Bazar ertəsi , 17 Fevral 2020
Home » Dünya » Ən bahalı saat 52 milyon manata satıldı

Ən bahalı saat 52 milyon manata satıldı

“Only Watch” xeyriyyə hərracında ən bahalı saat yenə də “Patek Philippe” modeli oldu. Polad korpuslu “The Grandmaster Chime Reference 6300A-010” modeli üçün rekord məbləğ – təxminən 31 mln. isveçrə frankı (52,9 mln. AZN) ödənilib.

İkinci yeri müstəqil saat ustası Fransua-Pol Jurn tutub. Onun saatları üçün 1,8 mln. frank (3 mln. AZN) verilib. Üçüncü yerdə “Audemars Piguet” markası olub. Onun “Code 11.59 by Audemars Piguet Tourbillon Openworked” modeli 1 mln. franka (1,7 mln. AZN) satılıb.

Ümumilikdə, tədbirdə 38,5 mln. frankdan artıq (65,7 mln. manat) toplamaq mümkün olub. Ötən dəfə məbləğ 10,7 mln. frank (18 mln. manat) olmaqla daha az idi. 

Check Also

BDU-nun yeni mətbuat katibi o oldu – Foto

Bakı Dövlət Universitetinə (BDU) yeni sözçü təyin olunub. Bununla bağlı BDU-nun rektoru Elçin Babayev müvafiq …