Burda göstərilən tarixə olan xəbərlər: Bazar Ertəsi, 11 İyun 2018

Nizami Kino Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100-cü ildönümünə həsr olunmuş #cümhuriyyətüçünyaz müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Yenicag.az xəbər verir ki, tədbirdə ictimai-siyasi xadimlər, media nümayəndələri və iş adamları iştirak edib.

“Palmali” şirkətlər qrupunun baş sponsorluğu, ATİB, TÜİB və Türkiyə Azərbaycan Evinin dəstəyi ilə “Yeni Çağ” Media Qrupunun təşkil etdiyi müsabiqənin mükafatlandırma mərasimini açıq elan edən “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər layihənin həyata keçirilməsində əməyi olanlara təşəkkür edib.

O bildirib ki, dövlətçiliyimizin inkişafına töhfə verən bütün liderlərə dərin hörmət bəsləmək və gənclərə də bu duyğuları aşılamaq lazımdır:

“Cümhuriyyətimizə layiq olmağa çalışırıq”

Azərbaycan Türkiyə Evinin rəhbəri Tənzilə Rüstəmxanlı da tədbirin iştirakçılarını salamlayıb və ideyanın müəlliflərini təbrik edib:

“Mən çox sevinirəm ki, Aqil Ələsgər tarixdə iz qoyan layihələrə imza atır. AXC-nin yüzilliyi ilə bağlı keçirilən silsilə tədbirlərdə çıxış edərkən də hər zaman qeyd edirdim ki, Şərqdə ilk türk-müsəlman demokratik cümhuriyyətinin vətəndaşı olduğum üçün qürur duyuram. Bu cümhuriyyəti milli məfkurə daşıyıcıları qurub və bizlərə əmanət edib.”

Tənzilə Rüstəmxanlı Türkiyə Azərbaycan Evininin adından Seyfullah Türksoya və Məlahət Qurbanaovaya Azərbaycana xidmətə görə mükafatlar təqdim edib.

Türkiyənin Azərbaycandakı mədəniyyət və tanıtma müşaviri İrfan Çiftçi isə çıxışı zamanı bu cür dəyərli layihələrin keçirilməsini sonuna qədər dəstəklədiklərini bildirib.

İrfan Çiftçi vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyəti Türkiyə Cümhuriyyətinin bir ön modelidir. Müşavir həmçinin qeyd edib ki, bu il Qafqaz İslam Ordusunun Azərbaycana gəlməsinin də 100 illiyidir.

TÜİB sədri, “Büyükfırat” restoranlar qrupunun sahibi olan iş adamı Hüseyin Büyükfırat “Bir millət, iki dövlət” şüarının sözdə yox, əməldə olduğunu, Türkiyə və Azərbaycanın ortaq tarixi mirasa sahib olduğunu söyləyib.

Daha sonra kürsüyə çıxan ATİB rəsmisi Azər Hətəmov isə bildirib ki, cümhuriyyətin yüz illiyi Azərbaycanda olduğu kimi dünyanın müxtəlif ölkələrində də qeyd olunur.

İpək Yolu jurnalının sahibi Seyfullah Türksoy belə bir tədbirdə iştirak etdiyinə görə qürur duyduğunu bildirib.

Çıxışlardan sonra #cümhuriyyətüçünyaz müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Qeyd edək ki, 2018-ci il mayın 1-də başlayan #cümhuriyyətüçünyaz müsabiqəsinə 28 may saat 12:00-da yekun vurulub. Müsabiqənin qalibləri avtomatik “random” üsulu ilə seçilib.

“Yeni Çağ” Media Qrupunun təşkil etdiyi #cümhuriyyətüçünyaz müsabiqəsi “Palmali” Şirkətlər Qrupunun baş sponsorluğu ilə həyata keçirilib. Müsabiqəyə Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB), Azərbaycan Türkiyə Evi (ATEV), “Büyükfırat” Şirkətlər Qrupu, “Hilal” İctimai Birliyi və “Lombard N:1” dəstək verib.

Ümumilikdə 1205 nəfərin qatıldığı müsabiqənin qalibləri müvafiq olaraq 50, 100, 300, 500, 1000 manat pul mükafatı qazanıblar. Bundan başqa, “Yeni Çağ” Media Qrupu öncədən elan etdiyi kimi, müsabiqədə ən yaxşı postu yazan 3 iştirakçını da mükafatlandırıb.

 

Nəşr olunub CƏMİYYƏT

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurucusu və ilk sədri Etibar Məmmədov 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən Şərur rayonunun Günnüt kəndinin 26 ildən sonra Azərbaycan Ordusu tərəfindən azad edilməsinə münasibət bildirib.

E.Məmmədov “Ölkə.Az”a açıqlamasında deyib ki, bu hadisə hər kəs tərəfindən müsbət qarşılanmalıdır:

“Bu gün Azərbaycan Ordusu böyük gücə sahibdir. Biz bu gücdən işğalçı düşmənə qarşı mütəmadi olaraq istifadə etməliyik. Hələlik böyük hərbi əməliyyatlar keçirilməsə də, düşmən tərəfinin mövqelərinə nəzarətin əldə edilməsi olduqca vacibdir. Çox sevinirəm ki, Azərbaycan Milli Ordusu nəhayət ki, Naxçıvanın düşmən işğalında olan ərazilərini azad edib və orada öz nəzarətini bərpa edib. Həmin ərazilərdə yüksəkliklər yerləşir və həmin yüksəkliklərdən Ermənistan ərazilərinə belə nəzarət etmək mümkündür. İndi Azərbaycan ordusu həmin yerləri ələ keçirib. Bu tarixi hadisədir. Hesab edirəm ki, bu cür əməliyyatlar mütəmadi olaraq davam etdirilməlidir”.
Günnüt kəndinin işğaldan azad edilməsinə Milli Şura üzvləri tərəfindən sevindirici qarşılanmaması məsələsinə də toxunan AMİP lideri bu cür yanaşmaların yolverilməz olduğunu söyləyib:

“Bu cür yanaşmalar xoşagəlməz hallardır. Vətənin bir qarışı belə əhəmiyyətlidir. Digər tərəfdən isə hesab edirəm ki, Azərbaycan Müdafiə Nazirliyi də bu hadisə ilə bağlı insanlarımızı vaxtında məlumatlandırmalıdır. Vaxtında düzgün məlumatlandırma olmayanda, bu cür şayələr və fikirlər ortaya atılır”.

Nəşr olunub SİYASƏT

Onlar qayıtmaqdansa... intihara əl atırlar; qürbəti qəbir evinə çevirən səbəblər

Bu günlərdə xəbər yayıldı ki, azərbaycanlı mühacir Hollandiyada kampda intihar edib. Bu barədə Hollandiyada deportasiya üçün nəzərdə tutulmuş kampda qalan azərbaycanlılar məlumat veriblər. Onların sözlərinə görə, Bakının Yasamal rayonu qeydiyyatında olan Fikrət adlı şəxs Azərbaycana deportasiya edilməmək üçün damarlarını doğrayıb. Xəstəxanaya çatdırılan həmvətənimizin həyatını xilas etmək mümkün olmayıb.

Məlumatda deyilir ki, o, bir müddət əvvəl Almaniyadan Hollandiyaya göndərilib. İlk sığınacaq istədiyi ölkə Almaniya olub və o, bura 2016-cı ildə gəlib. Deportasiya kampında qalan azərbaycanlıların sözlərinə görə, onun cənazəsinin yaxın günlərdə Azərbaycana göndəriləcəyi gözlənilir.

Gecə-Gecə döyülən mühacir qapıları və...

“Yeni Müsavat” xatırladır ki, bu, xaricdə yaşayan azərbaycanlılarla bağlı ilk belə fakt deyil. Dəfələrlə həmvətənlərimiz yaşadıqları ölkədən qovulma təhlükəsinə qarşı canlarına qıyıb və ya kriminala əl atıblar. Bu hekayələrdən bəzilərini yada salaq.

Ä°lgili resim

Bu ilin martında Azərbaycan polisinin keçmiş əməkdaşı Səid Camalov Almaniyadan xaric edilib. Zelb şəhərinin polisi gecə yarısı 33 yaşlı Səidin, həyat yoldaşı Mətanətin və dörd uşaqlarının yaşadıqları evə hücum edib. Azərbaycanlıları ən zəruri əşyalarını təcili şəkildə toplamağa məcbur edərək Münhen şəhərinin hava limanına aparıblar. Qaçqınlara Yardım Assosiasiyasında hüquq-mühafizə orqanlarıının bu cür hərəkətlərindən heyrətə gəliblər. Mənbəyə görə, Səid Camalov Azərbaycanda polis əməkdaşı olub. Rəhbərliklə mübahisədən sonra işdən uzaqlaşdırılıb. Sonradan çörək pulunu ekskavator sürməklə qazanıb. Lakin bu işdən məmnun olmayıb, Avropaya üz tutub.

İlk olaraq Qərbə Səidin 39 yaşlı həyat yoldaşı - tibb bacısı işləyən Mətanət yollanıb. 2011-ci ildə o, uşaqları Elçinlə Ayanı götürərək Fransaya köçüb. Camalov 3 ildən sonra onların dalınca gedib. 2014-cü ildə ailə Almaniyanın Tsirndorf şəhərində yenidən qovuşub, daha sonra isə Zelb şəhərinə göndərilib. Burada onların daha iki uşağı anadan olub - Nur və Mert.

Qaçqınlara Yardım Assosiasiyası ailəni himayəsi altına alıb və indi onlar çox həyəcanlıdırlar. “Bəli, onlara sığınacaq verilməsindən imtina ediblər, lakin ölkədə yaşamaq haqları vardı və buna görə də, daha tolerant qərara ümidli idilər”, - Assosiasiyanın əməkdaşı Hella Felker deyir: “Səid Camalov və həyat yoldaşı, şübhəsiz ki, cinayətkar deyildilər və onlar təhlükə törətmirdilər. Əksinə, özləri və uşaqları alman cəmiyyətinə inteqrasiya olunmağı çox istəyirdilər”.

Səid Camalov ile ilgili görsel sonucu

Yuxarı Frankoniya torpağının Əcnəbilərlə iş üzrə Mərkəzi İdarəsindən verilən məlumata görə, azərbaycanlı ailənin sığınacaq üçün müraciətinə rədd cavabı verildikdən sonra onlara Almaniyanı könüllü şəkildə tərk etmək imkanı yaradılıb. Lakin müəyyən edilmiş müddətdə onlar ölkəni tərk etməyiblər və deportasiya olunublar. “Onları gecə vaxtı narahat etmələrinin səbəbi isə odur ki, ailə təyyarə reysinə çatmalı idi” - idarədən izah olunub.

Bu ilin yanvar ayında isə Almaniyada Azərbaycana deport edilməli olan ailə miqrasiya bürosunun əməkdaşlarını girov götürüb. Hadisə Gutersloh bölgəsində qeydə alınıb. Belə ki, gecə 03:30 radələrində 49 və 53 yaşlı azərbaycanlı cütülüyün yaşadığı qaçqın yataqxanasına gələn Miqrasiya bürosunun əməkdaşları polislərin iştirakı ilə onları yataqxanadan çıxarmaq istəyib.

Məlum olub ki, 4 nəfərdən ibarət ailənin başçısı və xanımı illər öncə Almaniyaya bir dəfə gəliblər. Daha sonra onlar Azərbaycana qayıdıblar. Bir müddət Azərbaycanda qalan ailə yenidən Almaniyaya gələrək bu ölkədən sığınacaq istəyib. Almaniya Qaçqınlar və Miqrasiya ilə iş üzrə Federal İdarədə (BAMF) baxılan azərbaycanlı ailənin işi ilə bağlı yekun qərar “neqativ” olub. Sözügedən idarə ailə başçısı və xanımı ilə bağlı deport qərarı çıxarıb. Qərarın icrasını yerinə yetirən Miqrasiya bürosu və polis əməkdaşları ailə başçısının və xanımının fiziki təzyiqinə məruz qalıblar.

Səid Camalov ile ilgili görsel sonucu

Qəfildən əl atıb polis əməkdaşlarından birinin xidməti silahını ələ keçirən azərbaycanlı ailə başçısı onları girov götürdüyünü bildirib. Bu zaman evdə olan polis və təcili yardım briqadasının əməkdaşları qaçıblar. Xanımı mətbəx bıçağını götürərək özünə xəsarət yetirməyə başlayıb. Hadisə yerinə gələn əlavə polis əməkdaşları azərbaycanlı ailə başçısının əlindən silahı almağı bacarıb. Məlumatda bildirilir ki, azərbaycanlı ailə 4 nəfərdən ibarət olub. Onların hər iki qızlarının sığınacaq istəyinin qəbul edilib-edilməməsi ilə bağlı məlumat yoxdur. Hadisə vaxtı evdə onların dostları da olub.

Avropa həmvətənlərimizi niyə geri qaytarır?

Almaniyadan sığınacaq tələb edən həmvətənlərimiz bu ölkədə xoşagəlməz münasibətlə üzləşiblər. Avropost.com-un məlumatına görə, sığınacaq tələbi rədd edilən, eyni zamanda “Dublin sazişi”nə görə problemlər yaşayan həmvətələrimizin Almaniyadan deportasiyası sürətləndirilib. Siyasi mühacirlər (o cümlədən qaçqınlar) məsələsi Avropanın ən ciddi problemlərindən birinə çevrilib. Bu problemdə Azərbaycanın da kiçik “payı” var. Azərbaycandan mühacir axını 2003-cü ildən vüsət alıb və bu proses 2005-ci ilin sonunadək davam edib.

Bundan sonra siyasi mühacir axınında nisbətən stabillik yaranıb. Amma 2014-cü ildən Avropaya axın statistikası yenidən artıb. Xüsusilə Azərbaycanda QHT sektorunda həbslərdən sonra mühacir statusu üçün müraciət edənlərin sayında kəskin artım baş verib. Onlar əsasən Gürcüstan və Türkiyədən keçməklə Avropaya üz tutmağa daha çox üstünlük veriblər. Azərbaycanı son aylar tərk edərək Avropada mühacir statusu alan və ya almaq istəyənlərin əksəriyyəti QHT sektorunda çalışanlar, müxalifət partiyalarının fəalları, onların ailə üzvləri və bəzi jurnalistlərdir.

Bir çox tanınmış və ölkənin ictimai həyatında fəal iştirak edən QHT rəhbərləri və jurnalistlər son aylar Avropanın müxtəlif ölkələrinə sığınıblar. Yeri gəlmişkən, bu dalğada Azərbaycanda hətta heç bir təhlükə obyekti olmayanlar da ölkədən çıxmağa başladılar.

 “Dublin sazişi” ölkələri Azərbaycandakı siyasi mühacir axınından narahatdırlar və xüsusilə “yalançı mühacirlərin” qarşısını almaq üçün addım atmağa məcbur olublar. Məlumat üçün deyək ki, “Dublin sazışı” siyasi sığınacaq üçün müraciət edən şəxslərin ərizələrinin bu sazişə daxil olan ölkələrdən biri tərəfindən nəzərdən keçirilməsini təmin edir. Sazişin başlıca məqsədi Avropa İttifaqı ölkələrində hər hansı birində qaçqın statusu üçün müraciət etmiş şəxsin müraciətinə baxılmalı olan ölkənin, üzv ölkələrdə ərizəyə vahid qaydada baxılmasının, ölkələr arasında məlumat mübadiləsinin daha effektli aparılmasının, sığınacaq axtaran şəxslərin hüquq və azadlıqlarının qorunmasının, eyni zamanda qanunsuz miqrasiyaya qarşı daha effektli mübarizənin təmin etməyə nail olmaqdan ibarətdir.

Almaniyada keçirilən seçkilərdə  Angela Merkelin partiyası CDU-nun (Xristian Demokrat İttifaqı) seçkini qazanmasının ardından federal hökumət mühacirlərlə bağlı mövqeyini bir qədər sərtləşdirib. Belə ki, Almaniyada yaşamaq və işləməklə bağlı müraciət edən həmvətənlərimiz “neqativ” cavabı alıblar. Vəziyyət o həddə çatıb ki, sığınacaq istəyi rədd olunan soydaşlarımız qərardan məhkəməyə müraciət etmədən deport olunublar.

Qeyd edək ki, azərbaycanlıların ən çox məskunlaşdığı bölgə olan Şimali Reyn-Vestfaliyada  seçkini CDU udub.  Bu partiya AfD kimi Almaniyanın miqrasiyya və qaçqın siyasətinə qarşı sərgilədiyi radikal mövqe ilə tanınır. Partiyada bu mövzuda yumşaq mövqe sərgiləyən yeganə insan - Angela Merkeldir.

Nəzərə çatdıraq ki, son aylar Almaniyaya sığınacaq üçün müraciət edənlərin sayında rekord azalma qeydə alınıb. Bu barədə Almaniya Miqrasiya və Qaçqınlar üzrə Federal İdarədən (BAMF) verilən açıqlamada bildirilir. Belə ki, mart ayı ilə müqayisədə aprel ayında Almaniyaya sığınacaq üçün müraciət edənlərin sayında 14 min 976 nəfərdən 11 min 952 nəfərə qədər bir azalma qeydə alınıb.

BAMF-ın məlumatında qeyd olunur ki, sığınacaq üçün müraciət edənlərin siyahısında birinci yerdə yenə suriyalılar qərarlaşıb. Aprel ayında Suriyadan 2779 nəfər sığınacaq üçün Almaniyaya qaçıb. Siyahıda Suriyadan sonra növbəti yerdə 1242 nəfərlə İraq, 1208 nəfərlə Əfqanıstan, 960 nəfərlə İran, 852 nəfərlə Eriteriya, 626 nəfərlə Albaniya, 498 nəfərlə Nigeriya, 471 nəfərlə Makedoniya, 459 nəfərlə Somali, 449 nəfərlə Türkiyə qərarlaşıb. Sorğuda azərbaycanlıların sayında da azalmanın qeyd olunduğu bildirilir. Belə ki, bu ilin yanvar ayı ilə müqayisədə aprel ayında Almaniyadan sığınacaq istəyən azərbaycanlıların sayı 353 nəfərdir.

Fuad bəyi bu gün Belçika ile ilgili görsel sonucu

Ölümcül xəstəliyə tutulub, vətənində basdırılmaq istəməyən mühacirlər

Yaşadığı ölkəni özünə son mənzil seçən həmvətənlərimiz də az deyil. Hətta ölümcül xəstə olduğunu bilərək, Azərbaycanda basdırılmaq istəməyənlər də var. Bir neçə ay öncə Belçikada yaşayan mühacir, satirik şair Mirzə Sakit bir qəbiristanlıqda çəkilən fotonu paylaşaraq, aşağıdakı statusu yazıb: “Ağır sürən xəstəlikdən xilas ola bilməyən gənc soydaşımız Fuad bəyi bu gün Belçika torpağında dəfn etdik. Dünyadakı bütün torpaqlar müqəddəsdir. Ancaq qürbət diyarda onun anasının naləsinə dözmək çox ağrılı məsələdir. Ruhu şad olsun soydaşımızın”.

Mərhum Haqverdiyev Fuad Belçikanın Lalova şəhərində yaşayırdı və xərçəng xəstəliyinə tutulmuşdu: “Çox təəssüflər olsun ki, həkimlər onu xilas edə bilməyib və o, fevralın 2-də keçinib. Amma meyiti morqda olduğundan dəfn mərasimi bir neçə gün sonra baş tutub. Çünki bəzi prosedurlar Belçikada vaxt aparır. Biz onu fevralın 7-də Lalova qəbiristanlığının müsəlmanlara aid hissəsində dəfn etdik”.

Satirik mərhum F.Haqverdiyevin heç bir siyasi partiyanın üzvü olmadığını dedi: “Mərhum Fuad bəyin oturumu var idi. Bacanağı, qayınatasının da oturumu var. Qayınatası ADP üzvüdür. Özü heç bir partiyanın üzvü deyil. Mənim onunla bağlı məlumatlarım bundan artıq deyil”.

“Yeni Müsavat” bildirir ki, bir çox hallarda mühacirlərin geri qaytarılmasına onlara ölkədə verilən saxta, heç bir həqiqəti əks etdirməyən sənədlər səbəb olur. Belə ki, bir neçə dəfə daxili işlər orqanları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində ayrı-ayrı şəxslərə xarici dövlətlərdə siyasi mühacir statusu almalarına köməklik göstərəcəklərini vəd edən şəxslər yaxalanıb. Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən Bakı şəhər sakinləri - “Mozalan” jurnalının məsul katibi Ramil Muradov və “Dövlət və ictimai fikir” qəzeti ilə “Obyektiv xəbər.com” veb saytının baş redaktoru Çingiz İbadov göstərəcəkləri xidmətin müqabilində konkret vətəndaşdan Xırdalan şəhərində razılaşdıqları 4000 manatlıq məbləğin 1300-nü və sənədlərinin surətlərini alarkən saxlanılıblar.

Araşdırmalarla müəyyən olunub ki, onlar həmin vətəndaşın adından sosial şəbəkələrdə və bir sıra elektron kütləvi informasiya vasitələrində Azərbaycanın dövlət mənafeyi və ümummilli maraqları əleyhinə yanlış, qərəzli məlumatlar, eyni zamanda, sonuncunun guya ölkəmizin hüquq-mühafizə orqanları tərəfindən əsassız təqib edilməsi, hüquqlarının pozulması barədə böhtan xarakterli materiallar yerləşdiriblər.

“Onlar miqrasiya xidmətini inandırmaq istəyirlər ki...”

Adının çəkilməsini istəməyən azərbaycanlı mühacirlərdən biri “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bir çox hallarda Avropaya sığınan azərbaycanlılar vətənindəki bütün körpüləri yandırıb gəlir. Bu zaman geriyə qayıtmaq ona ölümə bərabər görünür. Gerçəkdən təhlükədən qaçıb Avropaya sığınanlar üçün bu, tipik mənzərədir. Amma onlarla yanaşı, ölkədəki bütün mal varlığını satıb da, mühacirətə gələnlər üçün bu durum ikiqat ağırdır: “Onlar bilirlər ki, vətəndə hər şeyə sıfırdan başlamağa məcburdular. Üstəlik, Avropada onlara vəd edilə biləcək yaşantının burda bir qırıntısı da yoxdur. Ümidsizlik, pessimizm onları buna vadar edir. Amma  etiraf etməliyik ki, bəzən blef, şantaj məqsədi ilə belə addım atanlar da olur. Onlar belə radikal addım atmaqla miqrasiya xidməti əməkdaşlarını öz durumlarının necə faciəvi olduğuna, geri qayıtdıqları halda başlarına pis hadisələr gələ biləcəyinə inandırmaq istəyirlər”. (musavat.com)

Nəşr olunub SİYASƏT

Sabah qardaş ölkədə TANAP-ın təntənəli açılış mərasimi olacaq; prezident İlham Əliyevin də qatılacağı törən ən çox hansı çevrələri rahatsız edir?; Səngəçalı Əskişəhərə birləşdirən dəyər

İyunun 12-də qardaş Türkiyədə region üçün çox mühüm və tarixi bir hadisə gözlənilir. 40 milyardlıq Cənub Qaz Dəhlizinin (CQD) ikinci vacib seqmenti - TANAP sabah işə salınacaq. Xəbər verildiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev təntənəli açılış törəninə qatılmaq üçün qardaş ölkəyə səfər edəcək.

“Yeni Müsavat” arayış qismində xatırladır ki, TANAP - Trans-Anadolu Qaz Boru Kəməri təbii qazı Türkiyənin şərq sərhədindən qərb sərhədinə daşıyacaq. Dəyəri 7 milyard dollar olan kəmərin 2020-ci ildə buraxılış qabiliyyətinin ildə 16 milyard, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. İlkin dövrdə TANAP-la nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək. TANAP layihəsində ARDNŞ 80%, Türkiyənin BOTAŞ və TPAQ şirkətləri isə birgə 20% paya malikdir.

TANAP ile ilgili görsel sonucu

Qeyd edək ki, bu il mayın 29-da Səngəçalda Cənub Qaz Dəhlizinə ilkin qaz vurulub. Sabah - iyunun 12-də qaz Türkiyənin Əskişəhər yaşayış məntəqəsinə çatacaq və TANAP kəməri işə düşəcək. Açılış mərasimi elə ona görə 12 iyuna təyin edilib.

Gözlənilən hadisə ilə bağlı danışan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan TANAP-ı iki qardaş ölkənin “ortaq qürur layihəsi” adlandırıb. Eyni zamanda belə bir böyük projenin həyata keçməsində ABŞ və Avropa Birliyinin dəstəyini qeyd edib.

*****

Bəllidir ki, 12 iyun həm də Rusiya Günüdür. Başqa sözlə, bu tarixin Rusiya Günü ilə üst-üstə düşməsi əslində sırf təsadüfdür və özündə Rusiya əleyhinə hər hansı siyasi, təbliğati anlam və ya mesaj daşımır. Sabahkı hadisənin mesaj xarakterli kiməsə ən çox aidiyyəti varsa, bu da yəqin ki, belə qlobal layihələrdən kənarda saxlanılaraq daha da “izqoy dövlət” durumuna salınan Ermənistan və beynəlxalq erməni lobbisidir, onlara bağlı antitürk çevrələrdir. 

TANAP ile ilgili görsel sonucu

Ona görə ki, Azərbaycan və Türkiyə faktiki surətdə bölgənin yeni enerji və təhlükəsizlik xəritəsini cızmaqdadır. Bu kəmər eyni zamanda iki qardaş ölkənin gücünə qarşılıqlı şəkildə güc qatacaq, onların enerji təhlükəsizliyini, ümumən milli təhlükəsizliyini və müstəqilliyini daha da möhkəmlədəcək. İki qardaş məmləkətin bölgədə söz sahibliyini və nüfuzunu, vazkeçilməz rolunu artıracaq. Xüsusən də Azərbaycanın. Təbii ki, Avropanın da enerji təhlükəsizliyi güclənmiş olacaq.

Bu mənada Türkiyədəki açılış mərasimi sırf iqtisadi deyil, həm də dostları sevindirəcək, düşmənləri məyus edəcək böyük geosiyasi hadisədir. Görünür, o üzdən CQD əleyhinə olan qüvvələr məhz bu ərəfədə, xüsusən də TANAP-ın açılış törəni ərəfəsi daha da fəallaşıb.

*****

Ä°lgili resim

Söhbət öncəliklə İtaliyadakı yeni koalision hökumətin CQD-nin sonuncu kəsimi, dəyəri 4.5 milyard avro olan Transadriatik Qaz Kəməri (TAP) layihəsinə qarşı tutduğu mövqedən gedir. Xəbər verildiyi kimi, yeni hökumət TAP-ın ölkə ərazisindən keçməsinin məqsədəuyğunluğu məsələsini təzədən nəzərdən keçirə biləcəyini bəyan edib.

TAP konsorsiumu isə bu arada bəyan edib ki, kəmərin İtaliya hissəsinin marşrutunun dəyişdirilməsi layihəni 4-5 il geri sala bilər. Deyildiyi kimi, kəmərin İtaliya hissəsinin tikintisinin 2020-ci ildə başa çatması və həmin ildə TANAP kəməri ilə nəql olunacaq qazın ildə 10 milyard kubmetrinin bu kəmərlə Avropaya nəqlinin başlaması planlaşdırılır. Lakin görünür, İtaliyadakı yeni hökumət kəmərin çəkilməsini ləngitməyi qarşıya məqsəd qoyub.

İlham Əliyev TANAP ile ilgili görsel sonucu

Müşahidəçilərə görə, bu da ən çox “Qazprom”un işinə yarayacaq. Yeri gəlmişkən, az öncə “Qazprom” Türkiyə ərazisindən “Türk axını” qaz kəmərinin Avropaya uzadılması barədə razılığa gəlib (Rusiya qazı bu kəmərlə Türkiyəyə 2019-cu ilin sonunda daxil olacaq).

*****

Bu da diqqətçəkicidir ki, İtaliya Rusiyaya qarşı sanksiyalar məsələsində Avropa Birliyində ən loyal mövqe tutan, hətta bu sanksiyaların ləğvinə çalışan, bu yöndə Rusiya üçün lobbiçilik edən dövlətdir. Bu xüsusda onun TAP-la bağlı mövqeyi Moskvanın marağına tamamilə uyğundur. Kremlin isə strateji maraqlarından biri orta və uzaq perspektivdə Avropa qaz bazarında öz inhisarçılığını saxlamaqla Qərbə qarşı qaz şantajı rıçaqını əldən verməməkdir.

Azərbaycan qazı, CQD sözsüz ki, bu inhisarçılığı azaldacaq. Bu mənada prezident V.Putinin CQD-yə pozitiv yanaşması mümkün deyil - Rusiya lideri CQD ilə bağlı ilkin olaraq müsbət fikir söyləsə də. Rusiya ən azından onun reallaşmasını yubatmağa çalışacaq ki, İtaliyanın yeni koalision hökumətinin davranışları da əslində elə buna xidmət edir. Ancaq alınacaqmı?

Yada salaq ki, Azərbaycan bundan əvvəl analoji vəziyyətlə Yunanıstanda üzləşmişdi. Yerli hökumət TAP kəməri üçün şərtlərə yenidən baxılması məsələsini qaldırmışdı və məlumatlara görə, konsorsium bəzi güzəştlərə getməklə kəmərin çəkilməsini davam etdirməyə nail olmuşdu. İndi isə İtaliyada yeni hökumət layihəni əngəlləmək xəttini seçib.

İlham Əliyev TANAP ile ilgili görsel sonucu

*****

Bəzi təhlilçilərə görə, İtaliyada hazırda hökumət böhranı yaşanır və yeni formalaşan hökumətin möhkəmlənmək üçün populist bəyanatlar verməsi gözləniləndir. Yəni bu bəyanatlar bir çox hallarda siyasi xarakter daşıyır və onların reallaşıb-reallaşmayacağını söyləmək mümkün deyil. İstənilən halda ümid edək ki, Azərbaycan xüsusən də CQD-nin siyasi-maliyyə sponsoru olan AB və ABŞ ilə aktiv diplomatiya aparmaqla, həmçinin, İtaliya hökuməti ilə təmasları gücləndirməklə, habelə BP şirkətinin öz nüfuz və təsirindən istifadə eləməsi sayəsində bu məkri də önləyə biləcək və kəmərin işə düşməsinin ləngiməsinə imkan verməyəcək.

Nəzərə alsaq ki, gələcəkdə CQD ilə türkmən və İran qazının nəqli də istisna edilmir, yəni kəmərin ötürücülük gücünün xeyli artacağı gözlənilir, o zaman 12 iyundan sonra Avropa qaz bazarı uğrunda mübarizənin, daha dəqiqi, “qaz müharibəsi”nin daha sərt mərhələyə keçəcəyini söyləmək mümkündür... (musavat.com)

Nəşr olunub SİYASƏT

Bakıdakı məşhur özəl bağçalardan birində uşaqlara qarşı kobud rəftar, təhqir və işgəncə faktlarının açıq-aşkar əks olunduğu video-görüntü yayılıb.

Görüntülər müxtəlif günlərdə təhlükəsizlik kameraları tərəfindən lentə alınıb və hər gün uşaqlara dözülməz zülm yaşadırlar.

Azxeber.com-un məlumatına görə, həmin bağçanın müvafiq icra hakimiyyəti orqanından lisenziyası da yoxdur.

Biz həmin özəl bağçanın adını bilsək də, hazırda dəqiqləşdirilmələr aparıldığı üçün hələ ki bu barədə informasiya vermirik. Bununla bağlı tərəfimizdən araşdırılma aparılır və yaxın saatlarda həmin özəl bağçanın adını ictimaiyyətə açıqlayacağıq. Hazırda məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunduğu deyilir.

Maraqlıdır ki, lisenziyası olmayan və psixoloji durumu yoxlanılmayan bir şəxsin uşaqlara xidmət göstərməsinə kim və nəyə görə göz yumub?!

Nəşr olunub HADİSƏ

Bu gün “Yeni Çağ” Media Qrupunun təşkil etdiyi Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100-cü ildönümünə həsr olunan “Cümhuriyyət üçün yaz” müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

İnterpress.az xəbər verir ki, Nizami Kino Mərkəzində keçirilən mərasimdə ölkənin tanınmış ictimai-siyasi və mədəniyyət xadimləri, millət vəkilləri, iş adamları, Cümhuriyyət dövrünün araşdırmaçıları, media rəhbərləri və jurnalistlər iştirak edib.

“Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər müsabiqənin məqsədləri haqqında məlumat verib. Qeyd edib ki, əsas məqsəd gənc nəslin nümayəndələri arasında Cümhuriyyət tarixi və dəyərlərinin təbliğidir: “Cümhuriyyəti quranlar qədər yaşadanlar da önəmlidir. Məlumat üçün bildirim ki, “Yeni Çağ” Media Qrupu Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönüm ilə əlaqədar olaraq may ayında “Cümhuriyyət üçün yaz” müsabiqəsi keçirib. 28 mayda nəticələri açıqlanan müsabiqənin mükafatlandırma mərasimini məhz 15 iyun Milli Qurtuluş Günü ərəfəsinə saldıq. Çünki Azərbaycan daim tarixi şəxsiyyətlər yetişdirib - Məhəmməd Əmin Rəsulzadə, Heydər Əliyev və bu gün ölkəmizi bütün dunyada tanıdan prezidentimiz İlham Əliyev. Onlar öz adlarını Azərbaycan tarixinə yazmış şəxslərdir”.

Aqil Ələsgər müsabiqənin keçirilmə prosesindən də söz açıb: “Bu müsabiqə 1 ay davam etdi. Belə ki, 2018-ci il mayın 1-də başlayan müsabiqəyə 28 may saat 12-00-da yekun vurulub. Müsabiqənin qalibləri avtomatik “random” üsulu ilə seçilib. Yəni, qaliblər bizim heç bir müdaxiləmiz olmadan seçilib. İnanırıq ki, biz Cümhuriyətimizin 100 illiyi kimi 1000 illiyi də qeyd olunacaq və Cühuriyyətimizin bir dəfə yüksələn bayrağı heç vaxt enməyəcək”.

Tədbirdə çıxış edən qonaqlar bu müsabiqəsinin təşkilini AXC-nin 100 illiyinə böyük töhfə kimi qiymətləndiriblər. Daha sonra müsabiqənin qalibləri mükafatlandırıllıb.

Qeyd edək ki, “Yeni Çağ” Media Qrupunun təşkil etdiyi “Cümhuriyyət üçün yaz” müsabiqəsi “Palmali” Şirkətlər Qrupunun baş sponsorluğu ilə həyata keçirilib. Müsabiqəyə Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB), Azərbaycan Türkiyə Evi (ATEV), “Büyükfırat” Şirkətlər Qrupu, “Hilal” İctimai Birliyi və “Lombard N:1” dəstək verib.

Ümumilikdə 1205 nəfərin qatıldığı müsabiqənin qalibləri müvafiq olaraq 50, 100, 300. 500, 1000 manat pul mükafatı qazanıblar. Bundan başqa, “Yeni Çağ” Media Qrupu öncədən elan etdiyi kimi, müsabiqədə ən yaxşı postu yazan 3 iştirakçını da mükafatlandırıb.

Ən yaxşı postların müəllifləri aşağıdakı iştirakçılardır:

1. Ləman Ələşrəfqızı
2. Dilqəm Əhməd 
3. Kamran Şamil

“Cümhuriyyət üçün yaz” müsabiqəsinin qalibləri:

1. Mila İsmayıl – 1000 manat
2. Vüqar Əliyev - 500 m
3. Kərim Kərimli - 300 m
4. Əcəmi Asedulla – 100 m
5. Qaya Nəsibzadə - 100 m
6. Elsevər Hüseynoğlu – 100 m
7. Samid İbrahimov- 50m
8. Murad Mustafayev - 50 m
9. Rasiya Hüseynova - 50m
10. Zaur İsa - 50m (musavat)

“Cümhuriyyət üçün yaz” müsabiqəsinin qalibləri açıqlandı - FOTO

 

“Cümhuriyyət üçün yaz” müsabiqəsinin qalibləri açıqlandı - FOTO

 

“Cümhuriyyət üçün yaz” müsabiqəsinin qalibləri açıqlandı - FOTO
Nəşr olunub CƏMİYYƏT

Dünya Azərbaycanlıları Konqresinin Güney Azərbaycan nümayəndəliyinin rəhbəri Babək Muğanlı (Şahdust Mirzayi) Teleqraf.com-un suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik:

– Babək bəy, İran yenidən dünya siyasətinin diqqət mərkəzindədir. ABŞ Prezidenti Donald Tramp düz bir ay öncə – mayın 8-də İranla imzalanmış nüvə sazişinmdən çıxdığını və Tehrana yeni sanksiyalar tətəbiq ediləcəyini bəyan etdi. Bilmək istərdik, hazırda İranda sosial-iqtisadi durum necədir?
– Nüvə sazişinin əsas iştirakçı dövləti bir tərəfdən İran idisə, digər tərəfdən ABŞ idi. Bu mənada Avropa ölkələri sazişdən çıxmasalar da onların orda iştirakı müəyyən mənada formal xarakter daşıyırdı. Avropa şirkətlərinin İran bazarını bir-birinin ardınca tərk etmələri də bunun bir göstəricisi sayıla bilər. Yəni, məsələn Fransa, yaxud Almaniya sazişdən çıxmasalar da, o ölkələrin şirkətləri bir-birinin ardınca İrandan çıxırlar. Beləliklə, əslində sazişin ləğv olunduğunu söyləmək mümkündür.
İndi bu sazişin ləğv edilməsindən sonra İranın hər yerində, o cümlədən Güney Azərbaycanda bahalıq, bütün şəhərlərdə əhalinin etirazları baş alıb gedir. Xüsusən TIR sürücülərindən yığılan sığorta haqlarının və digər ödənişlərin məbləği 4 dəfə artırılması insanların səbrini daşırıb. Təsəvvür edin ki, dollar 2700 tüməndən 8500 tümənə qalxdı. Hal-hazırda isə 1 dollar 6300 tüməndir. Bundan əlavə İrandan xaricə səfər edənlərdən “torpaqbasdı” deyilən bir rüsum alınır ki, bunun da məbləği 27 min tümən idisə (10 AZN), indi onu 200 min tümən (100 AZN-dən artıq) ediblər. İkinci dəfə səfər edənlərdən isə 300 min tümən alınır. İran vətəndaşlarından kimsə ölkəni qısa müddətli də olsa, tərk etmək istəyirsə, dövlətə bu qədər rüsum ödəməlidir ki, bu da az pul deyil. Yəni, İran xalqları istisadi cəhətdən çox böyük sıxıntı içindədir.

Əhalinin banklarda soyğunçuluq etməsi hallarına tez-tez rast gəlinir. İranın dondurulmuş 170 milyard dollar pulunun xaricdə hərbi əməliyyatlara, o cümlədən terror aktlarının təşkilinə sərf edilməsi, həmçinin bir hissəsinin ayətullahların, yüksək vəzifəli şəxslərin “ağazadə” adlandırılan övladları vasitəsilə mənimsənilərək, yenidən ölkədən kənara çıxarılmasından, bir müddət öncə “Telegram” messencer xidmətinin bağlanmasından xalqın xəbəri var. Bu gün Ramazan ayının sonuncu cümə günüdür. İranda həmin gün Qüds günü kimi qeyd olunur. Cümə namazından sonra bütün şəhərlərdə nümayişlər çağrılmışdı. Ancaq saytlara baxdıqda görmək olur ki, nümayişə çıxanlar yoxdur. Aksiyalar çox zəif keçirilir. Əvvəllər isə şəhərin küçələri dolurdu. İndi isə o günlərdən əsar-əlamət qalmayıb.

– Güney Azərbaycandakı vəziyyətlə bağlı bir qədər ətraflı bilgi verməyinizi istərdik…
– Hansı hökumətin olmasının fərqi yoxdur, Güney Azərbaycanla bağlı heç nə dəyişməyib. Həmin siyasət – assimilyasiya, tutqular, basqılar, hər yerdə qadağalar davam edir. Dünən rəsmi dövlət orqanı olan “İran” qəzetininin – hansı ki, bu qəzet bir neçə il öncə azərbaycanlıları təhqi etmiş, onları tarakana bənzətmişdi – manşetində yazılır ki, dövlət milləti himayə etməlidir. Etiraz edən qövmlərin sözləri doğrudur, onlara əhəmiyyət verməli, yerinə yetirməliyik. Ancaq zindanlar yenə də doludur. Doğma qardaşım oğlu Siyamək Mirzayiyə 12 il zindan cəzası veriblər. Guya mütəşəkkil dəstə yaradıbmış. O da deyir ki, mən dəstə yaratmışamsa, müavinim kimdir, maliyyəsi hardan gəlir? Tək adamla təşkilat olmaz axı… Bir sözlə, Güney Azərbaycanda həmin proseslər davam edir, İranda da vəziyyət çox acınacaqlıdır.

– Sözün düzü, xaricə çıxmaq üçün ölkə vətəndaşlarının dövlətə rüsum ödəməli olduğu bir qədər təəccüb doğurur…
– Bunlar hamısı büdcənin kəsirlərini örtmək üçündür. Büdcənin kəsirlərini camaatın cibindən kəsdikləri pullarla doldururlar.

– Daxildəki siyasi qüvvələrin bir-birləri ilə münasibətləri necədir?
– Hakimiyyətdə təmsil olunan böyük siyasi qrupların bir-biri ilə çəkişməsi mövcuddur. Bu yaxınlarda keçmiş prezident Mahmud Əhəmdinejadın ali dini lideri tənqid edən bir çıxışı olmuşdu. O Əli Xamneyiyə xitabən dedi ki, sən ağa deyilsən, bu millətin söz demək haqqı var. Siz kimsiniz ki, təkbaşına milləti idarə edəsiniz. Yəni, bunun özü də daxildəki cinahların bir-birləri ilə ixtilaflarının olmasından xəbər verir. Vəziyyət hazırda bu cürdür.

Ancaq bu qruplar hər vasitə ilə xalqın başını aldatmağa çalışırlar. Xalq isə hər şeyi çox yaxşı bilir. O rejim çöküş vəziyyətindədir. “Lukoil”, “British Petroleum”, Çin şirkətləri, əsasən də Avropa şirkətləri İranı tərk edirlər. Avropanın həmin şirkətləri himayə etməyə gücü çatmadığı üçün onlar bu ölkə ilə imzaladıqları müqavilələri ləğv edib ordan çıxırlar. Yaponiya, Hindistan neft almaq üçün başqa ölkələrə üz tutur. Baxmayaraq ki, sazişdə iştirak edən aparıcı Avropa ölkələri bunun əleyhinədirlər. Onlar bu sazişi qoruyub saaxlayacaqlarını deyirdilər. Ancaq onların bu sazişi qoruyub saxlamağa gücü çatmadı. Ona görə də bütün xarici şirkətlər – hansılar ki, İranla neft-kimya, sənaye sahələrində böyük müqavilələr bağlamışdılar – onların hamısı Tehranla müqavilələrini ləğv edib, bir-bir İrandan çıxırlar.

– Hazırda Prezident Həsən Ruhaninin durumu necədir? Yəqin ki, onun mövqeləri zəifləyib, mühafizəkarlarınkı güclənib…
– İranda prezident heç kimdir. Vilayəti-fəqih (ali dini lider) olan yerdə prezidentin heç bir icra gücü yoxdur. Bu, konstitusiya ilə də belədir. Prezident bir danışan vasitədir. Onun danışıqlarını da kəsə bilərlər, imza atdığı sənədləri də məhv edə bilərlər. Əsas söz sahibi vilayəti-fəqihdir. Prezident, islami şura məclisinin (parlament) sədri, Məclisi-Xubreqan (ali dini lideri seçən ayətullahlardan ibarət məhdud şura) boş-boş şeylərdir. Orda yeganə bir qüvvə var, o da vilayəti-fəqih və ona yaxın olan insanlardır. Onların arasında da ayrı-seçkilik var. Əsas Xamneyidir. Ruhaninin verdiyi vədlərin heç biri yerinə yetirilməyib. O adamın xalq arasında da heç bir etibarı qalmayıb. İndi də islahatçılara deyirlər ki, siz nüvə sazişini imzalamaqla İran xalqına xəyanət etmisiniz. Ruhaninin yalançılıqdan başqa heç nəyi qalmayıb. Ruhani qeyri-fars xalqlarından ibarət bir şura yaratdı, onun başına İnqilab Keşikçiləri Korpusunun belə deyək, KQB-sinin rəisi Yunisi soyadlı birini qoydu. Bütün xalqların – kürdlərin, ərəblərin, bəlucların, türklərin başına gətirdiyi adamın özü fars şovinistidir. Ruhani o cümlədən Azərbaycan xalqına verdiyi vədlərin heç birinə əməl etmədi. O, təkcə Azərbaycan xalqının deyil, bütün xalqların gözündən düşüb.

– “Telegram”ın bağlanması nə bağlı idi?
– İrandan xaricə çox güclü informasiya ötürülür. Ona görə də hökumət bu messencer xidmətini bağlamaq istəyirdi. Ancaq sərt etirazlarla üzləşdi və istəyinə nail ola bilmədi. Ümumiyyətlə, İranda baş verən neqativ proseslər təkcə Güney Azərbaycan xalqına deyil, bütün İran xalqlarına neqativ təsir edir. Əvvəlki dövrün sanksiyalarına baxmayın, bu dəfə sanksiyalar rejimin çökməsinə gətirib çıxaracaq.

– Ən azı sanksiyaların tətbiq olunması bizi hərbi-təhlükəsizlik baxımından əvvəlki gərgin dövrə qaytarır…
– İranın bu sanksiyalar qarşısında iki yolu var idi. Birincisi, silahı qüvvələrini xaricdən – Suriyadan, Yəməndən, İraqdan geri çəkməlidir. İkincisi, nüvə silahı əldə etmək istiqamətində çalışmalarını tam dayandırmalıdır. Avropa ölkələrinin liderləri də İrana deyirlər ki, silahlı qüvvələrini həmin ölkələrdən çıxar. Rusiya da bu yaxınlarda bəyan etdi ki, Suriyadakı bütün xarici qüvvələr çıxmalıdır. İran vaxtında bu iki yolu seçməli və geri qayıtmalıdır. Tehran sivil dünya ictimaiyyətinin yanına normal dövlət kimi qayıtmasa, İranın aqibəti çökməkdir. Bəli, budəfəki sanksiyalar əvvəlkilərdən çox fərqlidir. Ötən dəfəki sanksiyalar o qədər də sərt deyildi. Bu dəfə tətbiq edilən sanksiyalar dəfələrlə sərtdir. Ötən sanksiyalar dövründə Qərb İranın Suriyada və digər ölkələrdə hərbi varlığının üzərindən səthi keçmişdi. Ancaq bu dəfə nüvə silahının əldə edilməsi üzrə işlərin dayandırılması ilə yanaşı İran qüvvələrinin xaricdən çıxarılmasını, terror əməllərinə son qoyulmasını, İranın normal dövlətə çevrilməsini istəyirlər. İran xalqının milyardlarla dollar pulunu xalqın boğazından kəsib Suriyada, Yəməndə, İraqda və ya başqa yerlərdə sərf etməyə dəyməz. O pullar hamısı xalqa xərclənməli idi. Sanksiyalardan sonra İranın üzərinə həbs qoyulmuş 170 milyard dollar pulu azad oldu və nağd şəkildə Tehrana qaytarıldı. Onlar xalqa qaytarılmadı, hamısı terror və Qasım Süleymani kimi hərbçilərin xaricdə apardığı hərbi əməliyyatlara xərcləndi. Həmin puldan İran xalqına bir qəpik də xərclənmədi. Bu da xarici dövlətlərin göz yumması və böyük xəyanətləri nəticəsində mümkün oldu.

– Ötən ilin sonu, bu ilin əvvəlində İranın bir sıra şəhərlərində xalqın kütləvi etirazları oldu. Bu baxımdan yenidən xalq etirazlarının baş qaldıracağını gözləmək mümkündürmü?
– Bilirsiniz ki, hicri-şəmsi tarixi ilə 1396-cı ildə, yəni 2017-ci ilin qışında İranın yüzlərlə şəhəri ayağa qalxdı. İndi də banklar camaatın pullarını mənimsəyib vermirlər, altı aylarla insanların maaşları ödənilmir. Sanksiyalar bir qədər də davam etsə, İranda böyük bir inqilab gözlənilir. Xalqın da bütün bunlardan qeyd etdiyim kimi xəbəri var.

Nəşr olunub SİYASƏT

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar “Azərbaycanın xarici siyasəti və həqiqi dostları” kitabı Qırğızıstanda nəşr olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, müəllifi Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin xaricdə yaşayan azərbaycanlılarla iş üzrə bölməsinin müdiri Qafar Əliyev olan kitab Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə qırğız dilinə tərcümə edilib.

Azərbaycanın dostları haqqında məqalələrin yer aldığı kitabı Mukan Asanaliyev tərcümə edib. “Azərbaycanın xarici siyasəti və həqiqi dostları” kıtabının qırğız dilindəki nəşrini bu linkdən əldə etmək olar: http://www.nazarnews.kg/news/23145.

Nəşr olunub SİYASƏT

Xəbər verdiyimiz kimi, iyunun 2-də güclü sel nəticəsində Göyçay çayı üzərində avtomobil körpüsünün uçması ilə bağlı cinayət işi başlanıb.

Bizim Yol xəbər verir ki, faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2.1-ci (külli miqdarda ziyan vurmaqla sahibkarlıqla məşğul olma), 255-ci (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) maddələri ilə Nazim Səfər oğlu Qasımova və Nəciməddin Mikayıl oğlu Əliyevə ittiham elan edilib.

Xəbərdə Nəciməddin Əliyevin kimliyi ilə bağlı Unikal.org saytı məlumat yayıb. Sayt onun DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin sabiq rəisi, polis general-mayoru və Quba rayon İcra Hakimiyyətinin sabiq başçısı Ərziman Əliyevin qardaşı olduğunu yazıb.

Məsələ ilə bağlı Bizim Yol-un əməkdaşı Əli Cahangiroğlu DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin sabiq rəisi, polis general-mayoru Ərziman Əliyevlə əlaqə saxlayıb. O əməkdaşımıza bu barədə açıqlama vermək və verməmək əvəzinə onu ağır söyüşlərlə təhqir etmiş, general adına yaraşmayan halda ağır söyüş, təhqirlərini təkrar-təkrar ifadə etmişdir.

Genaral-mayor Ərziman Əliyev KİV-haqda qanunlardan xəbərsiz olduğu kimi, görünür insanları söyməyin, təhqir etməyin də cinayət olduğunu unudub.

Qeyd edək ki, Ərziman Əliyev 2004-2007-ci illərdə Qubanın icra başçısı olub.Ondan əvvəl Göyçay rayon Polis rəisi işləyən Ərziman Əliyev qohumu Ziya Məmmədovun köməkliyi ilə Qubaya icra başçısı gətirilib.Daha sonra işində yol verdiyi nöqsanlara görə Prezident tərəfindən vəzifəsindən azad olunan Əliyev bir qədər sonra hansısa sirli qüvvənin köməkliyi ilə DİN-nin Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi təyin edilib.Polis general-mayorudur.

Bizim Yol bütün oxuculardan üzr istəyərək həmin açıqlamanın audio yazısını sizə təqdim edir.

 
Nəşr olunub CƏMİYYƏT

Reytinq