Burda göstərilən tarixə olan xəbərlər: Cümə Axşamı, 01 Mart 2018

Ermənistan prezidenti Serj Sarqsyan 2009-cu ildə Türkiyə ilə imzalanan normallaşma protokolunu ləğv edib.

“Report” “CNNTurk”ə istinadən xəbər verir ki, o, bunu martın 1-də Ermənistan Milli Təşhülkəsizlik Şurasının toplantısında açılqayıb.

Nəşr olunub DÜNYA

Azərbaycanda növbədənkənar prezident seçkiləri elan olunmasından sonra siyasi proseslərdə aktivlik artmaqdadır. Bu işdə daha çox xaricə sığınmış bəzi blogerlərin radikal fəaliyyəti və buna hakimiyyət tərəfindən verilən lazımi cavablar nəzərə çarpır. Bu istiqamətdə tanınmış ictimai-siyasi xadimlər də öz fikir və təəsüratlarını bildirirlər. Onlardan biri də "Azərbaycan Bayragı" ordenli, kəşfiyyat komandiri olmuş Türk dünyasının qəhrəman oglu İbad Hüseynlidir.

- İbad bəy, sosial şəbəkələrdə sizin də adınız hallandırıblar. Bu barədə nə deyə bilərsiniz?
- Əslində mənim adım illərdir hallandırılır. Mənim müharibə vaxtı etdiyim əməliyyata özlərinə məxsus səviyyədə min "don" geyindirib məni gözdən salmaga çalışdılar. Hansı ki, onlar Azərbaycanın çörəyini yeyib, suyunu içib amma, müharibədə hansı "işlərlə" məşgul olduqları bəlli olmayan, erməni lobbisi tərəfindən maliyyələşdirilən qurumun nümayəndələrindən idilər. Onların atdıqları addımların gərək vaxtında qarşısı alınaydı. Amma görünür onların oyununu "oynatmaga" şərait yaradan "oyunçular" vardı. Nəysə, söhbət indi məndən getmir, söhbət Azərbaycan xalqından və bu günə qədər olan fəaliyyətindən, bundan sonraki taleyindən gedir.
- Nəyə görə xaricə sığınmış blogerlər ancaq prezident İlham Əliyevi hədəf alırlar?


- Azərbaycan son illər bütün sahələrdə, istər siyasi, istər mədəni, istər idman sahəsində olsun yəni, müxtəlif layihələrlə dünyanın diqqətində olan bir dövlətə çevrildi. Dünyanın müxtəlif ölkələrindən ölkəmizə gələnlər oldu. Dünyanün müxtəlif ölkələrində Azərbaycan haqqında xəbərdar olan adamlar var. Əgər bir Azərbaycan vətəndaşının öz xalqına və prezidentinə olan mənfi münasibətini, reaksiyasını, fikirlərini görən xarici vətəndaş, nümayəndə, üçü inanmasa da, üçü inanacaq. Əslində onların bacardıqlar üzdən iraq fikirləri, çirkin əməlləridi. Başqa nə edə bilərlər ki. Amma yenə də istər-istəməz insanların düşüncələrində, fikirlərində müəyyən qara fikirlər yaradırlar.Mən onlarla sosial şəbəkədə bir neçə dəfə yazışıb-pozuşdum, o dəqiqə başladılar mənə qarşı təxribata, necə ki, hər zaman prezident seçkiləri zamanı bizim göstərdiyimiz dəstəyə görə bizə qarşı müxtəlif münasibətlər göstəriblər, indi də başladılar, agızlarına gələni yazıb, pozmaga. Mən çox təəssüf edirəm belə hallara, amma nə etmək olar. Əslində onlar siyasət adamı deyillər, sadəcə, siyasətə kimlərinsə tapşırıgı ilə “ilişirlər".


Biz 1990-cı illərdən vətən, torpaq qoruduq, müdafiə etdik. Biz hələ o vaxtlar deyirdik, bu ölkəni xaosdan yalnız Heydər Əliyev xilas edəcək. Həqiqətən də elə oldu. Mən və mənim ətrafımda olan yüzlərlə-minlərlə döyüşçülər Heydər Əliyevi dəstəklədik. Heydər Əliyev Azərbaycanı yenidən qurdu və dünyaya yeni bir Azərbaycan tanıtdırdı. Sonra da İlham Əliyev cənabları o siyasəti layiqincə davam etdirdi. Biz İlham Əliyevi də dəstəkləmişik və bu gündə dəstəkləyirik!


Mən 1993 cü illərdə vətən yolunda saglamlıgını itirmiş bir döyüşçü olaraq ölkəmizin maraqlarını müdafiə edirəm və buna görə də İlham Əliyevi dəstəkləyirəm. Özlərini böyük siyasi qüvvə kimi göstərməyə çalışanlar ətraflarında heç on nəfəri belə birləşdirə bilmirlər. Ancaq xarici dairələrin bədnam sifarişlərini ölkəmizdə həyata keçirməyə çalışırlar. Əslində o cür nankorlar daxilimizdə cücərmiş naqislərdir. Bu xarici dairələrlə erməni lobbisinin ortaq layihələri, ortaq işbirliyidir. Məqsəd Azərbaycanın beynəlxalq imicinə xələl gətirmək, xalqımızı aşağılamaqdır. Ancaq gərək bunun qarşısı ciddi şəkildə alınsın. Və mən şəxsən Azərbaycan vətəndaşı olaraq Ulu Öndər Heydər Əliyev siyasətini layiqli şəkildə davam etdirən İlham Əliyevə alternativ olaraq kimisə görmürəm.

 

 

Nəşr olunub SİYASƏT

ATƏT Parlament Assambleyasının 17-ci qış sessiyasında iştirak edən azərbaycanlı deputatlar anti-Azərbaycançı Leyla Yunusdan Xocalı qurbanları barədə nə üçün danışmadığını soruşublar. O, deputatların sualına cavab vermək əvəzinə Xocalı şəhidlərinə açıq şəkildə sayğısızlıq edərək gülməyə başlayıb. Leyla Yunus Azərbaycan xalqına qarşı Azərbaycanın faciəsinə qarşı saymazyana mövqeyindən dolayı hansısa formada cəzalandırıla bilərmi?

BiG.AZ-a açıqlama verən beynəlxalq hüquq və münasibətlər üzrə ekspert Yeganə Hacıyeva bildirib ki, Leyla Yunus hazırda bir neçə beynəlxalq dövlətlə partnyordur: “Xocalı soyqırımı beynəlxalq sferada layiq olduğu hüquqi qiyməti almayıb. Əgər soyqrım beynəlxalq miqyasda hüquqi qiymət verilsəydi biz onda Leyla Yunusun cəzalandırılması üçün addımlar ata bilərdik. O hazırda Azərbaycandan qaçıb və vətəndaşlıqdan imtina edib. Hazırda ikili vətəndaşlıq üçün çalışır. Hollandiya və Fransa. Fransa Leyla Yunusu "Şərəf Legionu Ordeni" ilə təltif edib. Bu orden Fransa dövləti qarşısında xüsusi xidmətlərə görə verilir. Onun açıq fəaliyyəti var. Azərbaycan dövlətində fəaliyyət göstərən QHT rəhbərinə Fransa dövlətinin bu cür yüksək ordenlə təltif etməsi səbəbi barəsində fikirləşmək lazımdır. Bu orden kimə gəldi verilmir. Bu ordeni alanda fikirləşirdim ki, hansı xidmətlərin qarşılığı ola bilər. Aərbaycan vətəndaşı olaraq o hansı xidmətlər göstərib ki, bu cür mükafatlanıdırılıb. Bu yüksək mükafata Azərbaycanın birinci xanımı Mehriban Əliyeva alıb. Amma Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xidmətləri göz önündədir. Bir QHT rəhbərinə bu orden ancaq xüsusi mühafizə xidmətləri ilə əməkdaşlığa görə verilə bilər. Çünki onun başqa beynəlxalq fəaliyyəti yoxdur. Onun fəaliyyəti ancaq Azərbaycan hökumətini ləkələməkdən ibarətdir. Onun fəaliyyəti 2013-2014-cu illərdə Azərbaycan dövlətinin əlehinə beynəlxalq təşkilatların aktivləşdiyi dövrə təsadüf edir. Bundan başqa onun heç bir fəaliyyəti yoxdur”. 

Leyla Yunus ermənilərlə geniş iş birliyi göstərdiyi üçün deşifrə olunub - VİDEO



Yeganə Hacıyeva vurğulayıb ki, çox nüfuzlu mənbələr onun ermənilərlə işbirliyini təsdiqləyir: “Leyla Yunus Cənubi Qafqazda xalq diplomatiyası adı altında ermənilərlə geniş iş birliyi göstərdiyi üçün deşifrə olunub. Onun cinayyət işinin əsas hissəsi də informasiyaların ötürülməsi ilə bağlı idi. Nəzərə alsaq ki, o Qarabağ müharibəsi dövründə Müdafiə Nazirliyində müəyyən post tutur. Görünür bu istiqamətdə fəaliyyətləri olub. O informasiya bolluğundan Azərbaycana qarşı istifadə edib. Çünki başqa dövlətə işləmək artıq öz ölkənə xəyanət etmək deməkdir”. 

Nəşr olunub CƏMİYYƏT
Gənclər və İdman Nazirliyinin dəstəyi, "İrəli" İctimai Birliyinin təşkilatçılığı ilə "Virtual Məkanda Azərbaycan” layihəsinin növbəti təlimi baş tutub. 
 
qhtxeber.az saytının baş redaktoru Sənan Nəcəfov gənclərə sosial şəbəkələrdən səmərəli istifadə, sosial şəbəkələrin (facebook, twitter, Wikipedia) bütün parametrlərini gənclərə aşılamaq mövzusunda təlim keçib. Sənan Nəcəfov qeyd edib ki, informasiya savaşında atəşkəs olmur.
 
İnformasiya müharibəsi dövründə sosial şəbəkənin parametrlərini bilmək Azərbaycan həqiqətlərini faktlara əsaslanaraq beynəlxalq auditoriyaya daha yaxşı çatdırmaq üçün əsas vasitələrdəndir.
 
Layihənin məqsədi Azərbaycan həqiqətlərini virtual məkan vasitəsi ilə dünyaya çatdırmaqdır. Layihədə "Araşdırma texnologiyası”, "Vikipediya təlimləri”, "Sosial şəbəkələrdən səmərəli istifadə”, "Məqalənin düzgün yazılma qaydaları”, "Təlimçilər üçün təlim” kimi maraqlı mövzularda peşəkarların təcrübəsindən yararlanan gənclər, ölkənin müxtəlif regionlarında (Quba, Lənkəran, Şəki, Gəncə, Mingəçevir) və ali təhsil müəssisələrində görüşlər təşkil edəcək, əldə etdikləri informasiyaları region gəncləri ilə bölüşəcəklər. 
 
Daha sonra layihə komandası və multiplayer komandalarının qarşılıqlı fəaliyyəti şəklində seçilmiş istiqamətlərdə mütəmadi olaraq Azərbaycan dili və bir neçə xarici dildə araşdırmalar aparılacaq, məqalələr yazılacaqdır. Həmçinin, əldə olunan məlumat bazaları vikipedia, twitter və digər sosial şəbəkələrdə yerləşdiriləcək, öz təsdiqini tapmayan informasiyalar yenilənəcəkdir. İRƏLİ Vikipediya Qrupu azerbaijanhistory.az saytının strukturunun hazırlanması və zənginləşdirilməsi ilə məşğul olacaqlar. Azərbaycan həqiqətləri, mədəniyyəti, tarixi, incəsənətinin istər ölkədaxili, istərsə də beynəlxalq sferada geniş oxucu kütləsinə sahib olaraq dünyaya çatdırılması layihənin ana məqsədidir.
Nəşr olunub CƏMİYYƏT
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əlcəzair səfəri çərçivəsində yerli jurnalistlərdən birinə müsahibə verib.
 
Jurnalist Türkiyə prezidentinə kinayəli şəkildə Osmanlı imperiyasını nəzərdə tutaraq, "Türkiyə Əlcəzairi müstəmləkəsi kimi görürdü?” sualını ünvanlayıb.
 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə jurnalistin sualına məharətlə cavab verib: "Əgər Türkiyə müstəmləkəçi olsaydı, bu sualı fransızca deyil, türkcə verərdiniz”. (Axar.az)
Nəşr olunub DÜNYA

İran Ali Liderinin nümayəndəsi Xocalı faciəsini pisləyir, ermənilərə lənət oxuyur…

Ermənistan mətbuatı İran İslam Respublikasının Ali Liderinin Ərdəbil üzrə nümayəndəsi Seyid Həsən Amilinin Xocalı soyqırımı ilə bağlı fikirlərini təhrif edib. Bu barədə “Trend”ə İran Ali Liderinin Ərdəbil üzrə nümayəndəsinin mətbuat xidmətindən bildirilib.
Mətbuat xidmətindən qeyd olunub ki, Ermənistan KİV-nin yaydığı məlumat həqiqətə uyğun deyil: “İranın Ali Liderinin nümayəndəsi Seyid Həsən Amili Xocalı faciəsini pisləyir, ermənilərə lənət oxuyur. Seyid Həsən Amili Xocalı şəhidlərinin xatirəsini anır və onlara Allahdan rəhmət diləyir. Bu faciə unudulmamalıdır. Biz Qarabağ şəhidlərinin intiqamını almağa hazırıq”.

“Bakı-Xəbər” qəzeti bildirib  ki,  qəzetin dünənki buraxılışında erməni saytlarının Ərdəbil Ayətullahı Seyid Amilinin Xocalı soyqırımı barədə fikirləri ilə bağlı xəbər verilib. Bildirilib ki, sözügedən saytlar Amilinin guya Xocalı faciəsinin azərbaycanlıların özləri və Türkiyədəki məşhur Ergenekon təşkilatı tərəfindən törədildiyini söylədiyini iddia edib. Çünki işğalçı ölkənin saytları Amilinin “fikirlərini” o qədər inandırıcı təqdim etməyə çalışmışdı ki, bu təqdimata laqeyd qalmaq olmazdı. Əslində erməni saytları daha əvvəllər də İranın tanınmış şəxslərinin dilindən təxribatçı yalanlar yayıb. O üzdən budəfəki məlumatın da növbəti təxribat ola biləcəyini istisna etmədik. Aparılan araşdırma ilə ermənilərin həm Xocalı şəhidlərinə, həm də Ərdəbil Ayətullahına böhtan atdığı dəqiqləşdirildi.

Boyukmillet.com bildirir ki, məlum məsələ ilə bağlı milliyyətçi baxışları ilə tanınan siyasətçi Samir Adıgözəlli sərt münasibət açıqlayaraq, Amilini sərt tənqid etmişdi.

Nəşr olunub SİYASƏT
Sumqayıtda "yaşıl soyqırım" törədən şəxs Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənovun nəvəsi Emil Həsənlidir.
 
Boyukmillet.com xəbər verir ki, bu haqda məlumatı "Yeni Müsavat” yayıb.
 
 Qəzet yazır ki, bir neçə gün əvvəl redaksiyaya edilən şikayətdə Sumqayıt şəhərində, Səməd Vurğun küçəsi ilə Cəlil Məmmədquluzadə küçəsinin kəsişməsində böyük bir yaşıllıq zolağının məhv edildiyi bildirilirdi.  "Yaşıl terror” beşinci mikrorayonda, köhnə Sumqayıt parkının ərazisində baş verib.
 
Qəzet əməkdaşı ərazidə olduğu zaman müşahidə edib ki, təqribən 50 sota yaxın ərazidə 100-ə yaxın şam ağacı məhv edilib. Yaşıllıq ərazi 24/138 və 24/139 saylı binaların yaxınlığında yerləşdiyi üçün, hadisə sakinlərin gözü önündə baş verib.
 
Adıçəkilən binaların sakinləri bildiriblər ki, onlar uşaqlıqdan bu parkın ərazisində yaşayıblar: "Sovet dövründə atalarımızın, babalarımızın bu ağacların əkilməsində zəhməti böyük olub. Sumqayıt günü-gündən abadlaşır, gözəlləşir. Ancaq bəzi insanlar şəxsi məqsədləri üçün yaşıllıqları məhv edib, 100-dən çox ağacı kökündən kəsiblər. Kəsdiklərini kəsiblər, kəsə bilmədiklərinin üzərini torpaqla basdırıblar. Bəzilərinin izlərini belə tapmaq mümkün deyil. Qanunsuz əməllərini beləcə ört-basdır edirlər”.
 
O da aydın olub ki, icra başçısının göstərişi ilə məhv edilən çoxillik ağacların yerində tinglər əkilib. 
 
Adının çəkilməsini istəməyən sakin Sumqayıt şəhər rəhbərliyinin məsələni şəxsən nəzarətə götürdüyünü bildirdi: "Təqribən 3-4 gün öncə buraya xeyli sayda rəsmi şəxslər gəldi. Sonradan məlum oldu ki, ağacların kəsilməsinin səbəbini araşdırmaq üçün şəhər rəhbərliyi, Sumqayıt şəhər prokuroru əraziyə gəlib”.
 
Sakinlər bildirir ki, mərhum prezident Heydər Əliyevin vaxtilə saldırdığı yaşıllıq zolaqlar onun çörək verdiyi, vəzifəyə təyin etdiyi məmurların ərköyün övladlarının tamahının qurbanına çevrilib: "Belə çıxır, Ulu Öndərin əkdirdiyi ağacları, ondan yadigar qalan yaşıllıqları Əli Həsənovun ərköyün nəvəsi məhv edib, yerində obyekt tikdirir. 6-7 ay öncə Əli Həsənovun başqa bir nəvəsi avtoqəza edib neçə adamın həyatına son qoydu. Biz gözləməzdik ki, bu cür qalmaqaldan sonra bu ailənin bəzi üzvləri yenidən belə əmələ yol verərlər. Vallah mat qalırıq bu cür məmurların rəftarına. Prezidentdən nümunə götürsünlər. İlham Əliyev dəfələrlə məmurlara xəbərdarlıq edib, onlara təpinib ki, özlərini xalqın xidmətçisi kimi aparsınlar, görünür, bəzi məmurlar bundan nəticə çıxarmaq əvəzinə, daha betər işlərlə məşğuldular”.
 
Xatırladaq ki, Ə.Həsənovun qardaşı İlyas Həsənov Sumqayıt Yaşıllaşdırma İdarəsinin rəisidir. Deyilənə görə, E.Həsənlinin atası hüquq-mühafizə orqanlarında yüksək vəzifə tutur.
 
Qəzet yazır ki, artıq faktla bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.
 

Qəzet yazır ki, artıq faktla bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.

 

 

Nəşr olunub CƏMİYYƏT

Diaspor sədrindən kövrək addım.

Boyukmillet.com xəbər verir ki, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri ,Avropa azərbaycanlıları Konqresinin vitse prezidenti və Dünya azərbaycanlıları əlaqələndirmə şurasının üzvü Rövşən Tağıyev Xocalı Soyqırımına aid şer yazıb.


Həmin şeri sizlərə təqdim edirik.

Глава ОКАУ Ровшан Тагиев о Ходжалы 
Как будто камень есть внутри
Ведь невозможно позабыть 
Тот настоящий геноцид
Что совершали в Ходжалы

Рука не дрогнув у врага
Пошла на подлые дела
Не пощадив даже детей
И стариков, и матерей.

Жестоко убивая всех
Забыл григорианец грех
И заслужив себе клеймо
От тяжести прилег на дно

Но Мир узнал об этом всём
Как будто грянул страшный гром
Шестьсот тринадцать славных Душ
Отправились в последний путь

Не мало долгих лет прошло 
Но заера не словил никто
Перед судом предстать должны
Все гады, трусы, подлецы

Что ходят вольно, видять свет
Кому не важно сколько жертв 
Мы до конца должны идти 
За справедливость ХОДЖАЛЫ

(İnterpress.az)

Nəşr olunub CƏMİYYƏT

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Amsterdamda keçirilən Avropa Azərbaycanlıları Konqresinin növbədənkənar qurultayındakı çıxışında diasporumuzun qarşısında duran mühüm vəzifələri sadalayıb.
Əli Həsənov 2018-ci ilin Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Xalq Cumhuriyyəti İli” elan edilməsini xatırladaraq, bununla əlaqədar Azərbaycan diasporunun qarşısında duran əsas vəzifələr üzərində ətraflı dayanıb. O qeyd edib ki, yüz il bundan əvvəl İslam və Türk dünyasında ilk demokratik cumhuriyyətin elan edilməsi, həmçinin, 1991-ci ildə dövlət müstəqilliyinin bərpası XX yüzillikdə Azərbaycan xalqının ən böyük nailiyyətləri olub. Müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin rəhbərliyi ilə ölkəmiz iqtisadi və siyasi cəhətdən möhkəmlənib, sosial sahədə böyük uğurlar qazanıb və bu gün Prezident İlham Əliyev ümummilli liderin siyasətini uğurla davam etdirir. Bu uğurun başlıca şərti ümummilli birliyə nail olmağımız, Azərbaycan cəmiyyətinin dövlətçilik və azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməsidir.
Prezidentin köməkçisi vurğulayıb ki, ümumxalq dəstəyi və birlik olmasa, heç bir dövlətin ömrü uzun ola bilməz. Bu gün Azərbaycanın dünya dövlətləri arasında layiqli yer tutması faktı Azərbaycan iqtidarının indiki fəaliyyət kursunun xalq tərəfindən tamamilə dəstəklənməsinə parlaq sübutdur.
Əli Həsənov deyib: “Yubiley ili olan 2018-ci ildə Azərbaycan diasporuna məsul bir vəzifə – Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin kökləri və mahiyyəti barədə dünya ictimaiyyətini daha da məlumatlandırmaq, habelə erməni lobbisinin fəaliyyətini neytrallaşdırmaq vəzifəsi həvalə edilib”. Prezidentin köməkçisi xatırladıb ki, daşnaklar 100 il bundan əvvəl də Azərbaycan xalqına qarşı soyqırımı törədiblər. O deyib: “Bu elə bir mövzudur ki, diaspor heç bir halda ona diqqəti azaltmamalıdır”.
Əli Həsənov çıxışının sonunda bu gün xüsusən Ermənistanın Azərbaycana qarşı təcavüzü, Xocalı soyqırımı, həmçinin, Azərbaycanın dinamik inkişafı, sosial-iqtisadi sahədə uğurları və xarici siyasətdə nailiyyətləri barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məsələsində media işçiləri qarşısında duran vəzifələrə də toxunub.

Göründüyü kimi, Prezidentin köməkçisi Azərbaycan diasporunun qarşısına qoyulan vəzifələrin nədən ibarət olduğunu qısa tezis formasında çatdırıb. Bu vəzifələrin yerinə yetirilməsi üçün diaspor təşkilatlarımız nə etməlidirlər?

Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev “Bakı-Xəbər”ə  bildirib ki , cənab Əli Həsənovun Amstredamdakı çıxışı diasporumuz üçün bir yol xəritəsi rolunu oynayacaq: “Bu il diaspor təşkilatlarımızın qarşısına elə də çətin vəzifələr qoyulmur. Onsuz da bizim xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımızın başlıca işi məhz Əli müəllimin dediyi aspektlərdə olub. Çünki bu, Azərbaycanın qarşısında duran ən qlobal problemdir. Bəli, biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqla yanaşı, həm də erməni təşkilatlarının bu yöndə fəaliyyətini neytrallaşdırmalıyıq. Doğrudan da bu il Azərbaycan üçün həm də cumhuriyyətin birəsrlik tarixinin qeyd olunması baxımından önəmlidir. Bütün bu işlərin kompleks görülməsi, diaspor təşkilatlarımızın koordinasiyalı fəaliyyətinə ehtiyac var. Bu sektorla yaxından tanış olan şəxs kimi bəzi fikirləri də bildirməyi özümə borc sayıram. Müəyyən olunan proqramın həyata keçirilməsi elə də çətin deyil. Ancaq etiraf etməliyik ki, xaricdəki diaspor təşkilatlarımızın arasında yaranan bəzi soyuqluqlar ümumi işə maneçilik törədir. Təəssüf ki, bizim xaricdə olan bəzi diaspor təşkilatlarımız orada da iqtidar-müxalifət düşərgəsinə bölünürlər. Bundan başqa, bəzi qurumlar arasında olan liderlik iddiası onları ümumi düşmənlə deyil, bir-birilə mübarizə aparmağa vadar edir. Qarşıya qoyulan hədəfə çatmaq üçün ilk növbədə diaspor təşkilatlarımız arasındakı intriqaların aradan götürülməsinə nail olmalıyıq. Qalan hissələrlə bağlı bizdə heç bir problem yoxdur. Çünki siyasi mövqeyindən asılı olmayaraq, elə bir diaspor fəalı tanımıram ki, bu savaşda ermənilərə haqq qazandırsın. Bizim diasporumuzda bu mövqedə olan adamın bir adı ola bilər, o da xain. Əminəm ki, diasporumuz bəzi xırda çatışmazlıqları həll etməklə qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcək”. (Məhəmmədəli Qəribli, Azinform.az)

Nəşr olunub SİYASƏT

Reytinq