Cümə axşamı , 21 Oktyabr 2021
Home » Xarici siyasət » Ərdoğan Rusiyaya səfər edəcək

Ərdoğan Rusiyaya səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər edəcək.

Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, hazırda səfərə hazırlıq işləri görülür.

Səfər zamanı R.T.Ərdoğan və V.Putin arasında görüş olacaq. 

“Prezidentlər ikitərəfli əlaqələrin hazırki durumunu, beynəlxalq gündəmin aktual məsələlərini, o cümlədən Suriyadakı vəziyyəti müzakirə edəcəklər”, – D.Peskov vurğulayıb. 

Check Also

Səfir: “Yaponiya Azərbaycanın logistika sahəsinə sərmayələri artıracaq”

“Yaponiyanın Azərbaycandakı logistika sahəsinə sərmayələrini artıracağı gözlənilir”. Bunu “Report”a verdiyi müsahibədə Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada bildirib. …