Bazar ertəsi , 2 Oktyabr 2023

Əlimərdan bəy Topçubaşovun Parisdəki məzarı ziyarət edilib

Azərbaycan Parlamentinin ilk sədri olan Əlimərdan bəy Topçubaşovun Parisdəki məzarı ziyarət edilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva tviterdəki hesabında yazıb.

“Müsəlman Şərqinin ilk parlament demokratiyası – Azərbaycan Demokratik Respublikasının banilərindən biri, Azərbaycan Parlamentinin ilk sədri olan Əlimərdan bəy Topçubaşovun Parisin Sen Klu qəbirstanlığındakı məzarını ziyarət etdik.

28 May Müstəqillik Günümüz mübarək olsun!”, – səfir qeyd edib.

Check Also

Prezident İlham Əliyev Beynəlxalq Astronavtika Federasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Kley Mourini qəbul edib. …