Burda göstərilən tarixə olan xəbərlər: Cümə Axşamı, 06 İyun 2019

Sərt islami qaydaların hökm sürdüyü İran İslam Respublikasında bir ilk yaşanıb.

boyukmillet.com xəbər verir ki, Miyana şəhərindən Azərbaycan türkü olan Aşıq Bulud Cəvadi dünyasını dəyişib. Aşıqla vida mərasimi ənənəvi qaydalardan fərqli həyata keçirilib.

 Belə ki, ustad Aşıq Buludun son mənzilə yola salınması saz havalarının müşayiəti ilə həyata keçirilib.

Nəşr olunub CƏMİYYƏT
 
 
İyunun 7-nə olan hava proqnozu açıqlanıb. 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən boyukmillet.com-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq, mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 20-23° isti, gündüz 27-32° isti, Bakıda gecə 21-23° isti, gündüz 30-32° isti təşkil edəcək.
 
Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə, şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 20-21° isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 22-23° isti təşkil edəcək.
 
Azərbaycanın rayonlarında iyunun 7-də hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 
 
Havanın temperaturu gecə 19-24° isti, gündüz 32-37° isti, dağlarda gecə 13-18° isti, gündüz 20-25° isti təşkil edəcək.
Nəşr olunub CƏMİYYƏT

Moskva Vilayət Məhkəməsinin Mülki İşlər Kollegiyasında azərbaycanlı jurnalist Fuad Abbasovun şikayətinə baxılıb.

boyukmillet.com Reporta istinadən məlumat verir ki, pprosesdə şikayət təmin edilməyib, aşağı instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Məhkəmənin qərarına əsasən, F.Abbasov on gün ərzində Rusiyadan deportasiya edilməlidir.

Rusiyanın paytaxtı Moskva şəhərində azərbaycanlı jurnalist Fuad Abbasovun şikayəti əsasında məhkəmə başlayıb.

Şikayətə Moskva Vilayət Məhkəməsi Mülki İşlər Kollegiyasında baxılır.

Qeyd edək ki, Rusiyanın bir neçə azərbaycanlı icması Moskvada yaşayan və fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Abbasovun ölkədən deportasiya olunması tələbi ilə Moskva vilayəti Ximski Şəhər Məhkəməsinə müraciət edib.

Moskva məhkəməsi mayın 7-də "Xarici vətəndaşın və vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyası ərazisinə girişinə qadağa qoyulması" adlı 2737/2019 nömrəli işə baxıb.

Mayın 16-da Rusiyanın hüquq-mühafizə orqanları F.Abbasovu saxlayıb. Azərbaycanlı jurnalist və vəkilləri ilə Ximki Şəhər Məhkəməsinin müvafiq qərarından şikayət veriblər.

 
Nəşr olunub CƏMİYYƏT

Cavid Qurbanov ötən il 3 milyona aldığı vaqona bu il 15 milyon ödəyib:<span style=color:#e74c3c> ADY isə səbəbləri açıqlamır</span>

Xəbər verdiyimiz kimi, bu ilin birinci rübündə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti (ADY QSC) Belarusdan 2 sərnişin vaqonu alıb.  

İki sərnişin vaqonu üçün isə ADY  30.384.560 (30 milyon 384 min 560) dollara ödəyib.  Bu barədə məlumatı isə Dövlət Statistika Komitəsi yayıb.

Maraqlıdır ki, ötən ilin yanvar-mart aylarında Belarusdan 8 sərnişin vaqonu gətirilib. Onların bəyan edilən gömrük dəyəri idə 28.264.440 (28 milyon 264 min 440) dollar olub. Rəqəmlər arasında ciddi fərq var. Belə ki, ötən il hər vaqon üçün 3 milyon 533 min 55 dollar ödənildiyi halda, bu il 1 vaqona görə ADY Belarusiyaya 15 milyon 192 min 280 dollar ödəyib.

Yayılan məlumatı dəqiqləşdirmək üçün ADY-nin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova ilə əlaqə saxladıq. S.Qədirova Cebhe.info-nun suallarına sorğu şəklində cavab verəcəyini və cavabı 3 iyun tarixində göndərəcəyini bildirdi. Sorğumuz isə bu şəkildə idi: Yayılan məlumat doğrudurmu? Əgər doğrudursa, iki vaqon üçün niyə bu qədər vəsait ödənilib? Bu vaqonlarən özəllikləri nədir?

Ancaq ADY yenə də susqunluğunu qorudu. Qurum bir vaqon üçün niyə 15 milyon dollar ödənildiyinin səbəblərini açıqlamaqdan yayındı.

boyukmillet.com

Nəşr olunub CƏMİYYƏT
Cümə Axşamı, 06 İyun 2019 16:13

Tənzilə Rüstəmxanlıdan Ramazan təbriki

Gözler bayram için gülüyor, ama nemli…

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Daha bir Ramazan ayının sonuna geldik… Bayram yapıyor tüm İslam ümmeti… Yine şenlikler kuruldu… Yine küçükler büyüklerini ziyaret ediyor… Her kesin dilinden “bayramınız kutlu olsun” mesajı eksik olmuyor… Ama diller bayram kutlasa da, gözlerde bir nisgil, bir acı kalbleri yakıyor…

‘Gözler kalbin aynasıdır’ lafı boşuna değilmemiş demek ki…

Diller bayramı kutlasa da, kalbler Türkmeneline, Doğu Türküstana, Gazzeye, Arakana, Karabağa ağlıyor…

Buruk bir Ramazan bayramı…

Gözler bayram için gülüyor, ama nemli…

Tüm İslam dünyasının üzeri kara buludlarla kapalı…

Mermiler gölgesinde bir Ramazan bayramı…

Kerbela çölündeki Hazreti Hüseyin gibi susuz türkman cocuklar…

Okula gönderdiği cocuğunu İsrail ile savaşa kurban veren hazreti Zeynep misalı gazzeli analar…

Tek suçu türk olmak olan ve bunun için kurşunlara dizilen Doğu Türküstanlı, Arakanlı insanlar…

Ve bu vahşet karşısında hiç bir şey yapamayan bizler…

Gücümüz sadece ağlamağa yetiyor…

Dua her derde devadır deyib, göz yaşıyla beraber dua ediyoruz…

Dua ediyoruz ki, ya Uca Yaradan, özün bu Ramazan bayramını hayırlara vesile et…

Özün Türk İslam dünyasını koru ve güclendir…

Senden başka dayağı olmayan Tanrı askerlerine kuvvet ver…

Allahım, müslüman dünyasına bir daha buruk Ramazan sevgisi yaşatma!..

Allahım, İslam dünyası üzerindeki kara buludları kaldır, Musulu, Kerkükü, Karabağı, Arakanı, Doğu Türküstanı, Gazzeyi ve kan ağlayan tüm müslüman dünyasına yardım et!

Amin!!!

Tənzilə Rüstəmxanlı
 
Nəşr olunub CƏMİYYƏT

04456712-9552-46e0-accf-4406e4c24160.jpg“Azərbaycan və Gürcüstan hər zaman bir-birinə yaxın və dost ölkələr olublar. Ölkələr arasında strateji tərəfdaşdlıq mövcuddur”.

boyukmillet.com “Report”a istinadla xəbər verir ki, bu fikirləri Gürcüstanda səfərdə olan Milli Məclisin deputatı Azay Quliyev jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bəzən bu tərəfdaşlığa zərər yetirməklə bağlı cəhdlər olur: “Bu cəhdlər yolverilməzdir və onların arxasında üçüncü qüvvələr durur. Həmin qüvvələrə Azərbaycan və Gürcüstan arasındakı yaxın tərəfdaşlıq münasibətləri sərf etmir. Son vaxtlar Keşikçi Dağı ilə bağlı təxribat xarakterli cəhdlər olur”.

A.Quliyev qeyd edib ki, iki ölkə arsaında tarixən heç bir münaqişə olmayıb və istənilən mübahisəli məsələ tərəfdaşlıq mühitində həll olunur.

Deputat Gürcüstan parlamentinin sədri İrakli Kobaxidzenin Azərbaycana rəsmi səfərini də şərh edib: “Gürcü spikerin Azərbaycana rəsmi səfəri mühum hadisədir. Bu səfər ölkələr arasındakı siyasi dialoqu dərinləşdirməyə imkan verəcək. Parlamentarilər iki dost və qardaş ölkə arasındakı münasibətlərin hər hansı bir üçüncü tərəfin marağına görə pozulması və ya zədələnməsinə imkan verməməlidirlər”.

Nəşr olunub SİYASƏT
Cümə Axşamı, 06 İyun 2019 15:40

Ermənistanda panika: “Türk ordusu Naxçıvanda”

Bu aralar 4 iyundan çox danışıldı, hər il olduğu kimi. Məlum, Gəncə hadisələrinə görə. Amma 4 iyun Azərbaycan xalqının taleyində mühüm rol oynamış bir tarixdir. 1918-ci ilin bu günündə həmin müqavilə imzalanmasaydı, kim bilir Azərbaycan hansı faciələrlə üz-üzə qalacaqdı…

Qısa xatırlatma edək: düz 101 il öncə, 4 iyunda Osmanlı dövləti ilə cəmi “7 günlük” olan Azərbaycan Xalq Cümhuriyyəti arasında Batumda Dostluq və Əməkdaşlıq müqaviləsi imzalandı. Tarixi qaynaqlara görə, həmin nicat müqaviləsini Osmanlı tərəfdən ədliyyə naziri Xəlil bəy və Şərq orduları komandanı Vəhib Paşa, Azərbaycandan isə Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə və Xariciyyə naziri Məmməd Həsən bəy imzalamışdı. Qafqazda türk və müsəlmanlara qarşı ermənilərin bolşeviklərlə birgə törətdiyi qətliamların qarşısını almaq, Azərbaycanı tikə-parça edilməkdən qurtarmaq idi məqsəd. Bunun ardınca Başkomandan Ənvər Paşanın əmri ilə Türk ordusu Azərbaycana köməyə gəldi, Qarabağı, Bakını ermənilərdən xilas etdi…

Budur, üstündən 101 il keçib və Ermənistanda ciddi panik ovqat hökm sürməkdədir. Erməni saytlarının başlıqlarına baxıram, “Türkiyə Naxçıvana qayıdır!”, “Türk ordusu Naxçıvanda Azərbaycanla birgə hərbi təlim keçirir!” yazırlar. Çox həyacanlanıblar. Naxçıvandan İrəvana cəmi 50 km-dir, həyəcanları təbiidir. Həm də tarixi dərs var axı…



2018-ci ilin mayında gözlənilməz zərbə alan işğalçı ölkə ordumuzun Şərur rayonunun Günnüt kəndi istiqamətindəki strateji yüksəkliklərdə mövqe tutmasından sonra Naxçıvan məsələsinə çox həssaslıqla yanaşır. Bundan əvvəl Qarabağ məsələsini “bitmiş” sayıb Naxçıvanı işğal etmək barədə hədyanlar səsləndirirdilərsə, artıq Günnüt əməliyyatından sonra ehtiyatlı danışmağa başlayırlar.

Həmin əməliyyat nəticəsində Günnüt kəndindən başqa, “Ağbulaq” yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağı, həmçinin Dərələyəz mahalının Arpa kəndi ordumuzun nəzarəti altına keçib. Məhz bu əməliyyat Azərbaycan ordusuna İrəvan-Gorus-Laçın-Xankəndi magistralını nəzarət altına almağa imkan verib! Bu, elə sarsıdıcı əməliyyat oldu ki, hakimiyyətinin üçüncü həftəsində bu zərbəni alan Nikol Paşinyan bu barədə ümumiyyətlə, danışmamağa qərar verdi.

Və budur, ermənilər Naxçıvanda iyunun 7-dən 11-dək keçiriləcək Türkiyə-Azərbaycan birgə hərbi təlimlərindən çox narahat olublar. Neçə gündür ki, “Sarsılmaz qardaşlıq-2019” birgə təlimlərinin xəbərini tirajlayırlar. Naxçıvana gələn Türk ordusunun hərbi texnika, şəxsi heyəti, maşın “kolon”u ilə bağlı fotoları yayımlayır, həyəcanla bu təlimlərin nəyə gətirib çıxaracağı üzərində baş sındırırlar.

Yeri gəlmişkən, düşmənin həyəcanı təbiidir. Azərbaycan və Türkiyənin qoşa bayraqları ilə bəzənən küçələrlə irəliləyən Türk ordusu, möhtəşəm qarşılanma. Lap 1918-ci ilin iyununda Gəncədəki qarşılanmaya bənzəyir.

Bir neçə gün əvvəl Araz çayı üzərindəki “Ümid” körpüsü üzərində iki qardaş ölkənin dövlət bayraqlarının dəyişmə mərasimi keçirildi. Hər iki ölkənin hərbçiləri qarşı tərəfdən bayrağı qəbul edir, öpüb gözünün üstünə qoyur. Möhtəşəm mənzərəydi!
Rəsmi məlumata görə, Əlahiddə Ümumqoşun Ordunun və Naxçıvan Muxtar Respublikanın güc strukturlarının, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin bölmələrinin iştirakı ilə keçirilən təlimə 5000-ə qədər şəxsi heyət, 200-dən artıq tank və digər zirehli texnika, 180-ə yaxın müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 21 ədəd təyyarə, helikopter, pilotsuz uçuş aparatı və silahlanmaya yeni daxil edilmiş müxtəlif növ müasir silah və hərbi texnika nümunələri cəlb olunacaq. Yəni bu, plana uyğun hərbi təlimdir.



Amma düşmən mətbuatı bunu geniş yaydı və ənənəvi həyəcan…Düzdür, Ermənistanın Müdafiə Nazirliyi ajiotajı yatırmağa çalışdı, vəziyyətin “nəzarətdə olduğunu” iddia etdi. Amma…Ermənilər Qars müqaviləsinə qədər araşdırmalar aparırlar. Anlayırlar ki, Naxçıvan Türkiyənin qarant olduğu bölgədir.

Ermənistan bunu da anlayır ki, Azərbaycan ordusu nəinki 90-cı illərin ordusu deyil, əksinə, özü 90-cı illərin Azərbaycanına bənzəyir, daxildəki çəkişmələri ilə.

Digər tərəfdən, Ermənistan daim Rusiyaya arxalanıb. Ancaq bu gün İrəvanla Moskva arasında soyuq küləklər əsir. Ermənistan hakimiyyəti Putinin rəğbətini qazana bilmir. Paşinyana qarşı çıxan Qarabağ klanının və daşnakların arxasında Rusiyadakı ciddi dairələr dayanıb. Bu mənada işğalçı ölkədə vəziyyətin nəzarətdən çıxması qaçılmazdır. Üstəlik, Türkiyə və Rusiya arasında bütün sahələrdə əməkdaşlıq yüksələn xətt üzrə gedir.

Belə olan halda Türkiyə və Azərbaycanın de-fakto VAHİD ordusunun İrəvanın 50 km-də olması Ermənistan üçün artıq qorxulu yuxu deyil, acı reallıqdır. Günün birində bu ordu Mehri yolu ilə üzü Qarabağa yol ala bilər. Naxçıvanı azad edilmiş Qarabağla birləşdirmək üçün…

İyunun 4-də Fransa inzibati məhkəməsinin ölkənin Arnuvill şəhəri ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış “Dostluq haqqında xartiya”nı ləğv etməsi də Ermənistanda xəyal qırıqlığına səbəb olub. Ermənistanı Fransada bəzi qüvvələr özlərinə “bacı” sayırdı və ermənilər bundan çox məmnun idi. Amma artıq Emənistanın “ayağısürüşkən” obrazı dünya-aləmə bəlli olduğundan ondan üz çevirir çoxları.

İyunun 4-də başqa bir olay da oldu. Rusiya kəşfiyyatının keçmiş əməkdaşınınm ürəyinə bıçaq sancıb İrəvana qaçan erməni qatilə görə Rusiya daxili işlər naziri Vladimir Kolokoltsev Ermənistana gəldi. Bu gün İrəvanla Moskva arasında yeni gərginlik nöqtələri yaranır, əvvəlkilər çözülmədən. Söhbət Ermənistanın yeganə ümid etdiyi hərbi müttəfiqi ilə münasibətlərdən gedir. Belə bir durumda Türkiyə və Azərbaycan bayraqlarının qoşa dalğalanması, iki qardaş ölkənin əsgərlərinin birgə addımlaması adi məsələ deyil.

Nəşr olunub CƏMİYYƏT

boyukmillet.com xəbər verir ki, Gənclərin Həmrəhliyinə Dəstək İctimai Birliyinin və Beynəlxalq Diaspor Mərkəzinin təşkilatçılığı ilə “Bir Millət İki Dövlət” şuarı altında Qarabağ Azərbaycan Torpağıdır adlı lahiyə çərçivəsində tədbirlərə start verilib. Türkiyə, Gürcüstan və Azərbaycandan şəxsi motosikletləri 50-dən artıq şəxs tədbirdə iştirak ediblər. Qonaqlar ilk öncə Şəhidlər Xiyabanını, Türk Şəhidliyini və Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Tədbirin rəsmi açılış mərasimi Odlar Yurdu Universitetində baş tutub. Mərasimi giriş sözü ilə açan BDM sədri dr.İsmayıl Ağayev Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi hərbi təcavüzdən danışmış, Azərbaycanın iqtisadi sektorunun dünya ictimaiyyətini erməni yalanları haqda daha yaxından mətulamatlandırması üçün durmadan çalışmalı olduğunu qeyd edib. İ.Ağayev çıxışında qardaş Türkiyənin Qarabağ məsələsində prinsipial mövqeyini alqışlayaraq, bunu Azərbaycanın mübarizəsində ciddi dəstək olduğunu qeyd edib. Tədbirdə daha sonra Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev və digərləri də çıxış edərək lahiyənin əhəmiyyətindən danışıblar. Tədbir iştirakçılarının Bakıdan Cocuq Mərcanlıya səfəri planlaşdırılır. Səfər zamanı iştirakçılar Cocuq Mərcanlıda həyata keçirilmiş yenidənqurma və tikinti işləri ilə tanış olacaqlar. Qonaqlara Azərbaycan Ordusunun 2016-cı il Aprel döyüşlərində göstərdiyi qəhrəmanlıq və işğaldan azad olunmuş torpaqlarımızın rəmzinə çevrilən Cocuq Mərcanlı kəndi haqqında geniş məlumat veriləcək. Tədbir iştirakçılarının Azərbaycanın bir sıra rayonlarına ziyarəti də nəzərdə tutulub.

boyukmillet.com

 

 



Nəşr olunub CƏMİYYƏT

Reytinq