Burda göstərilən tarixə olan xəbərlər: Cümə, 02 Fevral 2018

Rusiyada məşhur olan azərbaycanlı kulinar, yazıçı, NTV telekanalındakı “Bağ cavabı” verlişinin kulinariya rubrikasının aparıcısı Stalik Xankişiyev ermənilərin hücumlarına məruz qalıb. 

Buna səbəb S. Xankişiyevin Azərbaycanın milli mətbəx nümunələrini öz adlarına çıxan ermənilərin yalanlarını ifşa etməsidir. Belə ki, milli mətbəximizi təbliğ edən həmyerlimiz onu oğurlamağa çalışanlarla mübarizə apardığı üçün sosial şəbəkələrdə hücumlara məruz qalıb. Ermənilər soydaşımızın təbliğatının böyük hissəsini təşkil edən “Facebook” səhifəsinin bağladılmasına nail olub. 

Lider TV-də yayımlanan “Status” verilişi Azərbaycan ictimaiyyətinin və mediasının diqqətini bu hadisəyə yönəltmək üçün bu günkü buraxılışını məhz bu mövzuya həsr edib. 

Verilişdə həm qonaqlar, həm də aparıcılar tərəfindən Stalik Xankişiyevə dəstək çağırışı edilib.

Nəşr olunub HADİSƏ

Türkiyə hərbçiləri Afrindəki Darmık dağını ələ keçirib.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bundan öncə həmin dağ PKK terrorçu qruplaşmasının Suriyadakı qolları olan YPG və PYD-nin nəzarətində idi və həmin dağdan Türkiyənin sərhəd şəhəri olan Kilisin atəşə tutulmasında istifadə edilirdi.

Məlumatda Darmık dağının zirvəsinə Türkiyə bayrağının sancıldığı qeyd olunub.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yanvarın 20-də Suriyanın Afrin əyalətində "Zeytun budağı" adlı antiterror əməliyyatının başlandığını elan edib.

Boyukmillet.com

Nəşr olunub DÜNYA

Vergilər naziri Mikayıl Cabbarovun Azərbaycan istehsalı olan "NAZ-Lifan” markalı xidməti avtomobildən istifadə etməsi cəmiyyətdə maraqla qarşılanıb. Bildirilir ki, M.Cabbarov həftənin bəzi günlərində xidmətində olan "NAZ-Lifan” markalı Azərbaycan istehsalı maşından da istifadə edir.

Bir müddət öncə Prezident İlham Əliyevin də Naxçıvan Avtomobil Zavodunun istehsası olan maşınlardan rəsmi qurumların istifadəsini tövsiyə etməsi M.Cabbarovun məntiqi izahı kimi qəbul olunur. Ancaq heç də bütün nazirlərimiz və ya nazirliklərimizdəki xidməti avtomobillər NAZ maşınlarına üstünlük vermir. Hətta Vergilər nazirliyinin özündə belə nazirin bu addımı onun müavinləri və idarə rəisləri üçün nümunə olmayıb.

Görəsən, digər nazirlər və müavinləri hansı xidməti avtomobillərdən istifadə edirlər?

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən axar.az-ın sorğusuna cavab olaraq bildirilib ki, nazir Hüseyn Bağırov adətən işə piyada gedib- gəlir. Yalnız tədbirlər zamanı BMV markalı xidməti maşından istifadə edir.

Картинки по запросу

Qeyd edək ki, H.Bağırovun illərdir işə adətən piyada gedib gəlməsi və onu ən yaxşı halda köməkçisinin müşayiət etməsini Bakı sakinləri də hər zaman müşahidə edir.

Mədəniyyət və Turizm Nazirliyindən isə bildirilib ki, nazirliyin aparatında yalnız nazir və nazir müavinlərinin istifadəsində xidməti avtomobillər mövcuddur. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev BMV, nazir müavinləri isə "Nissan” markalı avtomobillərdən istifadə edir.

Картинки по запросу Əbülfəs Qarayev

Bir həftədən artıqdır digər nazirliklərə göndərilən sorğuya isə cavab verilməyib.

Xatırladaq ki, nazir və nazir müavinlərinin böyük əksəriyyətinin xidməti maşını BMV və "Mersedes” markalı avtomobillərdir. (Axar.az)

Boyukmillet.com

Nəşr olunub CƏMİYYƏT

PKK Afrin əməliyyatları zamanı verdiyi itkilərin əvəzinə bölgədəki 900-dən çox uşağı qaçırıb.

Boyukmillet.com Axar.az-a istinadən xəbər verir ki, bu barədə saxlanılan terrorçulardan biri dindirilmə zamanı deyib. O bildirib ki, PKK qaçırdığı uşaqlara qısa müddətdə silah təlimləri keçərək onları cəbhə bölgəsinə göndərir.

PKK üzvü təşkilatın Afrindəki ailələrin yaşlılarını da qaçıraraq zorla hərbi əməliyyatlara cəlb etdiyini söyləyib.

Nəşr olunub DÜNYA
Ermənistanda borca görə uşaq oğurlanıb.
 
BakuPost Ermənistan mətbuatına istinadən xəbər verir ki, hadisə Kotayk vilayətinin Eqvard şəhərində baş verib.
 
Belə ki, 37 yaşlı qadın polisə müraciət edib və  bildirib ki, 10 yaşlı qızını həmyerlisi, 44 yaşlı qadın aldadaraq evinə aparıb və orada girov saxlayır. Məlum olub ki, uşağın anası həmin qadına pul borcludur.
 
Faktla bağlı araşdırma aparılır. (BakuPost)
 
Boyukmillet.com
Nəşr olunub HADİSƏ

Kanada hökuməti Türkiyənin müdafiə hüquqi ilə bağlı narahatlıqlarını qəbul edir.

Boyukmillet.com Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Kanada Xarici İşlər naziri Kristia Frilənd deyib.

“Suriyanın şimalında ekstermizmin və radikalizmin artmasından dolayı dərin narahatlıq keçiririk. Türkiyənin özünü müdafiə haqqını tanıyırıq. Eyni zamanda tərəfləri sabitliyi qorumağa dəvət edirik. İŞİD-i məğlub etmək üçün bir istiqamətə doğru hərəkət etməliyik”, - nazir bildirib.

Nəşr olunub DÜNYA

MÖVCUD REALLIQ BU HÜCUMLARIN İFLASA MƏHKUMLUĞUNDAN XƏBƏR VERİR

Emin HƏSƏNLİ

QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, politoloq 

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə jurnalistlər üçün inşa edilən ikinci binada mənzil almış 255 media nümayəndəsinə bugünlərdə yeni mənzillərinin açarları və zəruri sənədləri təqdim olundu. 

Bu mütərəqqi addım dövlətin kütləvi informasiya vasitələri, media işçilərinə diqqət və qayğısının növbəti əyani təzahürü olmaqla, onların sosial problemlərinin, mənzil-məişət qayğılarının həll edilməsi yönündə yeni imkanlar açdı. Mətbuat sahəsində uzun illər çalışan, zəhmət çəkən, müxtəlif siyasi baxışlara sahib olan qələm adamlarına müasir standartlara cavab verən yeni binada mənzil ayrılması dövlətin bu təmənnasız addımı ali məqsədlər naminə atdığını, medianın azad, müstəqil fəaliyyətinə daha əlverişli şərait yaratmaq məramı daşıdığını bir daha təsdiqləyir.

Bu gün Azərbaycanın hərtərəfli inkişafı, dünyada özünə layiqli yer tutması, sosial rifah halının gündən-günə yaxşılaşdırılması, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli, ordu quruculuğu, iqtisadi, siyasi və digər sahələrdə islahatların həyata keçirilməsi ümumən cəmiyyətdə olduğu kimi, əksər media qurumları və əməkdaşları tərəfindən yüksək qiymətləndirilməkdə, sevinclə qarşılanmaqdadır. Ona görə də bu gün kütləvi informasiya vasitələri ilə dövlətin mövqeyi istər-istəməz üst-üstə düşür, xalqla dövlət arasında mövcud olan birlik kimi, media-dövlət həmrəyliyi də möhkəmlənir.

Təbii ki, bizim üçün sevindirici, qürur doğuran bu reallıq hər addımda Azərbaycanın daxili işlərinə qarışmağa çalışan, dövlətin müstəqil siyasət yürütməsindən heç də məmnun olmayan, çirkin niyyətlərlə ölkəmizə qarşı qarayaxma kampaniyası aparan qüvvələr tərəfindən qətiyyən xoş qarşılanmır. Onlar vaxtaşırı olaraq Azərbaycan əleyhinə böhtanlar, iftiralar yağdıran, təəssüf ki, "sapı özümüzdən olan baltalar"la dövlətimizə namərdcəsinə zərbələr vurmağa çalışan məlum xarici dairələrdir. Qarşıya qoyduqları məqsədlərə heç cür çata bilməyən və buna görə də getdikcə ümidsizləşən məlum dairələr son zamanlar daha məkrli və aqressiv davranırlar. Onların fitnəkarlığı öz qarayaxma kampaniyalarında Azərbaycan dövlətini həm bütövlükdə hədəfə almaları, həm də konkret olaraq ayrı-ayrı dövlət qurumlarımızı və tanınmış xadimləri gözdən salmaq cəhdlərilə özünü göstərir. Təsadüfi deyil ki, ən vacib sahələrdən biri olan media sektorunu, KİV-i hədəfə götürməklə onlar Azərbaycanın bu baxımdan dünyadakı imicini ləkələməyə can atırlar. Ölkə rəhbərliyinin bu istiqamətdəki məqsədyönlü siyasətini, müstəqil dövlətçiliyə həssas yanaşan medianın sağlam əsaslı fəaliyyətini haqsız tənqid edərək ictimai rəyə müsbət təsirini azaltmaq indi bəlli xarici dairələrin və onların əlaltılarının başlıca niyyətidir. Uzun illərdən bəri vətənə, dövlətçiliyə sədaqətlə, fədakarlıqla xidmət göstərərək etimad qazanmış şəxsləri, onların rəhbərlik etdikləri sahəni haqsız və yersiz tənqidə məruz qoymaq da bu iyrənc planın tərkib hissəsidir. Güdülən məqsəd isə xalqın mənafeyini, müstəqil dövlətçilik xəttini əsas tutan Azərbaycan iqtidarını guya içəridən sarsıtmaq, ortaya fitnə salaraq inamsızlıq aşılamaq, cəmiyyətdə çaşqınlıq yaratmaqdır. Lakin bütün bu niyyət və cəhdlərin puçluğu, absurdluğu, indiyə qədər olduğu kimi, bundan sonra da iflasa uğrayacağı şübhəsizdir. Çünki öncədən uğursuzluğa məhkum olan belə niyyətlərdə bulunanlar ölkəmizdə çoxdan bərqərar olmuş ictimai sabitliyin, siyasi yekdilliyin, xalq-hakimiyyət birliyinin, medianın əksər qisminə xas vətənpərvərlik və dövlətçilik mövqeyinin təməl səbəblərini anlamırlar. Hər işə öz naqis arşını ilə yanaşan həmin bədxah qüvvələr Azərbaycan dövlətini media vasitəsilə təsir və təzyiq altında saxlamağın, ölkədəki ictimai-siyasi situasiyanı kənardan KİV vasitəsilə idarə etməyin mümkünsüzlüyünü əslində çoxdan dərk etmiş olmalıydılar. Ancaq kor tutduğunu buraxmadığı kimi, onlar da bu ümidsiz, qaranlıq yoldan dönmək istəmirlər. Nəticədə həm özləri rüsvayçı vəziyyətə düşürlər, həm də onlara sığınmaqdan ar etməyən, mühacirət adıyla xaricə üz tutub orada antimilli fitnələrə alət olan "yerli radikallar"ı daha da gülünc hala salırlar.

Məlum anti-Azərbaycan şəbəkəsi ilk növbədə bu illər ərzində dövlətlə media, QHT-lər arasında milli mənafe, ali dövlətçilik məramları naminə əldə olunmuş məqsədyönlü əməkdaşlıq zəminini korlamağa cəy göstərirlər. Müvafiq sahədə səmərəli fəaliyyətilə diqqət çəkən dövlət qurumları ilə yanaşı, KİV-ə Dövlət Dəstəyi Fondu, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Azərbaycan Mətbuat Şurası da həmin dairələrin "qara siyahı"sındadır. Ən aşkar tərəflərdən biri də budur ki, Azərbaycanda dövlət-xalq-media təmaslarının mahiyyətinə, bu yöndəki nailiyyətlərə kölgə salmaq əsasən təcavüzkar ermənilərin işinə yarayar. Ölkəmizdə azad medianın guya ağır duruma düşdüyünü, dövlətin bu sahədəki siyasətinin guya effektsiz olduğunu dünyaya car çəkmək ən çox dünyadakı bədnam erməni lobbisinin, ermənipərəsət dairələrin maraqlarına uyğundur. Eyni zamanda, Azərbaycana xəbis istək və planlarla göz dikən imperialist qüvvələr də bu cür vasitələrdən özləri üçün yararlanmağa can atırlar. Göründüyü kimi, bu məsələdə yalnız hər cür antiazərbaycan mövqeli qrup və dairələrin məqsədləri üst-üstə düşür. Cürbəcür yollarla qızışdırılaraq maliyyələşdirilən, dövlətimiz əleyhinə çirkin sifarişlər və bunlara uyğun qrantlar almaqdan ötrü dəridən-qabıqdan çıxan fərdlər və qruplar isə onların müti əlaltılarına çevriliblər. Hədəfə alınan isə müstəqil Azərbaycan dövlətidir, öz dövlətçiliyinə sadiq olan xalqımız, mediamız və milli mövqeyi əsas tutan QHT-lərimizdir.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənovun bugünlərdə etdiyi çıxışda yer alan fikirlər dövlətimizə media müstəvisində hücumların mahiyyətini ifadə baxımından olduqca diqqətəlayiqdir: "Çox təəssüflər olsun ki, bəziləri qəbahətə yol verərək bildirirlər ki, Azərbaycanın media siyasəti iflasa uğrayıb. Məgər öz dövlətinin vətəndaşlarını dövlətin daxilində və xaricində baş verən hadisələrlə tanış etmək istiqamətində fəaliyyət göstərən jurnalistlərə dövlət qayğısı göstərmək, onların maddi-mənəvi problemlərinin həllinə yardım etmək bu qədər qəbahətli bir haldır ki, bunu dövlətin informasiya siyasətinin iflası kimi dəyərləndirirlər? Azərbaycan dövlətinin jurnalistlərə yönəlik sözün həqiqi mənasında humanist siyasəti deyil, illərdir ki, milyonlarla, on, hətta yüz milyonlarla valyuta xərcləyib Azərbaycan mediasını öz təsiri altına salmaq istəyən dairələrin siyasəti iflasa uğrayıb".

Heç şübhəsiz, sözügedən dairələri qəzəbləndirən, daha aqressivliklə hərəkətə keçirən də məhz bu reallıqdır. Bəlli çevrələr öz məqsədlərinə nail olmaq üçün Azərbaycanın həyata keçirdiyi transmilli layihələrə, xüsusilə enerji təhlükəsizliyi ilə bağlı reallaşdırılan işlərə mane olmaqla ölkəmizin beynəlxalq nüfuzuna zərbə vurmaq, etibarlı tərəfdaş imicini ləkələmək, onu böyük layihələrdə iştirakdan qoparmağa çalışırlar. Bu niyyətlə məlum "qrant mediası"nın  miskin nümayəndələri Avropanın ayrı-ayrı mərkəzlərində yığışaraq, bir sıra ölkələrin parlamentləri qarşısında Azərbaycan üçün strateji önəmli TAP layihəsi əleyhinə aksiyalar keçirməyə başlayıblar. Nəzərə alsaq ki, bu il Azərbaycanda prezident seçkiləri keçiriləcək, o zaman antiazərbaycan şəbəkəsinin daha da azğınlaşacağı tamamilə gözləniləndir. İndiyədək gerçəkləşdirilən bütün mötəbər, Azərbaycan üçün taleyüklü tədbirlər zamanı ölkəmizə qarşı planlı şəkildə hücumlar edən, təzyiq göstərməyə çalışan dairələr, yəqin ki, bu dəfə də fürsətdən maksimum istifadəyə can atacaqlar. Necə ki, "Avroviziya-2012", Birinci Avropa Oyunları, "Formula-1" yarışları, IV İslam Həmrəyliyi Oyunları, "Əsrin müqaviləsi"nin Azərbaycana daha əlverişli şərtlərlə yenilənməsi ərəfəsində belə biabırçı cəhdlərin şahidi olmuşuq. Artıq özləri də gizlədə bilmir, hər addımda büruzə verirlər ki, onların istismarçı maraqları Azərbaycan dövlətinin müstəqil siyasət yürüdərək daha da inkişaf etməsilə yox, Əfqanıstan, İraq, Liviya, Suriya kimi xaosa sürüklənməsi, irqi, dini qarşıdurmalar meydanına çevrilməsilə təmin oluna bilər.

Aydındır ki, ölkədəki inkişafı təqdir və təbliğ edən, cəmiyyətlə dövlət arasında birlik və həmrəyliyin daha da möhkəmləndirilməsinə töhfə verən, ordu quruculuğuna geniş diqqət ayıran, Silahlı Qüvvələrimizə inamı artıran, gənc nəslə vətənpərərlik hissləri aşılayan, informasiya savaşında fəallq göstərən milli ruhlu, sağlam əqidəli, müstəqil Azərbaycan mediası sözgedən antiazərbaycan şəbəkəsinə, ermənipərəst dairələrə əsla sərf eləmir. Çünki onların çirkin planlarının puça çıxmasında bütün bu üstün xüsusiyyətlərə malik Azərbaycan mediası önəmli rol oynayır. Müstəqil dövlətçiliyə sadiq Azərbaycan mediası ölkəmizin əleyhdarlarının məkrli fəaliyyətinə böyük maneə yaradır, onların zorla işə saldıqları təbliğat maşınını sıradan çıxararaq cəhdlərini iflasa uğradır. Əminliklə söyləyə bilərik ki, hər zaman da belə olacaq. Bu əminliyi yaradan isə dövlətimizin yürütdüyü inamlı, məqsədyönlü siyasət və milli mövqeli mediamızın effektiv fəaliyyətidir. (525-ci qəzet)

Boyukmillet.com

Nəşr olunub CƏMİYYƏT

"Xalqın mədəniyyətini bəzi televiziyaların reklam və pul qazanmaq xatirinə hazırladıqları bayağı, içi bomboş verilişlər bu kökə qoydu"

"Sabirin şeirində vergül ola bilməyənlər onu tənqid edirlər. Bu qədər!"

"Xalqın mədəniyyətini bəzi televiziyaların reklam və pul qazanmaq xatirinə hazırladıqları bayağı, içi bomboş verilişlər bu kökə qoydu"

"İndiki nəsil bilmir ki, torpaq şumlananda, torpaqdan buxar qalxır, ətir yayılır. Həmin ətir dünyada heç unudulmayan, əvəzi olmayan ətirdir"

"Adam alimlik diplomu ilə yenə də cahildirsə, deməli, bu, millətin faciəsidir"

"Dünya ədəbiyyatını kənd kitabxanasında oxumuşam"

"Hazırda Azərbaycanda elit olmağın meyarı rus dilini bilməkdir. Millət özünə hörmət etdirə bilmir. Məmur millətə hörmət etmədiyinə görə, sıravi insanlar da bu yolla gedir"

Boyukmillet.com Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının "Sherg.az”a müsahibəsini təqdim edir:

-2018-ci il "Azərbaycan Xalq Cümhuriyyət ili” elan olundu. Bu il həmçinin Qafqaz İslam Ordusunun 100 illiyi də keçiriləcək. Azərbaycan və Türkiyə bu əlamətdar hadisələrlə əlaqədar birgə hansı işləri görə bilər?

-Bu, çox önəmli tarixdir. Cümhuriyyətimizin elan olunmasının, Azərbaycan türklərinin soyqırımının, Qafqaz İslam Ordusunun, Bakının düşmən işğalından azad olunmasının və s. əlamətdar hadisələrin 100 illiyi keçiriləcək. Bütün bu hadisələrə ciddi qiymət verilməli, 100 illiyin içərisi yüksək səviyyəli tədbirlərlə doldurulmalıdır. 31 mart soyqırımı ilə bağlı Türkiyə ilə Azərbaycan film çəkə bilər. Qafqaz İslam Ordusunun, Bakının işğaldan azad edən həmin ordunun başında 27 yaşında Nuru paşa dururdu. Ölkə başçısının Cümhuriyyətin 100 illiyinin qeyd edilməsi ilə bağlı sərəncamını əsas götürərək, minnətdarlıq hissi ilə şəhid olan türk əsgərlərinin, Nuru paşanın özünün ruhunun şad olması üçün Nuru paşanın Bakıda heykəli qoyula bilər. Türkiyə və Azərbaycan Mədəniyyət Nazirlikləri bir araya gələcəksə, bu cür mədəni əhəmiyyətli tədbirləri müzakirə edə bilərlər.

-Bəs "AXC ili" ilə əlaqədar hansı işlər görmək lazmdır ?

-Cümhuriyyətin 100 illiyinin layiqincə keçirilməsi üçün ilk növbədə Cümhuriyyət qurucularının adı əbədiləşdirilməlidir. Başda Məhəmməd Əmin Rəsulzadə olmaqla Sovet dövründə haqqı əlindən alınan cümhuriyyətçilərin haqqı onlara qaytarılmalıdır. O Cümhuriyyətimizin banisidir. Bu baxımdan, M.Ə.Rəsulzadəni və onun sələflərini ehtiramla yad etməliyik. Mən bir Azərbaycan türkü olaraq, prezident İlham Əliyevə minnətdaram ki, Cümhuriyyətimizin 100 illiyi ilə bağlı böyük sərəncam imzalayıb. Həmin sərəncamı ciddi tədbirlərlə həyata keçirmək lazımdır ki, söz xatirinə nə isə edilməsin. Sivil toplum quruluşu olaraq, biz də payımıza düşəni edəcək, həm Türkiyədə, həm də Azərbaycanda kütləvi tədbirlər həyata keçirəcəyik. Bu il Azərbaycan və Türkiyənin ortaq mədəni tədbirlər həyata keçirmək imkanları var.

-Cümhuriyyət qurucularının mühacirət həyatı yaşadığı, məzarlarının yerləşdiyi ölkələrdə hansı addımları atmaq olar ?

-Bütün ölkələrdə, dünyanın hər yerində Azərbaycan diasporası böyük, kütləvi tədbirlər keçirməlidir. Bu, çox vacibdir. Cümhuriyyətin nələrin hesabına başa gəldiyi, Azərbaycan türklərinə qarşı törədilən soyqırımlar vurğulanmalı, soyqırımı qurbanları anılmalıdır. Mədəniyyət və Turizm, Xarici İşlər nazirlikləri, səfirliklər, diaspora komitələri ciddi tədbirlər təşkil etməlidir. Azərbaycan Diaspora Komitəsinin bu sahədə yaxşı təcrübəsi var. Düşünürəm ki,yüksək səviyyəli işlər ortaya qoyacaqlar.

-Biz tarixi, ədəbi şəxsiyyətlərimizin fəaliyyətinin yüksək dəyərləndirilməsindən danışırıq. Amma gənc yazarların əksəriyyəti son vaxtlar tarixi, ədəbi şəxsiyyətlərimizi təhqir etməklə gündəmə gəlirlər. Bu hadisələrə münasibətiniz necədir?

-İnkarçılıq yolu tutmaq olmaz. Təəssüf ki, gənc nəslin nümayəndələrinin əksəriyyəti sovet dövrünün yazarlarını, elm və mədəniyyət nümayəndələrini inkar etməklə məşğuldurlar. Bu, düzgün deyil. Bir müddət əvvəl gənc yazar Kəramət Böyükçöl də xalq şairi Xəlil Rza Ulutürk haqqında əsası olmayan tənqidlər səsləndirdi. Onun qələmi, istedadı var, xətri əzizdir. Amma o, Xəlil Rza haqqında səsləndirdiyi fikirlərlə böyük səhvə yol verdi. Bunu dərk edib, üzr istədi. Olay bitmişdir, Kəraməti "öldürmək" də lazım deyil. O istedadlı gənc yazardır. Millət olaraq, səhvini ona başa saldıq. Tək Kəramətin deyil, başqalarının da tarixi, ədəbi şəxsiyyətləri təhqir etməyə haqqı yoxdur.

-Digər gənc yazar Ayxan Ayvaz da Mirzə Ələkbər Sabirlə bağlı...

-Bunlar belədirlər də. Dəfələrlə demişik ki, bu, düzgün yanaşma deyil. Mirzə Ələkbər Sabirin o dönəmin cəhalətinə qarşı verdiyi mücadiləni vurğulamalıyıq. Müasir dövrdə Sabirin dırnağı qədər yazıb, yaradan, cəsarətlə çıxış edib, cahilliyə qarşı mübarizə aparan 1, 2-dən çox yazar yoxdur. Gənclər çox vaxt özlərini gündəmə gətirmək üçün belə çıxışlar edirlər. Ağır şərtlər altında cahilliyə qarşı mübarizə aparmış Mirzə Ələkbər Sabirin şeirində vergül ola bilməyənlər onu tənqid edirlər. Bu qədər!

-Maraqlıdır ki, bu kimi hallar əsasən sosial şəbəkələr vasitəsilə yayılır. Bu gün sosial şəbəkələrin həyatımızdakı rolunu necə qiymətləndirirsiniz? Bu yenilikdən düzgün, təyinatı üzrə istifadə edə bilirikmi?

-Mən də sosial şəbəkə istifadəçisiyəm. Kimisə təhqir etmək, kiminsə ailəsinə, mətbəxinə girib, qazanının qapağını qaldırmaq, insanların şəxsi həyatı məni maraqlandırmaz. İşıqlandırmaq üçün Azərbaycan, türk dünyasının o qədər ciddi problemləri mövcuddur ki. Milləti millət olmaqdan çıxaran məsələlər var, ona münasibət bildirməliyik. Milləti mədəniyyətindən, tarixi köklərindən qoparma prosesləri gedir. Gənclərimiz, yazarlarımız bu məsələləri işıqlandırmaqdan uzaqdırlar. Gündəmi o qədər bayağı şeylərlə məşğul edilər ki, bunlar üçün vaxt, zaman xərcləməyə belə dəyməz. İndiki nəslin səhvlərini göstərdim. Qəbul edərlər, etməzlər, özləri bilərlər. Hazırkı nəsil heç kəsi bəyənmir, onlara elə gəlir ki, etdilklərinin hamısı düzgündür. Sosial mediada hər kəs öz əxlaqını nümayiş etdirir. Sosial media kimisə təhqir etmək, söyüş söymək meydanı deyil. Başqa millətlərin gəncləri, ruslar, gürcülər hansı nöqteyi-nəzərdən, hansı məqsədlə istifadə edir? – bunu araşdırsınlar. Bizimkilər sosial şəbəkələri ancaq söyüş meydanına çevirir. Mədəniyyətin, ağlın, biliyin bitdiyi, cəhalətin və gücsüzlüyün başladığı yerdə söyüş baş qaldırır. Ona görə, sosial medianı tərbiyəsiz söyüşlərlə "bəzəyənlər” cəhalətin böyük nümunəsidir. Bir millətin isə ən böyük faciəsi məhz cahillikdir.

-Cahilliyin mayasında hansı amillər dayanır ?

-Başlıca amillərdən biri kitaba münasibətdir. Kitab oxumurlar. İnsanın mənəviyyatını dəyişdirəcək, onu kamilləşdirəcək heç bir filmlərə baxan yoxdur. Teatra gedənlər demək olar yoxdur. Nə öyrənəcəklər, mədəniyyəti haradan götürəcəklər? İstəyir alim olsun, cahillik savadla ölçülmür. Bir nəfər alimlik diplomu ilə yenə də cahildirsə, deməli, bu millətin faciəsidir. Cəmiyyətin mədəniyyəti qadına olan münasibətlə ölçülürsə, bir millətin mənəvi dəyərləri kitaba olan münasibətlə ölçülməlidir. Kitab oxuyan ölkələrə baxın. Görün, səviyyələri haradadır.

-Cəmiyyətdə belə fikir dolaşır ki, Azərbaycanda "mədəniyyət” dedikdə, insanların ağlına ilk olaraq "şou-biznes” gəlir. Bu şüuraltı təsirlər nədən irəli gəlir ?

-Əslində isə Azərbaycan mədəniyyəti müğənnilərdən, musiqidən, şou-biznesdən ibarət deyil. Xalqın mədəniyyətini bəzi televiziyaların reklam və pul qazanmaq xatirinə hazırladıqları bayağı, içi bomboş verilişlər bu kökə qoydu. Kanalı açırsan ancaq qalmaqal, bir-birini təhqir, ya da ki, çalıb-oynamaqdır. Bu, mədəniyyət deyil.

- Regionlarda kitab mağazaları demək olar ki,yoxdur. Kitabxanalar azdır, sanki buna görə, insanların kitaba marağı da öləziyib. İnsanların yenidən kitaba "sarılması", öz perspektivli gələcəkləri üçün kitabın ətəyindən yapışmaları istiqamətində hansı işlər görülməlidir ?

-Rayon, kənd məktəblərində əvvəllər böyük kitabxanalar var idi. Yadımdadır, orta məktəbdə oxuyanda, sıra ilə bədii ədəbiyyat nümunələrini kənd məktəblərindən əldə edirdik. Mən dünya ədəbiyyatını kənd kitabxanasında oxumuşam. F.Dostayevskini, E.Voyniçi, U.Şekspiri, V.Hüqonu və s. şəxsiyyətlərin kitablarını ucqar kəndlərdə öyrənmişik. Kitab fuarları, sərgilər keçirilirdi. İndi də var, amma yalnız nəşriyyatların çırpına-çırpına öz gücünə bacardığı qədərdir. Kütləvi maraq oyatmaq, aksiyalar keçirmək gərəklir.

- Bildiyimə görə, o vaxt tanınmış şair və yazıçıların yubileyləri ilə bağlı müsabiqələr elan edirmişlər...

- Bəli, Səməd Vurğunun 70 illik yubileyinə o vaxt möhtəşəm bir müsabiqə keçirilmişdi. ora qatılan orta məktəb şagirdləri Səməd Vurğunun şeirləri ilə yarışırdılar. Məsələn, bir məktəbli Səməd Vurğunun şeirini oxuyurdu, şeir "a” hərfi ilə bitirsə, digəri "a” hərfi ilə başlayan başqa şeirini oxumalı idi. Mən o vaxt həmin yarışmaya qatılanda Səməd Vurğunun "Komsomol” poemasını sözbəsöz, başdan ayağa əzbərləmişdim. Gənclərdə bu həvəsi indi də oyatmaq olar. Uşaqlara bütün bunları öyrətsək, sevdirsək öyrənəcəklər. Şeiri, sənəti, mədəniyyəti, teatrı, milləti, onun ziyalılarını, ədəbi şəxsiyyətləri, torpağı sevdirmək lazımdır. İndiki nəsil bilmir ki, torpaq şumlananda, torpaqdan buxar qalxır, ətir yayılır. Həmin ətir dünyada heç unudulmayan, əvəzi olmayan ətirdir.

- Əlbəttə, toxunduğunuz məsələlərin ölkəmizin təhsil həyatı ilə birbaşa bağlantısı var. Ziyalılar, ictimai xadimlər də qeyd edirlər ki, təhsillə bağlı köklü islahatlar həyata keçirməyin vaxtı nəinki çatıb, artıq vaxtı ötüb. Bu sahədə müsbət dönüş yaratmaq üçün hansı addımları atmalıyıq?

-Bir millətin genefondunu məhv etməyin iki yolu var. Birincisi, təhsili məhv etməkdir, ikincisi isə səhiyyəni. Azərbaycanda hər iki sahə çox pis vəziyyətdədir. Ona görə, bu sahələrə ciddi diqqət ayrılmalıdır. Orta məktəblərdə, təhsil milli olmalıdır. Gənclərimizin dil bilikləri bərbad gündədir. Küçədə, ictimai məkanlarda diqqət edirsən, yeniyetmələr, gənclər, yetkin insanlar – hər kəs ancaq rus dilində danışır. Azərbaycan türkcəsi onların həyatında yoxdur. Son illər, özəlliklə Bakı şəhərində məmurlardan tutmuş, sıravi şəxslərə qədər hamı rus dilində çıxan qəzetləri oxuyur. Bu o deməkdir ki, millətin elitası da öz dilini sevib, ona hörmət etmir. Hazırda Azərbaycanda elit olmağın meyarı rus dilini bilməkdir. Millət özünə hörmət etdirə bilmir. Məmur millətə hörmət etmədiyinə görə, sıravi insanlar da bu yolla gedir.

-Səhiyyə sahəsində sıravi insanlar məmurların yolu ilə gedir. Məmurlar səhhətində problem yaranan kimi xarici ölkələrə üz tuturlar. Sıravi insanlar da – kiminsə barmağına tikan batan kimi İrana, Türkiyəyə, Gürcüstana və s. gedir. Səhiyyəmizin inkişafı üçün nələr çatışmır?

-Qınamayın. İnsanlar da sağlamlıqları üçün bunu etməyə məcbur olurlar. Bu sahələri inkişaf etdirmək üçün ilk növbədə savadlı kadrlar hazırlamaq lazımdır. Xaricdə oxuyub, gələn kadrlara imkan yaratmalıyıq ki, öz ölkələrində öyrəndiklərini həyata keçirə bilsinlər. Rüşvətlə həkim, müəllim işə götürülməz. Problemlərin bəlkə də başlıca səbəbləri elə bunlardır. (İnterpress)

Boyukmillet.com

Nəşr olunub CƏMİYYƏT

Reytinq