Bazar ertəsi , 5 İyun 2023

Abdullah Avcı Azərbaycan millisi ilə bağlı qərar verdi

Türkiyəli məşqçi Abdullah Avcı futbol üzrə Azərbaycan millisində işləmək niyyətində deyil.

Boyukmillet.com “TRT Spor”a istinadən xəbər verir ki, AFFA 57 yaşlı mütəxəssisə təklif göndərsə də, tərəflər arasında görüş baş tutmayıb. Bildirilib ki, türkiyəli məşqçinin planlarına milli komandada işləmək daxil deyil.

Onun Azərbaycan millisindən rəsmi təklif gələcəyi təqdirdə imtina edəcəyi də vurğulanıb.

Qeyd edək ki, Abdullah Avcı son olaraq ölkəsinin “Beşiktaş” komandasına rəhbərlik edib.

Check Also

Azərbaycan cüdoçusu Düşənbə Qran Prisində bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Tacikistanda keçirilən Qran Pri turnirində bürünc medal qazanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə …