Cümə axşamı , 28 Mart 2024

Yearly Archives: 2016

Keçmiş MTN generallarının məhkəməsinin vaxtı açıqlanıb

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinyət işi üzrə məhkəməyə sədrlik edəcək hakimin adı açıqlanıb. “Report”un məlumatına görə, iş Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun …

Read More »

Binəqədidə yanğın olub

Bakıda yanğın qeydə alınıb. Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 m2 olan birmərtəbəli taxta konstruksiyalardan ibarət köməkçi tikili yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 02:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Read More »

İlin ən yaxşı pleymeykerləri açıqlanıb

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2016-cı ilin ən yaxşı pleymeykerinin adını açıqlayıb. AZƏRTAC qurumun rəsmi saytına istinadla xəbər verir ki, federasiya tərəfindən keçirilən sorğunun qalibi İspaniyanın “Barselona” futbol klubunun və Argentina yığmasının hücumçusu Lionel Messi olub. Belə ki, Messi 172 səs toplayıb. İkinci yeri “Barselona”nın digər üzvü Andres İnyesta (66), üçüncü pilləni isə “Real Madrid” komandasının və Almaniya yığmasının …

Read More »

“Ü.Hacıbəyli-130” musiqi albomunun təqdimatı olub

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə görkəmli bəstəkarımız Üzeyir Hacıbəylinin 130 illik yubileyi münasibətilə “Üzeyir Hacıbəyli-130” musiqi albomunun təqdimatı keçirilib. Akademiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru, Xalq Artisti, professor Yeganə Axundova açaraq layihənin əhəmiyyətindən danışıb. Bildirilib ki, diskdə ümumilikdə, 14 ifa yer …

Read More »

Dünya Azərbaycanlılarının Həmrəylik Günü Əbu-Dabidə də qeyd edilib

Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyinin və baş konsulluğunun birgə təşkilatçılığı ilə səfirliyin inzibati binasında Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bayram tədbiri keçirilib. Azərbaycan icmasının çoxsaylı üzvlərinin iştirak etdiyi tədbirdə əvvəlcə Prezident İlham Əliyevin 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar dünya azərbaycanlılarına müraciətinin mətni oxunub. Sonra çıxış edən səfir Daşqın Şikarov icma üzvlərinin bayram tədbirinə böyük …

Read More »

Bakıda ali məktəblərə tələbə qəbul etdirmək adı ilə dələduzluq edən qadına hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Mətanət Şahalıyevanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.“Report”un xəbərinə görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.Məhkəmənin hökmü ilə M.Şahalıyeva 7 il müddətinə azadlıqdan məhrum edilib.Qeyd edək ki, ittiham aktına əsasən, Müəllimlər İnstitutunun müəllimi olan M.Şahalıyeva vətəndaş Qəhrəman Əliyevin övladını universitetə qəbul etdirəcəyi vədini verib. O, həmin şəxsdən 20 …

Read More »

Yol polisindən bayram XƏBƏRDARLIĞI

Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsi bayram günləri ilə bağlı sürücülərə və piyadalara müraciət edib. İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Trend-ə bildirib ki, Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə bağlı beş qeyri-iş günü ilə əlaqədar regionlara, ayrı-ayrı rayonlara gedən əhalinin sayı çox olacaq: “Bununla əlaqədar yollarda, xüsusilə də respublika əhəmiyyətli yollarda …

Read More »

Tanınmış azərbaycanlı alim dünyasını dəyişib

Tanınmış alim, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə dekabrın 29-da 59 yaşında vəfat edib. AMEA-dan Trend-ə verilən məlumata görə, Elbrus Əlizadə 1957-ci ilin mart ayının 4-də Ağdaş rayonun Alalbir kəndində anadan olmuş, Ağdaş şəhərində orta məktəbdə təhsil almışdır. O, 1979-cu ildə ADU-nun (indiki BDU) geologiya-coğrafiya fakultəsinin coğrafiya şöbəsini fərqlənmə …

Read More »

Azərbaycanın 3 rayonunda yeni mərkəz yaradılıb

Azərbaycanda Qəbələ, İsmayıllı və Bərdə Turizm İnformasiya mərkəzləri yaradılıb. Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bununla bağlı “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişikliklər edilib. Qərara əsasən, Mədəniyyət və Turizm Nazirliyi Maliyyə Nazirliyi ilə birlikdə bu qərardan irəli gələn məsələləri həll etməlidirlər. Mədəniyyət və Turizm Nazirliyi Turizm İnformasiya mərkəzlərinin saxlanılması xərclərini hər il dövlət …

Read More »

Sabahın havası – paytaxtda küləkli, bölgələrdə qar yağacaq

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman, gecə və səhər çiskin olacaq. Cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 3-5° isti, gündüz 7-10° isti, …

Read More »