Cümə axşamı , 1 Dekabr 2022
Home » İqtisadiyyat » ƏDV limitinin artırılması təklifini – MİLLƏT VƏKİLLƏRİ DƏ DƏSTƏKLƏYİR

ƏDV limitinin artırılması təklifini – MİLLƏT VƏKİLLƏRİ DƏ DƏSTƏKLƏYİR

Azərbaycanda sadələşdirilmiş vergidən Əlavə Dəyər Vergisinə keçidlə bağlı müəyyən edilmiş 200 min manatlıq limitin artırılması təklif edilir.

Eləcə də bax: ƏDV üzrə geri qaytarmaların artırılması ilə bağlı qanun layihəsi Nazirlər Kabinetinə – GÖNDƏRİLİB

Boyukmillet.com xatırladır ki, bununla bağlı təklifi Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc irəli sürüb. O «ƏDV limiti»nin hazırkı 200 min manatdan 300 min manat və ya daha artıq həddə qaldırılmasını təklif edib.

Qeyd edək ki, millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov da eyni fikirdədir. Onun sözlərinə görə, son illərdə Azərbaycanda inflyasiya səviyyəsinin və qiymətlərin sürətli artımı bunu deməyə əsas verir.

Boyukmillet.com xəbər verir ki millət vəkili FED.az-a açıqlamasında bildirib ki, vergi sahəsində   bir tərəfdən iqtisadiyyatın genişləndirilməsi, digər tərəfdən həm qlobal, həm də regionda müşahidə edilən qiymət artımları və onların, istehlak bazarlarına təsirləri xüsusən də məhsul və xidmətlərdə müşahidə edilən  qiymət artımları sadələşdirilmiş vergi dövriyyəsinə yenidən baxılmasını məqsədəuyğun edib: «Sadələşdirilmiş dövriyyə ilə bağlı müəyyənləşdirilmiş 200 min manatlıq limit, artıq xeyli müddətdir ki, qüvvədədir və 200 min manat müəyyənləşəndən sonra da qiymət artımlarının və illik rəsmi inflyasiya səviyyəsini nəzərə alsaq bu kontekstdən bu məbləğə baxılması və artırılması daha məqsədəuyğun olardı».

O həmçinin qeyd edib ki,  indiki halda 200 min manat sadələşdirilmiş vergi subyektləri üçün dövriyyə baxımından kiçik bir dövriyə hesab olunur: «Həmin məbləğin 50% artırılaraq 300 min manata çatdırılması  sadələşdirilmiş vergi subyektlərinin daha daha yaxından dəstəklənməsinə və onların dövriyyəsinin genişləndirilməsinə gətirib çıxara bilər».

Check Also

Dünya reytinqində olan beynəlxalq şirkət AQC-yə üzv oldu – Üzv sayı 57-yə çatdı

Cəmiyyətin İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə, “Baker Tilly Audit Azərbaycan” beynəlxalq şirkətinin AQC-yə qoşulması …