Bazar , 28 May 2023

“Ərdoğanla birlikdə işləyirik” – Tramp

“O, sərt oğlandır, amma bizim münasibətlərimiz yaxşıdır”

ABŞ prezidenti Donald Tramp bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriyanın İdlib bölgəsində yaranmış vəziyyətin normallaşdırılması üzərində işləyir.

“Prezident Ərdoğanla çox yaxşı danışığım oldu. O, sərt oğlandır, amma bizim münasibətlərimiz yaxşıdır. O, istəmir ki, orada minlərlə və yüz minlərlə insanı öldürsünlər”, – Tramp jurnalistlərə deyib.

“Biz İdlib haqqında danışdıq, birlikdə işləyirik və baxırıq ki, nə etmək olar”, – deyə ABŞ prezidenti əlavə edib.

ABŞ və Türkiyə prezidentləri arasında telefon danışığı bazar ertəsi olub. Dövlət başçıları Suriyada yaranmış vəziyyəti müzakirə ediblər.

Check Also

Niderland səfiri Azərbaycanı təbrik edib

Niderlandın Azərbaycandakı səfiri Pauline Eizema 28 May- Müstəqillik Günü münasibətilə Azərbaycan dövləti və xalqını təbrik …