Bazar , 5 Aprel 2020
Home » Cəmiyyət » Əlmaniz Ələkbərli “İlin jurnalisti” seçilib

Əlmaniz Ələkbərli “İlin jurnalisti” seçilib

17 yanvar tarixində Azərbaycan Yazıçılar Birliyində Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü Əlmaniz Ələkbərlinin mükafatlandırılması mərasimi baş tutub. Boyukmillet.com xəbər verir ki, yazıçı, publisit, Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayev Əlmaniz Ələkbərliyə 2019-cu “İlin jurnalisti” mükafatını təqdim edib.

Ə.Ələkbərli bildirib ki, əməyinə yüksək dəyərin verilməsi və bu mükafata layiq görlməsi onun üçün çox qururverici və sevindirici olub. Həmçinin Azərbaycan-Ukrayna Beynəlxalq Alyansın idarə heyyətinin sədri Elmar Məmmədovun göstərdiyi etimadın onun üçün çox xoş olduğunu söyləyib və bu mükafatın Yazıçılar Birliyinin katibi, dünya şöhrətli yazıçı Çingiz Abdullayev tərəfindən verməsini onun üçün ikiqat sevinc olduğunu bildirib.

Təqdimatda həmçinin Azərbaycan-Ukrayna Beynəlxalq Alyansın sədri Elman Məmmədov da mukafat haqqında öz fikirlərini bölüşüb.

O bildrib ki, Azərbaycan-Ukrayna Beynəlxalq Alyansı Ukrayna regionları üzrə manitorinq və sorğu keçirərək, “İlin jurnalisti” mükafatının kimə layiq görülməsi üzrə sorğular həyata keçirilib. Alyansın ali orqanı olan Şura tərəfindən toplanan səslərə əsasən Əlmaniz Ələkbərli 2019-cu ilin jurnalisti elan edilib.

Mükafatlandırmanın əhəmiyyətindən danışan Elman Məmmədov söyləyib ki, Ukrayna Diaspor təşkilatlarının manitorinq mərkəzinin sədri olan Əlmaniz Ələkbərlinin yazdığı məqalələrin şəffaflığı, ədalətli və operativ olması, diasporyönlü fəaliyyəti onun bu müsabiqədə mükafata layiq görülməsini şərtləndirib.

Qeyd edək k, görüşdə Moldovanın sabiq ombudsmanı Aureli Qriqori də iştirak edib.

Müəllif: Leyla Qəniyeva

Check Also

Bu gündən bu şəxslər xidməti vəsiqə və ya iş yeri barədə arayışla evdən çıxa biləcək – SİYAHI

Koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması məqsədilə Azərbaycanda həyata keçirilən xüsusi karantin rejimi çərçivəsində xidməti vəsiqələri və …