Bazar ertəsi , 2 Oktyabr 2023

“Əziz Şuşa” beynəlxalq velosiped yarışında bu gün dördüncü mərhələ keçiriləcək

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışı davam edir.

Boyukmillet.com-un məlumatına görə, bu gün turnirin dördüncü mərhələsi keçiriləcək.

Yarışa bu dəfə Gəncədən start veriləcək. Velosipedçilər Gəncədə təyin olunmuş marşrut üzrə dövrə vurduqdan sonra Göygöl Milli Parkına qədər 102,9 km məsafə qət edəcəklər.

Qeyd edək ki, ilk üç mərhələdən sonra turnirə italiyalı Emanuele Ansolini liderlik edir. İyunun 11-dək davam edəcək “Əziz Şuşa” beynəlxalq yarışının nəticələrinə əsasən, velosipedçilər Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xalları qazana biləcəklər.

Check Also

“Sabah” basketbol klubu Serbiyada ardıcıl 3-cü qələbəsini qazanıb

“Sabah” basketbol klubu Serbiyada təşkil edilən təlim-məşq toplanışında son yoldaşlıq görüşünü keçirib. Boyukmillet.com xəbər verir …