Burda göstərilən tarixə olan xəbərlər: Çərşənbə Axşamı, 11 İyun 2019

Azərbaycan və Türkiyə bütün təhlükələrə birlikdə sinə gələ bilər.

boyukmillet.com Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

Nazir bildirib ki, Türkiyə və Azərbaycan arasında münasibətlər bütün sahələrdə yüsək səviyyədə inkişaf edir.

Qeyd edək ki, Naxçıvanda “Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi keçirilir.

İyunun 7-də start götürən Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimə 5000 nəfərədək şəxsi heyət, 200-dən artıq tank və digər zirehli texnika, 180-ə yaxın müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 21 ədəd təyyarə, helikopter, pilotsuz uçuş aparatı və silahlanmaya yeni daxil edilmiş müxtəlif növ müasir silah və texnika nümunələri cəlb olunub.

Təlimin məqsədi qərargahların müştərək döyüş əməliyyatları planlarının hazırlanması, şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması və birgə tapşırıqları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaqdır.

“Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi iyunun 11-dək davam edəcək

Nəşr olunub SİYASƏT
Çərşənbə Axşamı, 11 İyun 2019 21:33

Rusiyada azərbaycanlı gənc yandırıldı - ŞOK SƏBƏB

Rusiyada azərbaycanlı gənc yandırıldı – ŞOK SƏBƏB

Rusiyanın Samara vilayətində azərbaycanlı gəncin dəhşətli ölümü baş verib.

boyukmillet.com modern.az-a istinadən xəbər verir ki, 30 yaşlı Elmir Əhmədovun cəsədi gecə saatlarında Poxvistnevsk rayonunun Matyan qəsəbəsində “Qazel” markalı avtomobildə aşkar olunub.

“Qazel” yandığı üçün Elmir Əhmədovun cəsədi tanınmaz hala düşüb. Onun öldürüldükdən sonra avtomobilinə od vurulduğu ehtimal olunur.

Verilən məlumata görə, E.Əhmədov rayonda evli xanımla görüşürmüş. Qadının əri bundan xəbər tutub və azərbaycanlını qətlə yetirib. Cinayətin izini itirmək üçün onu E.Əhmədova məxsus avtomobillə rayon kənarına çıxarıb. Daha sonra qatil azərbaycanlının ayağına benzin töküb və od vurub.

Qadının taleyi ilə bağlı heç bir məlumat yoxdur. Faktla bağlı araşdırmalara başlanılıb.Rusiyanın Samara vilayətində azərbaycanlı gəncin dəhşətli ölümü baş verib.

Nəşr olunub CƏMİYYƏT

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən iyunun 7-dən etibarən Naxçıvanda iki ölkənin Silahlı Qüvvələrinin “Sarsılmaz qardaşlıq-2019” birgə döyüş atışlı taktiki təlimləri başlayıb.

boyukmillet.com xəbər verir ki, iyunun 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov birgə döyüş atışlı taktiki təlimi izləyiblər.

Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev təlimə hazırlıq barədə raport verib.

İdarəetmə məntəqəsində əməliyyat taktiki təlimin planı diqqətə çatdırılıb. Bildirilib ki, təlimin keçirilməsində məqsəd qərargahların müştərək döyüş əməliyyatları planlarının hazırlanması, şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması və birgə tapşırıqları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətini koordinasiya etməkdən ibarətdir. Əlahiddə Ümumqoşun Ordunun və Naxçıvan Muxtar Respublikasının güc strukturlarının, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələri bölmələrinin iştirakı ilə keçirilən təlimə 5 minə yaxın şəxsi heyət, 200-dən artıq tank və digər zirehli texnika, 180-ə yaxın müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 21 təyyarə, helikopter, pilotsuz uçuş aparatı, silahlanmaya yeni daxil edilmiş müxtəlif növ müasir silah və texnika nümunələri, 30-dan çox hava hücumundan müdafiə vasitəsi və 300-ə yaxın avtomobil texnikası cəlb edilib. Təlim zamanı şəxsi heyətlərin qidalanması və məişət şəraiti üçün də lazımi tədbirlər görülüb.

Naxçıvan Qarnizonu Qoşunlarının istifadəsində olan silah, texnika və döyüş maşınları ilə tanışlıqdan sonra təlimə start verilib.

Təlimin ssenarisinə əsasən “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının Çevik Hərəkət Taborundan ayrılmış taktiki hava desantı müdafiəmizin yaxın dərinliyində yerləşən yüksəklik istiqamətində irəliləyən düşməni məhv etmək üçün vertolyotdan əraziyə endirilib. Qrup tərəfindən düşmənin kəşfiyyat dozoru aşkarlanaraq məhv edilib. Tabora atəş dəstəyi üçün “D-44” topu vertolyotla yüksəkliyə çatdırılıb. Yaranmış şəraitdən məharətlə istifadə edən bölmələrimiz yüksəklikdə möhkəmlənərək, düşmənin canlı qüvvəsini və zirehli texnikasını məhv edib, düşmən ağır itkilər verərək geri çəkilməyə məcbur olub.

Naxçıvan Qarnizonu Qoşunlarının xüsusi təyinatlı qrupları fəaliyyətə başlayıb. Həmlə qrupu ərazinin relyefindən və məhdudgörmə şəraitindən yararlanaraq düşmənin müdafiə mövqeyinə basqın edib. Əlahiddə Əməliyyat Briqadasının yüksək manevr qabiliyyətinə malik “KOBRA” tipli zirehli döyüş maşınları qrupa atəş dəstəyi veriblər.

Təlimin gedişində tank, “ZMA”, “Xrizantema-S”, “TOS-1A” və “ZU-23-2” tərkibində bölük taktiki qrupu mövqelərimiz arasındakı boşluqları tutaraq müdafiəni gücləndiriblər. Əlahiddə Ümumqoşun Ordunun raket-artilleriya birləşmə və hissələri müdafiə olunan bölmələrin atəş dəstəyinə başlayıb, ən uzaq hüdudlarda düşmənin irəliləyən motoatıcı və tank bölmələrinə, atəş mövqeyində olan artilleriya və minaatan batareyalarına, hava hücumundan müdafiə vasitələrinə, komanda məntəqələrinə zərbələr endiriblər. “SU-25” hücum təyyarələri isə düşmənin irəliləyən bölmələrinin qarşısını aviabombalarla alıb.

Düşmənin hücum edən bölmələrinin tankları, zirehli texnikası və canlı qüvvəsi “T-90 S” tanklarının sərrast atəşi ilə zərərsizləşdirilib. “TOS-1A” yaylım atəşli ağır odsaçan sistemi düşmənin dayaq məntəqələrini tələfata uğradıb. Bu zaman həmləyə keçən düşmən tankları “Xrizantema-S” tank əleyhinə idarə olunan raket kompleksinin atəşi ilə məhv edilib. “OSA-1T”, “İqla-S” və “ZU-23-2” hava hücumundan müdafiə vasitələrinin atəşi ilə düşmən aviasiyasının hücumları dəf olunub. Tank, “PDM-2”, “ZMA”, minaatan, “AQS-30”, snayper və digər atıcı silahların atəşi ilə hücum edən düşmənin zirehli texnikası və canlı qüvvəsi məhv edilib, “Mİ-35” vertolyotlarının məharətli atəş zərbələri ilə sıradan çıxarılıb.

Ordunun raket-artilleriya birləşmə və hissələri bölmələrimizin əks atəş hazırlığına başlayıblar. Ordu aviasiyası düşmənin aşkar olunmuş zirehli texnikasına, ehtiyatlarına və komanda məntəqələrinə zərbələr endirib. Atəş basqınından yararlanan tabor taktiki qrupları sürətlə düşmənin ön xəttinə yaxınlaşaraq döyüş düzülüşünə açılıb, ön xətdə və yaxın dərinlikdə yerləşən düşmənin atəş vasitələrini məhv ediblər. Tank və digər döyüş maşınlarının sərrast atəşi ilə düşmənin zirehli texnikası, sığınacaqlarda olan atəş vasitələri məhv edilib. Güclü atəş imkanına malik olan tabor taktiki qrupları düşmənə cinahlardan zərbələr endirib.

Hərəkəti təminetmə dəstəsi bir istiqamətdə düşmənin tank əleyhinə xəndəkləri üzərində körpü qurub, digər istiqamətdə isə mina sahəsindən keçidlər açaraq ehtiyatların irəliləməsinə nail olub. Təxliyə qrupları döyüş meydanında vurulmuş texnika və yaralıların təxliyəsini həyata keçiriblər. Hücumun inkişaf etdirilməsi və cinahlara doğru genişləndirilməsi məqsədilə Əlahiddə Ümumqoşun Ordunun ehtiyatları döyüşə salınıb, düşmən ehtiyatlarının irəliləməsinin qarşısının alınması məqsədi ilə taktiki və hava desantları endirilib. Beləliklə də Naxçıvan Qarnizonu Qoşunları Türkiyə Respublikası Silahlı Qüvvələrinin bölmələri ilə birgə təlimdə qarşıya qoyulmuş tapşırığı uğurla yerinə yetirərək şərti düşmən üzərində zəfər qazanıblar.

Sonda Azərbaycan və Türkiyə Respublikalarının dövlət bayraqları “SU-25” hücum təyyarələrinin və vertolyotların müşayiəti ilə döyüş meydanında nümayiş olunub.

Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev təlimin başa çatması barədə raport verdikdən sonra şəxsi heyətlə görüş olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov əsgər və zabitləri salamlayıb, onları və tədbir iştirakçılarını Azərbaycan və Türkiyə silahlı qüvvələrinin birgə təlimlərinin uğurla başa çatması münasibətilə təbrik edərək deyib: Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Müstəqil Azərbaycan dövlətinin ən böyük dayağı, onun sütunu Azərbaycan Ordusudur”. İşğalçı ölkə ilə sərhəddə yerləşməsi və blokada şəraitində yaşaması Naxçıvan Muxtar Respublikasında müdafiə təhlükəsizliyini əsas məsələlər sırasına çıxarmışdır. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Naxçıvan strateji yerdə yerləşir. Naxçıvan blokada şəraitində yaşayır. Belə olan halda Naxçıvanın döyüş potensialı ən yüksək səviyyədə olmalıdır”.

Ali Məclisin Sədri deyib: Dövlət başçısı Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə xüsusi diqqət yetirmiş, müasir silah və texnika ilə təminat gücləndirilmiş, bunların nəticəsi olaraq Əlahiddə Ümumqoşun Ordu yaradılmışdır. Bu gün muxtar respublikadakı ordu, hissə və birləşmələr güclü maddi-texniki təminata, müasir silahlara və peşəkar şəxsi heyətə malikdir. Naxçıvanda ordu quruculuğu sahəsində görülən işlərdə Türkiyə Silahlı Qüvvələrinin dəstəyi də qeyd olunmalıdır. Bu gün Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında hərbi sahədəki əməkdaşlığın səviyyəsi məmnunluq doğurur. Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin keçirilməsi də bu əməkdaşlığın davamı, eyni zamanda ordularımız arasındakı birliyin göstəricisidir.

Ali Məclisin Sədri deyib: Ordu quruculuğu tədbirləri sırasında hərbi təlimlərin əhəmiyyəti böyükdür. Çünki təlimlər əsgər və zabitlərdə hərbi vərdişləri formalaşdırır, onların döyüş hazırlığını artırır. Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürk deyirdi ki, “Hər hansı bir ordunun dəyəri onun əsgər və komandan heyətinin dəyəri ilə ölçülür”. Azərbaycan-Türkiyə birgə hərbi təlimində qarşıya qoyulmuş tapşırıqların uğurla yerinə yetirilməsi bir daha əminlik yaratdı ki, təlimə cəlb olunmuş şəxsi heyətlərdə yüksək döyüş hazırlığı vardır.

“Ordunun gücünü və döyüş qabiliyyətini yalnız maddi-texniki baza və silah təminatı deyil, həm də şəxsi heyətin vətənpərvərliyi və birliyi artırır. O ordu güclüdür ki, onun əsgər və zabitlərində vətənpərvərlik və birlik olsun. Keçirilən təlimdən çıxan nəticə də ondan ibarətdir ki, bir millətin, iki dövlətin silahlı qüvvələrində yüksək vətənpərvərlik və birlik vardır”, - deyən Ali Məclisin Sədri hərbi təlimin uğurla başa çatması münasibətilə şəxsi heyətləri təbrik edib, hərbi təlimin hazırlanmasında əməyi olanlara təşəkkürünü bildirib.

Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar iki qardaş ölkə silahlı qüvvələrinin birgə fəaliyyəti olan “Sarsılmaz qardaşlıq-2019” təlimləri münasibətilə şəxsi heyətləri təbrik edərək deyib: Regional təhdidlərin artdığı bir dövrdə ölkələrimizin və xalqlarımızın təhlükəsizliyini təmin etməyin yolu güclü və mübariz orduya sahib olmaqdan keçir. Güclü ordu üçünsə müasir silah və texnika, həmçinin peşəkar hərbçilər lazımdır. Peşəkar hərbçilərin yetişdirilməsinin ən optimal yolu təlimlərin keçirilməsidir. Təlimlərdə əsgər və zabitlərin ərazi və hava şərtləri ilə tanış olması döyüşə hazırlıq baxımından çox əhəmiyyətlidir. Çünki şəxsi heyət döyüş həmlələrini təlimlərdə öyrənir. Xüsusilə müştərək və birləşmiş təlimlər bir-birimizi tanımamıza, çiyin-çiyinə mübarizə aparmağımıza böyük dəstək verir. Dostluq və birgə əməkdaşlıq çərçivəsində icra etdiyimiz “Sarsılmaz qardaşlıq-2019” təliminin layiqli şəkildə məqsədinə çatdığını və böyük müvəffəqiyyətlə yerinə yetirildiyinin şahidi olduq. İki dövlətin bir millət, bir ordu olduğunda nələr edə biləcəyinə bu təlim bir nümunədir. Mustafa Kamal Atatürkün də dediyi kimi: “Azərbaycanın sevinci bizim sevincimiz, Azərbaycanın kədəri bizim kədərimizdir”. Qardaş ölkə Azərbaycan və Türkiyə hər cür təhdid və təhlükəyə qarşı kədərdə və sevincdə bərabərdir.

Hulusi Akar təlimlərin yüksək səviyyədə başa çatması münasibətilə Türkiyə Silahlı Qüvvələrinin adından təbriklərini çatdırıb.

Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov çıxış edərək deyib: Türkiyə Silahlı Qüvvələri dünyanın ən güclü ordularındandır. Qardaş ölkə ilə olan milli bağlarımız ordu quruculuğu sahəsində əməkdaşlıq üçün geniş imkanlar açır. Türkiyə Silahlı Qüvvələrinin təcrübəsindən bəhrələnmək mühüm əhəmiyyət daşıyır. Birgə təlimlər bir daha bütün dünyaya nümayiş etdirdi ki, silahlı qüvvələrimiz hər bir vəzifəni birgə icra etməyə hazırdır və qadirdir. Naxçıvanda keçirilən təlimdə Türkiyə Respublikasının Milli Müdafiə nazirinin iştirakı onun əhəmiyyətini daha da artırdı.

Zakir Həsənov təlimin uğurla başa çatması münasibətilə şəxsi heyətə təbriklərini çatdırıb.

Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev təlimə hazırlıqla bağlı görülən işləri diqqətə çatdırıb, hazırlanmış ssenariyə uyğun Türkiyə Respublikası Silahlı Qüvvələrinin təlimə cəlb olunan heyəti ilə Naxçıvan Qarnizonu Qoşunlarının şəxsi heyəti arasında bölmələrin birgə idarə edilməsində vahid prosedurların tətbiqinə nail olunduğunu, hədəflərin 85, maketlərin 90 faizindən çoxunun məhv edildiyini bildirib.

Sonra xatirə şəkli çəkdirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov təlimdə fərqlənən zabit, gizir və əsgərləri qiymətli hədiyyələrlə mükafatlandırıblar.

Zabit, gizir və əsgərlər şəxsi heyət arasındakı birlik və bərabərliyin ifadəsi olan “Hamı bir nəfər, bir nəfər hamı üçün” şüarını səsləndiriblər.

Nəşr olunub RƏSMİ XRONİKA

boyukmillet.com xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Çin Xalq Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli Səfiri Vey Çinhua ilə görüşüb. Səfir Vey Çinhuanın səlahiyyət müddətinin başa çatması ilə əlaqədar keçirilən görüşdə iki ölkə arasında, xüsusilə, son illərdə yüksələn xətlə inkişaf edən Çin Xalq Respublikası və Naxçıvan Muxtar Respublikasının bir çox sahələrdə əməkdaşlıq məsələləri, gələcək perspektivlər müzakirə edilib.

Səfir Vey Çinhua fəaliyyəti dövründə Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafına verdiyi töhfələrə və real nəticələrin əldə olunmasına görə Prezident  İlham Əliyevə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri  Vasif Talıbova minnətdarlığını ifadə edib.

Nəşr olunub SİYASƏT

3-10 iyun 2019-cu il Lənkəran şəhərində “Sosial infrastruktur obyektlərinin əlilliyi olan insanlar və digər hərəkət  məhdudluğu olan əhali qrupları üçün müyyəsərliyinin təmin edilməsi” mövzusunda təlim keçirilmişdir.

Təlimi Azərbaycan Əlil Təşkilatları İttifaqının (ƏTİ) dəvəti ilə Ümumrusiya Əlilllər Cəmiyyətinin nəzdində “Cəmiyyət Hamı Üçün” Əlilliyi olan Şəxslərin Problemlərinin Öyrənilməsi Mərkəzinin mütəxəsisləri tərəfindən aparılır.

Əsas məqsədi müyəssər ətraf mühitin yaradılması və obyektlərin müyəssərliyinin pasportlaşdırılması üzrə  mütəxəsislərin hazırlanmasıdır. Təlimə Bakıdan və Lənkəran şəhərinin müvafiq hökumət və qeyri-hökumət təşkilatlarından nümayəndələr iştirak etmişlər. Təlimin əyyani hissəsi kimi İştirakçılar həm də beynəlxalq ekspertlərlə bircə  Lənkəran şəhərinin bir neçə obyektinin, mərkəzi küçələrinin, H.Əliyev Parkının, H.Əliyev Mərkəzinin, Gənclər Mərkəzinin, Bankın, Otelin müyəssərlik cəhətdən monitorinqini və qiymətləndirilməsini aparmışlar. Tədbirin sonunda iştirakçılara sertifikatlar verilmişdir. Qeyd edək ki, təlimi keçmiş insanlar gələcəkdə Lənkəran şəhərində əlilliyi olan və digər hərəkət məhdudiyyətli insanlar üçün müyəssər mühitin yaradılması üzrə monitorinqlər aparacaq, Lənkəran şəhəri üzrə “Müyəssərlik modeli” hazırlayacaqlar.

Bu təlim Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə – həssas Dayanıqlı İnkişaf  Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” layihəsi çərçivəsində Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının (ƏTİ) həyata keçirdiyi Lənkəran şəhəri üzrə əlilliyi olan şəxslər üçün əlçatan mühitin yaradılmasına dair “Hamı üçün müyəssər xoşbəxt şəhər” layihəsi çərçivəsində həyata keçirilir. Partnyor təşkilat Lənkəran Şəhər Bələdiyyəsidir.

Nəşr olunub CƏMİYYƏT
Çərşənbə Axşamı, 11 İyun 2019 21:10

Azərbaycan jurnalist Fuad Abbasova görə Rusiyaya nota verib

 

"Jurnalist Fuad Abbasovun Rusiyadan baş tutmayan deportasiyası və Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsinə qaytarılması ilə əlaqədar bildiririk ki, səfirliyin Konsulluq şöbəsinin əməkdaşları onunla hər gün əlaqə saxlayırlar".

Bu barədə "Report"un Rusiya bürosuna Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib. 

Bildirilib ki, iyunun 11-də səfirliyin əməkdaşları F.Abbasovla növbəti dəfə görüş keçirib, şəraiti ilə yaxından tanış olublar.

Diplomatik nümayəndəlikdən verilən məlumata görə, bundan əlavə, yaranmış vəziyyətin aydınlaşdırılması məqsədilə səfirlik tərəfindən Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinə müvafiq nota göndərilib və digər aidiyyəti dövlət qurumlarına məktublar ünvanlanıb: "Rusiya tərəfinin cavabı daxil olan kimi, mətbuata əlavə məlumat veriləcək.

Bir daha ictimaiyyətin diqqətinə çatdırırıq ki, səfirlik məsələni nəzarəti altında saxlayır və öz səlahiyyətləri çərçivəsində bütün mümkün tədbirləri görür".

İqbal Rüstəmov

Nəşr olunub CƏMİYYƏT

Azərbaycanlı jurnalistdən Paşinyana sillə kimi suallar – VİDEO

“Real” TV-nin Moskva müxbirinin sualları Rusiyada səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyanı çətin vəziyyətə salıb.

boyukmillet.com xəbər verir ki, Moskvada səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyanın keçirdiyi mətbuat konfransına qatılan “Real” TV-nin Rusiya bürosunun əməkdaşı İqbal Rüstəmov İrəvanın Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı yürütdüyü blef siyasətini işğalçı ölkə rəhbərinin üzünə çırpıb. Paşinyana bir neçə sual ünvanlayan Rüstəmov əvvəlcə İrəvanın “konstruktiv mövqe” haqda bəyanatlarına baxmayaraq, Ermənistan ordusunun cəbhə xəttində təxribatlarını davam etdirdiyini və bunun nəticəsində hətta ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri zamanı Azərbaycan hərbçilərinin snayper atəşi ilə öldürüldüyünü xatırladıb: “Bir tərəfdən danışıqlarda konstruktiv mövqe tutduğunuzu deyirsiz, digər tərəfdən isə insanlar həlak olur. Bunu necə izah edərdiz?”

Rüstəmovun Paşinyana ünvanladığı növbəti sual isə konkretliyi ilə seçilib: “Ermənistan ordusu işğal etdiyi Azərbaycan ərazilərindən nə vaxt çəkiləcək?”

Azərbaycanlı jurnalistin sonuncu sualı isə rəsmi Bakının tühlükəsizliyinə yüksək səviyyədə təminat verdiyi London “Arsenal”ının erməni futbolçusu Henrix Mxitaryanın Azərbaycana gəlməməsinin səbəbləri ilə bağlı olub. Cavaba sonuncu sualdan başlayan Paşinyan məsələnin mahiyyətindən yayınmağa çalışaraq, erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycana buraxılmadığını xatırladaraq, uğursuz müqayisəyə cəhd göstərib.

Paşinyan iyunun ilk ongünlüyündə Azərbaycan hərbçilərinin ermənilərin snayper atəşi ilə qətlə yetirilmələrinin məsuliyyətini də öz üzərindən atmağa çalışıb. Baş nazir işğalçı ordunun Azərbaycan ərazilərindən çıxarılmasına dair suala isə “Ermənistan Dağlıq Qarabağın təhlükəsizliyinin yeganə qarantıdır” cavabını verməklə kifayətlənib.

Nəşr olunub SİYASƏT
Çərşənbə Axşamı, 11 İyun 2019 21:04

1, 3 və 5 qəpiklər dövriyyədə olmasa nə baş verər ki…

img

Bu gün supermarketlərdə istehlakçıların üzləşdiyi problemlərdən biri də alış-veriş edərkən xırda pul qalıqlarını ala bilməmələridir. İlk baxışdan gözə görünməyən məbləği ala bilməmək bir müddət sonra alıcıların narazılıqlarına səbəb olur.

Hətta bu qəpiklərə ictimai nəqliyyatda sürücülər də yaxın durmurlar. Onları “Bakıkart”a vurub metrolarda istifadə edə bilmirik. Bu cür qəpiklərdən yalnız böyük marketlərdə istifadə etmək mümkündür. Bu səbəbdən də 1-3-5 qəpiklərin dövriyyədən çıxarılması təklif olunur.

  • Eyyub Hüseynov: “Xırda nominallı pulların dövriyyəsində böyük problem var”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, xırda nominallı pulların dövriyyəsində böyük problem var: “Bu məsələ o halda problem deyil ki, kassir həmin qəpiyi versin, müştəri götürməsin və ya onlar bunu öz aralarında həll etsin. Amma digər hallarda bu, istehlakçının hüququnun pozulması və aldadılmasıdır. Düşünürəm ki, bunu edən marketlər istehlakçı hüququnu pozan marketlərdir. Belə halda, istehlakçı öz hüququnu müdafiə etmək üçün aidiyyəti qurumlara müraciət edə bilər”.

  • Natiq Cəfərli: “1 və 3 qəpiklərin dövriyyədən çıxarılması…”

İqtisadçı-ekspert Natiq Cəfərli qeyd etdi ki, 1 və 3 qəpiyədək pulların istehsalına son qoyulmalıdır: “Məlumdur ki, 2015-ci ildə iki dəfə devalvasiya hadisəsi baş verdi. Devalvasiyadan sonra belə bir şərait yaranıb ki, bu pulların istehsalına çəkilən xərclər həmin pullardan daha bahadır. Buna görə də xırda pullarla bağlı məsələyə birdəfəlik aydınlıq gətirmək lazımdır. Ümumiyyətlə, 10 qəpiyə qədər olan nominal qəpiklər dövriyyədən çıxarılmalı və onların istehsalına əlavə xərc çəkilməsinə ehtiyac yaranmamalıdır. Buna görə də 1 və 3 qəpiklərin, ümumiyyətlə, dövriyyədə qalmasının bir mənası yoxdur, onları dövriyyədən çıxararaq istehsalına çəkilən xərcin azaldılmasında yarar var. Marketlər həmin qəpikləri vermədikləri halda, müştərilərin o qəpikləri istəməkdən utanmağını anlamaq mümkündür. Amma, praktiki olaraq, o qəpiklərin işlənməsi mümkünsüz hala gəlib. Ümumilikdə, bu məsələnin həlli ilə bağlı birdəfəlik Mərkəzi Bankın yanaşması olmalıdır. 1 və 3 qəpiklərin dövriyyədən çıxarılması iqtisadi nöqteyi-nəzərdən daha məntiqəuyğundur”.

 

 

Nəşr olunub İQTİSADİYYAT

Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimlərində iştirak etmək üçün Naxçıvan Muxtar Respublikasına səfərə gəlib.

boyukmillet.com xəbər verir ki, iyunun 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar ilə görüşüb.

Ali Məclisin Sədri Naxçıvana səfərlə bağlı qəbul etdiyi qərara görə Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akara hörmət və ehtiramını bildirib, bu tarixi səfəri muxtar respublikanın həyatında mühüm hadisə kimi dəyərləndirərək deyib: Azərbaycan-Türkiyə əlaqələrinin əsası xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına rəhbərliyi dövründə qoyulmuşdur. 1993-cü ildən isə münasibətlərimiz bir millətin, iki dövləti səviyyəsinə yüksəlmiş, ötən dövrdə ölkə Prezidentlərinin iradəsinə uyğun olaraq strateji tərəfdaşlığımız daha da möhkəmlənmişdir.

Ali Məclisin Sədri deyib: Ölkələrimiz arasındakı əlaqələrin inkişafında Naxçıvan Muxtar Respublikasının mühüm yeri vardır. Xüsusilə muxtar respublika ilə qardaş ölkə arasındakı hərbi əməkdaşlıq məmnunluq doğurur. 1997-ci ildən bugünə qədər Naxçıvan Muxtar Respublikasında 600-ə yaxın Türkiyə hərbiçisi xidmət keçib. Eyni zamanda Heydər Əliyev adına Hərbi Liseyi bitirən 80-ə yaxın kursant Türkiyənin ali hərbi məktəblərində təhsillərini davam etdirib. Türkiyə Silahlı Qüvvələri Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlərdə dəstəyini əsirgəməmiş, muxtar respublikadakı ordu, birləşmə və hissələrin ərzaq, geyim, əşya, texnika, tibbi avadanlıqlar və dərman vasitələri ilə təminatında təmənnasız köməklik göstərmişdir. 

Ali Məclisin Sədri göstərilən dəstəyə görə Türkiyə dövlətinə və Türkiyənin Milli Müdafiə nazirinin şəxsində Türkiyə Silahlı Qüvvələrinə minnətdarlıq edib.

Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar Naxçıvana səfərini və göstərilən qonaqpərvərliyi yüksək dəyərləndirərək deyib: Naxçıvan qədim tarixi və müasir inkişafı ilə tamamilə fərqli bir məkandır. Burada olmaqdan böyük məmnunluq duyur və özümüzü doğma vətənimizdəki kimi hiss edirik. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin də dediyi kimi, Naxçıvanda “Bir millət, iki dövlət” olduğumuzun bir daha şahidi olduq.

Hulusi Akar Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Ali Məclisin Sədrinə çatdırıb, Naxçıvanın inkişafının qardaş ölkədə məmnunluqla qarşılandığını vurğulayıb.

Böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, fikirlərini xatırladan Hulusi Akar Moskva və Qars müqavilələrinə toxunub, Türkiyənin daim qardaş ölkə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib, ikitərəfli əlaqələrdən və qarşılıqlı etimaddan danışıb. Qeyd olunub ki, Türkiyə ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında ordu quruculuğu sahəsində əlaqələr hər iki tərəfin səyləri ilə inkişaf etdirilir.

Ali Məclisin Sədri Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlıq edib, onun da salamlarını Türkiyə Respublikasının Prezidentinə çatdırmağı xahiş edib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov, ölkəmizin Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ərkan Özoral və Azərbaycandakı hərbi attaşesi İsmail Hakkı Köseali görüşdə iştirak ediblər.

 

Nəşr olunub RƏSMİ XRONİKA

img

Türkiyədə keçirilən son bələdiyyə seçkilərindən sonra bölgənin strateji əhəmiyyət daşıyan və Azərbaycanla sərhədə çox yaxın olan Qars və İğdır bələdiyyələrinə nəzarət kürdlərin partiyası kimi tanınan HDP-nin əlinə keçdi. Son bələdiyyə seçkilərində həmin şəhərlərdə seçkiləri qazanan partiyanın təmsilçiləri hazırda sözügedən bələdiyyələrə rəhbərliyi həyata keçirirlər.

Maraqlıdır ki, bu hadisədən sonra Ermənistanı təmsil edən nümayəndə heyətləri bölgəyə ayaq açmağa başlayıblar. Ermənistanla Türkiyə arasında heç bir diplomatik münasibətlərin olmadığını, eləcə də rəsmi İrəvanın məlum bölgəyə açıq ərazi iddiası etməsini nəzərə alsaq, onda HDP-li bələdiyyə başçılarının ermənilərə göstərdikləri bu isti münasibətin həm də Türkiyənin dövlət siyasətilə uzalaşmadığını iddia etmək olar.

Türkiyənin Qars bələdiyyəsi sədrinin erməni heyəti qəbul etməsi və ardından onlara təşəkkür ünvanlaması hər iki qardaş ölkədə böyük etiraza səbəb olub. Ziyalı və siyasətçilər bu addımı ciddi tənqid ediblər. Bu ölkədə təhsil alan azərbaycanlı tələbələr isə etirazlarını keçirdikləri aksiya ilə ifadə ediblər.

Türkiyədə keçirilən son bələdiyyə seçkilərində Qars şəhərindən bələdiyyə sədri seçilən HDP partiyasından olan kürd əsilli Ayhan Bilgenin ermənipərəst hərəkətinə həmin ölkənin siyasi dairələrindən də etiraz gəlib. Qeyd edək ki, Ayhan Bilgen sədr seçildikdən sonra Türkiyənin dövlət siyasətinin əksinə olaraq, işğalçı Ermənistanla sıx əlaqə qurmaq niyyətini öz hərəkətlərində açıq göstərir. Ermənilərin Qarsa səfərlərini təşkil edən və Ermənistandan gələn müxtəlif vəzifəli şəxslərə xüsusi qayğı göstərən A.Bilgen sonucu dəfə Ermənistanın idman, mədəniyyət və turizm təşkilatının rəhbəri İşxan Zakaryan, İrəvan Dövlət Universitetinin tarix fakültəsinin dekanı Edik Minasyan və tarixçi Aşot Soqomonyanı qəbul edib. Görüşdən sonra isə o, sosial şəbəkədəki hesabında erməni heyətə xüsusi təşəkkürünü elan edib.

Türkiyədə təhsil alan azərbaycanlı tələbələr və orada yaşayan soydaşlarımız bununla bağlı etiraz aksiyası keçiriblər. Türkiyə vətəndaşlarının da dəstək verdiyi aksiyada ermənilərin tarixi türk torpaqlarında törətdikləri soyqırımı aktları xatırladılıb, Türkiyənin ayrı-ayrı bölgələri ilə yanaşı, Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırımı hadisələrinə diqqət çəkilib. Aksiya iştirakçıları bildiriblər ki, Ermənistanla Türkiyənin Qars bölgəsi arasında əlaqələrin qurulması ermənilər tərəfindən törədilmiş böyük cinayətlərə bəraət verməyə, Ermənistanın işğalçılıq siyasətinə haqq qazandırmağa yönəlib.

Qars bələdiyyə sədrinin belə ermənipərəst hərəkətlərinə Türkiyə və Azərbaycanda ziyalılar, siyasətçilər, millət vəkilləri də etiraz ediblər.

Türkiyə parlamentinin üzvü, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım bildirib ki, bu tip hərəkətlər yolverilməzdir. Qars bələdiyyə sədrinin bu davranışı həm Türkiyə-Azərbaycan qardaşlığına, həm də Türkiyə dövlətinin siyasətinə ziddir.

Azərbaycan-Türkiyə parlamentlərarası dosluq qrupunun üzvü, millət vəkili Aydın Mirzəzadə də türkiyəli həmkarı ilə eyni fikirdədir. Qeyd edək ki, bu hadisəyə Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasından olan deputatlarla yanaşı, Milliyyətçi Hərəkat Partiyasının deputatları da sərt reaksiya göstəriblər.

Həmin bölgə ilə sıx təmasları olan, tez-tez İğdır və Qarsda layihələr icra edən İctimai-Siyasi Proseslər və Beynəlxalq Əlaqələr Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli qəzetimizə bildirdi ki, bu hadisədən dərin sarsıntı keçirib: “Həmin ərazi həm Türkiyə, həm də bizim üçün strateji əhəmiyyət daşıyır. Bilirsiniz ki, ermənilər Fransada “Qərbi Ermənistan” dövlətinin varlığını elan ediblər. İddialarına görə, elə həmin ərazilər Ermənistana aiddir. Təsəvvür edin ki, yeni erməniçilik konsepsiyasında belə həssas məqamların yer aldığı bir vaxtda Qarsın bələdiyyə başqanı ermənilərdən ibarət məmurların təmsil olunduğu heyətə qucaq açır. Hətta məqsəd qoyurlar ki, Ermənistanın Gümrü bələdiyyəsi ilə Türkiyənin Qars bələdiyyəsini qardaşlaşdırsınlar. HDP-nin bu xəyanəti çox geniş vüsət alıb. Onlar iş adamları səviyyəsində də əlaqələrin genişlənməsi layihəsi üzərində işləyirlər. Türkiyəyə dövlət səviyyəsində ərazi iddiası olan Ermənistanla hansısa bələdiyyə səviyyəsində belə əlaqələrin qurulması yolverilməzdir. Hesab edirəm ki, Türkiyənin başqa qurumları bu məsələyə müdaxilə etməlidirlər. Söhbət Türkiyənin daxilində fəaliyyət göstərən hər hansı bir erməni dərnəyindən deyil, Ermənistan nümayəndə heyətindən gedir. Bu, açıq-aşkar, Türkiyə dövlətinə qarşı yönələn bir addımdır. Belə hərəkətlər həm də Azərbaycanda birmənalı olaraq mənfi qarşılanır. Biz həmin bələdiyyə sədri barədə sərt ölçü götürülməsini tələb edirik”.

Məhəmmədəli QƏRİBLİ

 

Nəşr olunub SİYASƏT
Page 1 of 2

Reytinq