Bazar ertəsi , 6 Fevral 2023

Əfqanıstanın şimalında partlayış törədilib, 5 nəfər ölüb

Əfqanıstanın şimalında törədilən terror aktı nəticəsində azı 5 nəfər həlak olub.

Boyukmilet.com TASS-a istinadən xəbər verir ki, bu barədə yerli “The Khaama Press” agentliyi məlumat yayıb.

Partlayış Bəlx vilayətinin mərkəzi olan Məzari-Şərif şəhərində avtobusa quraşdırılmış bombanın işə düşməsi nəticəsində baş verib.

İlkin məlumatlara görə, avtobus “Haraton Oil” neft şirkətinin əməkdaşlarını daşıyırmış.

Hadisə ilə bağlı istintaq aparılır.

Check Also

Qərb ölkələri İranın nüvə fəaliyyəti ilə bağlı bəyanat yayıb

ABŞ, Fransa, Almaniya və Böyük Britaniya Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İranın Fordo zavodundakı …