Şənbə , 25 Sentyabr 2021
Home » Dünya » ƏRDOĞAN RUHANİ İLƏ SÖHBƏTDƏ GENERAL HAQDA “ŞƏHİD” İFADƏSİ İŞLƏDİBMİ? – Səfirliyin məlumatı dünya mediasının gündəmi oldu

ƏRDOĞAN RUHANİ İLƏ SÖHBƏTDƏ GENERAL HAQDA “ŞƏHİD” İFADƏSİ İŞLƏDİBMİ? – Səfirliyin məlumatı dünya mediasının gündəmi oldu

Türkiyə prezidenti Ərdoğanın iranlı general Qasım Süleymaninin ABŞ tərəfindən Bağdadda öldürülməsindən sonra Ruhaniyə “başsağlığı zəngi”ndə “şəhid” ifadəsi işlədib-işlətməməsi dünya mediasında müzakirə olunur.

Mia.az xəbər verir ki, məsələ ilə bağlı Haberler.com Türkiyə Prezident Administrasiyasına istinadla “Ərdoğan Ruhani ilə telefon danışığında “şəhid” sözünü işlətməyib”, – məlumatını yayaraq, İran və bu ölkənin Ankaradakı səfirliyini, həmçinin, dünyanın bəzi media orqanlarının yaydığı xəbərləri təkzib edib.

Administrasiya yetkilisi adıçəkilən sayta bildirib ki, Ərdoğan general Süleymaninin öldürülməsindən sonra  İran və İraq prezidentlərinə zəng edib:

“Ərdoğan həm İran, həm də İraq prezidentləri ilə apardığı müzakirələrdə son vəziyyəti və ikitərəfli münasibətləri təhlil ediblər. Bundan əlavə, Ərdoğan Süleymaninin rəsmi şəxs statusu ilə əlaqədar Ruhaniyə başsağlığı verdi.  Ancaq əsla Süleymani haqqında “şəhid” ifadəsi işlədilmədi. Əksinə, Ərdoğan Ruhanidən diplomatik təmasları artırmaq və İranın bölgədə gərginliyi artıracaq addımlardan çəkinməsini istədi”.

Xatırladaq ki, Ərdoğanın Qasım Süleymani haqqında “şəhid” ifadəsini işlətməsini ilk olaraq İranın Türkiyədəki səfirliyi  “Twitter” hesabından bəyan etmişdi. Dünyanın əksər media orqanları da bu məlumata istinadla məlum xəbəri yayıblar.

İran Səfirliyinin həmin rəsmi tvitini də təqdim edirik:

img

Check Also

Зустріч з донькою Національного героя Азербайджану

У приміщенні Почесного консульства Азербайджанської Республіки в м. Харків відбулася чергова дружня зустріч Почесного консула …