barədə məlumat verdi.

Nəşr olunub SİYASƏT
Çərşənbə, 16 May 2018 15:05

Kimdir cəmiyyəti yanıltmaq istəyən?

Yazıblar ki, AŞPA bu qurumdakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidova sanksiya tətbiq edib. Bu haqda əlavə məlumat veriləcək. Bilmirəm, doğrudur, ya yalan. Amma bu məlumat mənə bir qədər şübhəli gəldi və qısa bir araşdırma aparmalı oldum.

 

Oxuduğum ilk xəbərdə deyilirdi ki, bu məlumatı Almaniya Bundestagının üzvü Frank Şveyb öz Facebook səhifəsində yayıb. Aradım, bəlli oldu ki, Bundestagda Şveyb soyadlı deputat ümumiyyətlə yoxdur. Var Frank Şvabe (Frank Schwabe) və onun Facebook səhifəsində də bu haqda bir kəlmə belə yazılmayıb. Özü də o səhifə yetərincə fəaldır, adam gündəlik paylaşımlar edir və son 10 gündə belə bir paylaşımı olmayıb.

Daha bir xəbərdə isə iddia edildi ki, Ukraynalı deputat Volodimir Ariyev belə bir xəbər paylaşıb. Yenə də Facebook üzərindən. Onu da aradım, tapdım. Deputatın Volodymyr Ariev adlı hesabında doğrudan da belə bir paylaşım var. Amma orada da Səməd Seyidovdan söhbət getmir. Sadəcə Pedro Agramunt və Cordi Xucla haqqında danışılır. Yəni Səməd Seyidovun adına heç işarə belə edilmir.

Durum beləykən kimdir Azərbaycan nümayəndə heyətinin rəhbərinin adını təkidlə bu xəbərlərə pərçimləmək istəyən? Ümumiyyətlə, məqsəd nədir? Niyə Səməd Seyidov məhz indiki qarışıq məqamda hədəfə alınır? Olmaya onun AŞPA-nın son toplantılarında özəlliklə də Ermənistanla bağlı çıxışları içimizdəki ermənilərə sərt zərbə olub?

Düşünməyə dəyər məncə. Bu qısa yazımdan məqsəd Səməd Seyidovu müdafiə etmək deyil. Sadəcə informasiya kirliliyinə reaksiya vermək, cəmiyyəti çaşdırmaq istəyənlərə heç də hamının sadəlövh olmadığını bildirmək istədim…

 

Azər HƏSRƏT

Nəşr olunub YAZARLAR

Reytinq