Cümə axşamı , 2 Aprel 2020
Home » Siyasət » Ərdoğan sabah Azərbaycana gələcək

Ərdoğan sabah Azərbaycana gələcək

Boyukmillet.com-un məlumatına görə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 25-də Azərbaycana gələcək.

Türkiyə prezidentinin İctimaiyyətlə əlaqələr şöbəsi xəbər verir ki, R.T.Ərdoğan Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 8-ci iclasında iştirak etmək üçün Bakıya səfər edəcək.

Belə ki, iki ölkə prezidentləri – İlham Əliyev və R.T.Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasda ikitərəfli əlaqələrin bütün cəhətləri, əməkdaşlığın daha da inkişafı müzakirə olunacaq, bununla yanaşı, region və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılacaq.

İclasda iki ölkə arasındakı əlaqələrə mühüm töhfə verəcək bəzi saziş və razılaşma sənədlərinin də imzalanacağı bildirilir.

Check Also

Kəlbəcərin işğalından 27 il keçir

Ermənistan silahlı qüvvələri 1993-cü il aprelin 2-də Azərbaycanın Kəlbəcər rayonunu işğal edib. Bu gün rayonun işğalından 27 il …