Bazar ertəsi , 12 Aprel 2021
Home » Sağlamlıq » 2 595 yeni yoluxma faktı qeydə alınıb, 37 nəfər ölüb

2 595 yeni yoluxma faktı qeydə alınıb, 37 nəfər ölüb

Azərbaycanda koronavirus infeksiyasına 2 595 yeni yoluxma faktı qeydə alınıb, 1 073 nəfər müalicə olunaraq sağalıb.

Boyukmillet.com  xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Analiz nümunələri müsbət çıxan 37 nəfər vəfat edib.

Ölkədə son sutka ərzində 14 593, hazırkı dövrədək isə 2 963 012 test aparılıb.

Azərbaycanda indiyədək ümumilikdə 276 464 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 244 540 nəfər müalicə olunaraq sağalıb, 3 780 nəfər vəfat edib, aktiv xəstə sayı 28 144 nəfərdir.

Check Also

DİQQƏT! Bu şəxslər peyvənd oluna bilməz

Xroniki allergiyanın kəskinləşməsi zamanı insanlar koronavirusa qarşı peyvənd oluna bilməzlər. Boyukmillet.com  publika.az-a istinadən xəbər verir ki, bu …