Çərşənbə axşamı , 16 Avqust 2022
Home » Cəmiyyət » “3+3 formatı bölgənin iqtisadi maraqlarına xidmət edir” – Rufiz Qonaqov

“3+3 formatı bölgənin iqtisadi maraqlarına xidmət edir” – Rufiz Qonaqov

“Üç ölkənin dövlət başçıları arasında baş tutan görüşdə razılaşdırılıb ki, hökumətlər səviyyəsində – hər 3 ölkənin baş nazir müavinlərinin görüşləri keçirilsin. Bununla bağlı işçi qrupları, alt qruplar və ekspertlərdən ibarət xüsusi qruplar formalaşıb”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında Azərbaycan, Rusiya və Ermənistan rəsmilərinin Moskva görüşünü şərh edən Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov səsləndirdi. 


“Görüşün əsas məqsədi nəqliyyat, infrastruktur, eyni zamanda gömrük, sanitariya və bu kimi digər məsələlərin həlli ilə bağlı idi. Qərara alınıb ki, fevral ayının 2-nə qədər qrupların formalaşması prosesi yekunlaşsın”. 

“Bilirik ki, noyabrın 9-da (10 noyabr) üçtərəfli bəyanatdan sonra Azərbaycan ərazi bütövlüyünü təmin edib. Ermənistan kapitulyasiyaya imza atdı. Rusiya sülhməramlı missiyasında yer alıb. Prosesə Türkiyə də qoşuldu. Füzulidə hava limanı inşa olunur, həmin rayondan Şuşaya yol çəkilir”.

Cənab Prezident də qeyd edib ki, Azərbaycanın hər bir ərazisi ölkəmiz üçün açıqdır. 
Burada Zəngilanla Naxçıvan arasındakı dəhlizi, həmin dəhliz boyu dəmir yolu xəttinin çəkilməsini də qeyd etməliyik. 

Bütövlükdə “3+3” formatının reallaşdırılması istiqamətində ilk növbədə nəqliyyatın bərpa olunması vacibdir. Görüşdə bu məsələ də müzakirə olunaraq razılaşdırılıb.” 

Rufiz Qonaqov Qarabağda hazırda görülən işlər və bu istiqamətdə aparılan müzakirələri münaqişədən sonrakı raund kimi dəyərləndirdi. 

“Düşünürəm ki, bu, regionda barış və sülhə, eyni zamanda 3+3 formatında bölgə ölkələrinin də iqtisadi maraqlarına xidmət edən vacib məsələlərdən biridir”,- deyə fəlsəfə doktoru fikrini tamamladı.

Check Also

Qaradağda Sabir Rüstəmxanlıyla görüş keçirildi – VİDEO+FOTO

Bu gün Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı ilə görüş keçirilib.Boyukmillet.com xəbər verir ki, …