Cümə axşamı , 12 Fevral 2026
Drone Cameras

155 Azərbaycan vətəndaşı Dağıstandan avtobuslarla Azərbaycana gətirilib

Bu gün daha 155 Azərbaycan vətəndaşı Rusiyadan ölkəyə gətirilib. 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Dağıstanda olan 155 nəfər avtobuslarla Azərbaycana təxliyə edilib. 

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qrafik üzrə bu gün 150 nəfərdən artıq Azərbaycan vətəndaşının ölkəyə keçməsinin təmin olunacacağını bildirmişdi. 

Check Also

Çörək bahalaşır: “Baton” və supermarket çörəklərinin qiyməti artıb

Bakıda və bölgələrdə bəzi çörək növlərinin qiymətində artım müşahidə olunur. Yerli medianın yazdığına görə, xüsusilə “baton” çörəklərinin …