Bazar , 25 Oktyabr 2020
Home » Gündəm » 26 nəfərin həlak olması ilə nəticələnən qəzadan sonra Ukraynada An-26 təyyarələrinin uçuşuna qadağa qoyuldu

26 nəfərin həlak olması ilə nəticələnən qəzadan sonra Ukraynada An-26 təyyarələrinin uçuşuna qadağa qoyuldu

Ukrayna Prezidenti Vladimir Zelenski An-26 təyyarəsinə analoji olan bütün təyyarələrin uçuşlarının dayandırılmasını tapşırıb.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, bu qərar Xarkov yaxınlığında An-26 təyyarəsinin qəzaya uğramasının səbəbinin aydınlaşdırılmasına qədər qüvvədə olacaq.

An-26 təyyarəsi sentyabrın 25-də Xarkov vilayətində hərbi hava limanından iki kilometr aralıda təlim uçuşları zamanı qəzaya uğrayıb. Qəzanın mümkün səbəbi mühərrikin nasazlığıdır.

Təyyarədə qəza zamanı hərbi təyyarəçilər və kursantlar olub. Göyərtədə olan 27 nəfərdən 20-si kursant və 7-si ekipaj üzvü olub. Son məlumatlara görə, onlardan 26-sı həlak olub.

Check Also

Karantin rejiminin tələblərini pozan mehmanxanalar aşkarlandı

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili …