Burda göstərilən tarixə olan xəbərlər: Cümə Axşamı, 03 May 2018

Emin Eminzadə 1997-ci ildə Bakı şəhərində anadan olub. O, hazırda Amerikada, Los Ancelesdə yaşayır. Müğənnidir. Oxuduğu mahnılarını özü yazır.


İnterpress.az müğənni Emin Eminzadə ilə müsahibəni təqdim edir:

-Emin bəy, işlərinizlə bağlı danışardınız. Hansı yeniliklər var?

-Mən Los-Ancelesdə yaşayıram. Hazırda yeni albomumun üzərində işləyirəm. Yeni albomumda beş mahnı olacaq. Mahnıların hamısının musiqisi və sözlərinin müəllifi özüməm. Bundan sonra “Single” mahnısının üzərində işlər gedir. Biz bununla bağlı mətbuata da məlumat vermişik. Mahnını “Qrem” mükafatçısı bəstəkar Karla Kartr və Druski Skount yazıb. Mən də onlarla yanaşı bu mahnının bəstəkarıyam. Mahnının adı “Pərdə arxası”dır "behind the scenes). Mahnıda hər şeyin göründüyü kimi olmamasından bəhs edilir. Yəni, burada pərdə arxası var. 

-Emin bəy, siz necə oldu ki, digər xarici ölkələrə deyil, məhz Amerikaya səfər etdiniz?

-Ümumiyyətlə, mən uşaqlıqdan Amerikanı çox sevirdim. Bir ölkə olaraq, oranın mədəniyyətini və s. bəyənirdim. Əsasən də, hazırda yaşadığım Los-Anceles şəhərini çox sevirdim. Bəlkə də, bu, mənims evdiyim ifaçıların, aktyorların orada yaşamağından irəli gəlirdi. Mən ilk əvvəllər klassik opera ilə sənətə gəlmişəm. Mənim hazırda da müəllimim xalq artisti Fidan Qasımovadır. Bir neçə il bundan öncə məşhur italyan müğənnisi Robertino Loretti Bakıya səfəri zamanı onunla birlikdə çıxış etdik. O, daha sonra məni İtaliyaya dəvət etdi. Və mən İtaliyada mahnı müsabiqəsinin qalibi oldum. Bundan sonra bir neçə dəfə müsabiqə laureatına və Prezident təqaüdünə layiq görülmüşəm. Adım qızıl kitaba yazılıb. 2014-2015-ci illərdə Amerikada orta məktəbi bitirdim. Mən "Hollywood"da klip çəkdirən ilk azərbaycanlə gəncəm. O zamandan da düşündüm ki, Azərbaycanı burada təmsil etmək lazımdır.

-Siz artıq öz sənətinizlə Amerikada da kifayət qədər tanınırsınız. Bəs, Amerikada diaspora fəaliyyəti ilə məşğul olmağı düşünürsünüzmü? Yoxsa, elə ancaq öz sənətinizlə fəaliyyətinizi davam etdirmək istəyirsiniz?

-Mən də Azərbaycanı təmsil edirəm. Sadəcə olaraq, mən sənətimlə ölkəmizi təmsil edirəm. Bir zamanlar ümummilli lideri Heydər Əliyev də ölkənin tanınması üçün ən yaxşı vasitələrin idman və incəsənət olduğunu bildirmişdi. Mən əminliklə deyirəm ki, Amerikada Los-Ancelesdə diasporamız çox güclü fəaliyyət göstərir. Çünki, mən özüm də şahidi olmuşam ki, diasporamız Azərbaycan həqiqətlərinin Los-Ancelesdə və xüsusən də, Amerikanın hər yerində çatdırılmasında yüksək səviyyəli məlumatlandırma işləri aparır. Mən özüm də Amerikada müxtəlif televiziya və radiolara müsahibə verən zaman Azərbaycan haqqında danışanda bəziləri tanımır. Çünki, Azərbaycan elə də böyük bir ölkə deyil. Ona görə də, Azərbaycan haqqında məlumatlar verirəm. 

-Bəziləri Azərbaycandan xarici ölkələrə gedib mühacir həyat tərzi sürür və Azərbaycanı unudurlar. Daha sonra Azərbaycanın əleyhinə danışırlar. Buna xaricdə yaşayan bir azərbaycanlı kimi münasibətiniz necədir?

-Məncə, bu cür insanlar həyata pozitiv baxışdan məhrumdurlar. Çünki, onlar hər şeyə neqativ baxırlar. Hər şeydə pislik axtarırlar. Onların heç vaxt müsbət bir yanaşma tərzi yoxdur. Ona görə də çıxış yolunu neqativlikdə görürlər. Əlbəttə, elə Amerikanın da digər ölkələrin də mənfi cəhətləri var. Ancaq bu, o demək deyil ki, sən doğulduğun boya-başa çatdığın vətənini rədd edəsən. Mən heç vaxt Amerikanın vətəndaşı olmağa fəxr etməmişəm. Mən fəxr edirəm ki, Azərbaycan vətəndaşıyam. Arzum da odur ki, azərbaycanlı olaraq Amerikada öz sənətimi təqdim edim. 

-Gələcəkdə hansı planlarınız var?

- Yaxın gələcəkdə bayaq dediyim mahnının klipi olacaq. Klipin rejissoru da özüməm. Çünki, mən hər zaman öz kreativ ideyalarımla bizi sevənlərin qarşısına çıxmışıq. 

-Emin Eminzadənin həyatda ən böyük arzusu və Azərbaycan üçün reallaşdırmaq istədiyi arzusu nədir?

-Azərbaycan üçün istədiyim yeganə arzum Amerika sakinlərinin Azərbaycanlı olaraq məni tanımalarıdır. İstərdim ki, amerikalılara Azərbaycanın gözəl bir yer məkan olduğunu sübut edim. Və onların Azərbaycana turizm səfərlərinin reallaşdırılmasında rolum olsun. Onu da deyim ki, mədəniyyətin vətəni olmur. 

-Sizin üçün musiqidən sonra önəmli olan nədir?

-Musiqidən sonra mənim üçün önəmli olan ailəm valideynlərim və bacımdır. Amma düşünürəm ki, musiqisiz heç vaxt xoşbəxt olmayacağımı düşünürəm. Mən özümü artıq sənətə qurban verənlərdənəm. Mənim üçün də sənət qurban tələb edir. Düşünürəm ki, media nümayəndələri də sənət adamlarının dostu olmalıdır. Mən özüm də hər zaman mediaya açıq oluram.

-Azərbaycanda solo konsert verməyi düşünürsünüzmü?

-Əslində, mən Azərbaycanda solo konsert verməyi bu yaxınlarda düşünürdüm. Amma yeni albom, klip və digər işlər səbəbindən konsertin gecikdirilməsi qaçılmaz oldu. Mənim üçün solo konsert bütün uğurlarıvın nəticəsi deməkdir. Buna bir növ hesab deyərdim. Amma görürəm ki, hələ mən bu hesabatı verməyə hazır deyiləm. Çünki, bu hesabatı vermək üçün gərək mən albomu çıxarım. Mənim ulduzu xəstəliyinə tutulmaq kimi bir fikrim də yoxdur. Çünki, əgər belə xəstəliyə yoluxmaq fikrim olsaydı, 6 il bundan əvvəl baş verərdi. Özüm istəməmişəm.

-Azərbaycan müğənniləri arasında bəyəndiklərin varmı?

- Azərbaycan müğənniləri arasında ən çox bəyəndiklərim indi dünyalarını dəyişiblər. Rəşid Behbudov, Müslüm Maqomayev, Şövkət Ələkbərova və s. Bu şəxslər mənim üçün Azərbaycan musiqi sənətinin korifeyləridir. Yaşayanlardan isə, Fidan və Xuraman Qasımova, Yusif Eyvazov, Emin Ağalarovu bəyənirəm. Dünya müğnniləri arasında isə Maykl Cekson, Lady Gaga və s.

-Qarabağla bağlı mahnı üzərində işləmək fikriniz varmı?

-Əlbəttə ki, Qarabağ problemindən bəhs edilən mahnı oxumaq istərdim ki, dünyaya çatdırım. Amma musiqi elə bir şeydir, bu əsər elə bir əsər olmalıdır ki, hamıya xoş gəlməlidir.

-Sevgi təklifi almısınızmı?

-Bəli, bir çoxlarının mənə maraqlarını müşahidə edirəm. Neçə-neçə məktub vasitələri ilə sevgi təklifi edənlər də olub. Mənə “padxod” edənlər də var. Hiss edirəm ki, simpatiya bəsləyirlər. Sadəcə olaraq, mən özüm hələ buna hazır deyiləm. 

-Ailə həyatı quran zaman qarşı tərəfin milliyəti sizin üçün önəmlidirmi?

-Xeyir, fərq etməz ailə həyatı quracağım şəxs hansı milltədən olsun. Əsas odur ki, yaxşı birisi olsun. Təbii ki, bircə erməni olmasın. 

-Sənətə gəldiyinizə görə kimə borclusunuz?

-Mən buna görə, ilk növbədə valideynlərimə borcluyam. Çünki anam və atam mənim motivasiya mənbəyim olub hər zaman. 

-Başqa demək istədiyiniz sözünüz varmı?

-Başqa, məncə, daha heçnə (gülür). Çox sağolun dəvətinizə görə. 

Hollywoodda klip çəkdirən ilk azərbaycanlı gəncəm - MÜSAHİBƏ - FOTO - VİDEO

 

Hollywoodda klip çəkdirən ilk azərbaycanlı gəncəm - MÜSAHİBƏ - FOTO - VİDEO

 

Hollywoodda klip çəkdirən ilk azərbaycanlı gəncəm - MÜSAHİBƏ - FOTO - VİDEO

 

Hollywoodda klip çəkdirən ilk azərbaycanlı gəncəm - MÜSAHİBƏ - FOTO - VİDEO

 

Hollywoodda klip çəkdirən ilk azərbaycanlı gəncəm - MÜSAHİBƏ - FOTO - VİDEO

 

Hollywoodda klip çəkdirən ilk azərbaycanlı gəncəm - MÜSAHİBƏ - FOTO - VİDEO

 

Hollywoodda klip çəkdirən ilk azərbaycanlı gəncəm - MÜSAHİBƏ - FOTO - VİDEO

 

 
Nəşr olunub CƏMİYYƏT
Cümə Axşamı, 03 May 2018 13:40

Bu gün Türkçülük günüdür

Hər ilin bu günü bütün türklər türk dünyasının böyük şairi və fikir adamı Hüseyn Nihal Atsızın turançılıq iddiası ilə məhkəməyə çəkilməsindən başlayan özünə dönüş gününü qeyd edir.

İlk dəfə 1945-ci il 3 mayda Topxana Həbsxanasında Nihal Atsız, Zeki Velidi Togan, Nehdet Sançar və Reha Oğuz Türkan başda olmaqla 10 nəfər məhkum tərəfindən qeyd olunub. Bundan sonra həmin gün daha geniş miqyas əhatə edərək, türkçülər arasında yüksək səviyyədə qeyd olunub. Azərbaycanda Türkçülük Günü 1992-ci ilin may ayının 3-dən etibarən qeyd olunur. Həmin tarixdə Bakıya gələn Başbuğ Alparslan Türkeşin və milli hərəkat lideri Elçibəyin iştirakı ilə bu bayram Azadlıq meydanında böyük təntənəli şəkildə qeyd olunub. Həmin gündən etibarən, bu bayram Turançılar arasında keçirilməkdədir.

Əli bəy Hüseynzadə və türkçülük …

XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən olan Əli bəy Hüseynzadə bütün dünyada türkçülük ideologiyasının dirçəldən şəxs olub. Əli bəy Hüseynzadə yaşayıb yaratdığı müddət ərzində bacardığı qədər türkçülük ideologiyasını, onun əhəmiyyətini insanlara çatdırmağa çalışmışdır. Onun yaşadığı dövrdə türklər demək olar ki, öz türklüklərini unutmuşdular. Türk xalqlarının nümayəndələri ümumi adla əsasən müslman kimi adlandırılırdılar. Bu vəziyyət Osmanlı ərazisində də eynən bu cür idi. Əli bəy Hüsynzadə insanların türkçülük nə olduğunu bilmədikləri dövrdə onlara türk olduqlarını izah edirdi. Türklərin hansı mədəniyyətə, necə böyük bir tarixi keçmişə, adət-ənənələrə sahib olduqlarını öz yazıları, əsərləri vasitəsilə cəmiyyətə çatdıraraq türk olduğunu unutmuş türklərə türk olduqlarını xatırlatdı. Elə bu səbəblərə görə onun türk dünyasına böyük töhfələr verən və xidmət edən dahi bir şəxsiyyət olduğunu əminiklə deyə bilərik. 

Ön Asiya və Altay türkçülüyü ...

Nihat Atsız, Ziya Gökalp, Əli bəy Hüseynzadə kimi şəxslər türkçülük ideologiyasının yaranması və inkişafında böyük rol oynayıblar. Bu ziyalılar türklərin Altaydan gəlib dünyaya səpələndiyi ideyasının üzərində dururlar. Onların təbliğ etdiyi ideya ondan ibarətdir ki, türklər Ərgənəkondan çıxdılar, atlara mindilər, Altaydan gəlib Anadolunu tutdular, min il Avropanın yarısını, Afrikanı idarə elədilər və s. Bu ideologiyaya əks mövqedən yanaşanlar da var. Bu mövqedən yanaşanlar düşünürlər ki, türk etnosu Mərkəzi Asiya və Altayda yox, Ön Asiyada yaranıb. Azərbaycanın tanınmış türkçü alimi Firudin Cəlilov da bu mövqedən yanaşanlardan biridir. Firudin Cəlilov Altay nəzəriyyəsinin özünü doğrultmadığı qənaətindədir. 

Türkülüyünün fərqində olan hər kəsin Türkçülük günü mübarək olsun!

Nəşr olunub SİYASƏT

“Azərbaycanın diaspor və lobbi fəaliyyətində yeni mərhələ başlanmalıdır”

Samir Adıgözəlli: “Hətta onlardan elələri var ki, bizə kömək etmədiyi bir yana, gedib erməni dəyirmanına su tökürlər”

Bu günlərdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da AŞ PA-da başladılan yeni anti-Azərbaycan kampaniyasına münasibət bildirib.

O qeyd edib ki, Qərbdə Azərbaycana qarşı ardıcıl və məqsədyönlü şəkildə fəaliyyət göstərən dairələr, onların nəzarətində olan təşkilatlar və media orqanları ölkəmizdə keçirilən mühüm tədbirlər ərəfəsində daha da fəallaşır və ciddi-cəhdlə həm Azərbaycanı, həm də həmin tədbiri qaralamağa çalışırlar. Əli Həsənov bu xüsusda Azərbaycan diasporunu zəiflədən bəzi detallara da toxunub: “Biz ölkə daxilindəki opponentlərdən "niyə Azərbaycan lobbisi Avropa strukturlarında, Qərb dövlətlərinin parlamentlərində, beynəlxalq strukturlarda azdır?”, "niyə bu və ya digər Qərb ölkəsində ictimai rəyə təsiri olan qurum, QHT, düşüncə mərkəzi Azərbaycan lobbisinə çevrilməyib?” suallarını eşitmək istəyirik. Bunun qısa cavabı da var. Birincisi, lobbini yaratmaq kifayət qədər böyük zaman və gərgin fəaliyyət tələb edir. Cənab Prezidentin son təyinatlarının bu işi daha da sürətləndirəcəyinə heç bir şübhə yoxdur. İkincisi, bəzən diaspor və lobbi quruculuğuna dəstək göstərməli olan bəzi şəxslər sadəcə xəyanət yolu tutmuşlar”.

Prezidentin köməkçisi Ə.Həsənov əlavə edib ki, Avropa Şurası yanında səfir postu kimi yüksək vəzifə tutan diplomat indi AŞ PA və digər Avropa strukturlarına Azərbaycanın lobbi fəaliyyəti barədə gizli şikayət-donos göndərməsi haqda "qürurla” danışır: “Çox mühüm səbəb budur - lobbi qurmalı olanlardan bəziləri bu işin önünü kəsmək üçün hətta xəyanəti belə göz önünə almışlar. Lobbi quruculuğuna yardım edəcək bəzi diaspor nümayəndələri isə Qərbin formalaşdırdığı "iaşə müxalifəti”nə çevrilib və Azərbaycan dövlətinə qarşı erməni lobbisi ilə birlikdə mübarizə aparırlar. Həmin "iaşə müxalifəti” AŞ PA-da ermənipərəst "People in Need” təşkilatının dinləmələrində canfəşanlıq edir. Ancaq nə qədər acınacaqlı görünsə də, opponentlər bizi lobbinin zəifliyində deyil, ümumiyyətlə, lobbi fəaliyyətini təşkil etməkdə günahlandırırlar”.

Göründüyü kimi, Prezidentin köməkçisi  diaspor nümayəndələrimizdən olan gözləntiləri dilə gətirib. Xüsusilə qeyd edib ki, bu işə dəstək verməli olan adamlar tamamilə yalnış mövqe tuturlar. Diasporumuzu zəiflədən amillərlə bağlı Əli Həsənovun  sadaladığı arqumentləri nə dərəcədə tutarlı saymaq olar?

Beynəlxalq Diaspor Mərkəzi icra aparatının rəhbəri Samir Adıgözəlli qəzetimizə bildirdi ki,  hörmətli Əli Həsənovun toxunduğu arqumentlər olduqca əsaslıdır: “Mən uzun illərdir bu işin içindəyəm. İlin demək olar ki, böyük bir hissəsini xarici ölkələrdə keçirirəm. Doğrudan da diasporumuzun zəif olmasını şərtləndirən amillər var. Bunun da başında duran faktorlardan əsası soydaşlarımızın düzgün mübarizə taktikası seçməməsilə bağlıdır. Bəli, biz diaspor təşkilatlanmasında lobbiçiliyə keçid etməliyik. Amma bunun üçün bünövrə möhkəm diaspor olmalıdır. Çox təəssüflər olsun ki, biz əksər vaxtlarda soydaşlarımızın eyni ölkədə bir-birilə intriqada olduğunu müşahidə edirik. Doğrudan da son zamanlar müşahidə edirik ki, bəzi soydaşlarımız hakimiyyətlə yox, dövlətlə müxaliflik edirlər. Hətta onun dayaqlarını söyənlər də tapılır. Biz xarici ölkələrdə yaşayan bəzi imkanlı vətəndaşlarımızın çox biganəliyinin də şahidi oluruq. Hətta onlardan elələri var ki, bizə kömək etmədiyi bir yana, gedib erməni dəyirmanına su tökürlər. Bu sahəyə məsul olan qurumda rəhbərliyin dəyişməsindən sonra ümidvaram ki, xaricdəki diasporumuzla əsaslı şəkildə iş aparılacaq. Bir sıra çatışmazlıqlar aradan qaldırılacaq.  Ancaq ən əsası isə xaricdəki soydaşlarımızın özlərinin dövlətə münasibəti birmənalı olmalıdır. Sosial şəbəkələrdə gedən müzakirələrdə mən xarici ölkələrə təslim olan diplomatlarımızın  dövlətimizə qarşı etdikləri əməlləri xəyanət olaraq qiymətləndirmişdim. Mənə bəzi iradlar da bildirildi ki, bu barədə məhkəmənin hökmü yoxdursa, elə ağır ittiham etmək olmaz. Ancaq görürsünüz ki, hörmətli Əli müəllim də sapı özümüzdən olan baltaların əməlini xəyanət olaraq dəyərləndirir. Arif Məmmədov adlı sabiq səfirimiz gedib bəzi təşkilatlara donos ötürür. Beləsinə  yalnız onu demək olar ki, Vətənin havası, suyu, qayğısı ona haram olsun! Cənab Həsənovun fikirlərindən hasil olan qənaət onu da deməyə əsas verir ki, Azərbaycanın diaspor və lobbi fəaliyyətində yeni mərhələ başlanmalıdır. Şübhəsiz, bu, çox yaxın zamanda özünün əməli nəticələrini verəcək. Deməli, mövcud istiqamətdə görüləcək işlərin daha fundamental şəkildə gerçəkləşdirilməsi mütləqdir. Diaspor təşkilatlarımızın aktivliyi o həddə çatdırılmalıdır ki, onlar xaricdə aparılan anti-Azərbaycan kampaniyasına tutarlı əks reaksiya ortaya qoya bilsinlər”.

Məhəmmədəli QƏRİBLİ

Nəşr olunub SİYASƏT

Reytinq