Bazar ertəsi , 25 Yanvar 2021
Home » Dağlıq Qarabağ münaqişəsi » Abramyan: Elə bir gün yoxdur ki, Əliyev Paşinyanı…

Abramyan: Elə bir gün yoxdur ki, Əliyev Paşinyanı…

Əliyev hər gün Paşinyanı aşağılayır.

Boyukmillet.com xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Qarabağdakı separatçı-terrorçuların liderinin keçmiş müşaviri Tiqran Abramyan paylaşıb.

“Nikol, sən öz müsahibəndə deyirsən ki, danışıqlar prosesi ATƏT-in Minsk Qrupu çərçivəsində davam etdirilməlidir, buna qədər isə daha 6 ay qalmaq istədiyini bəyan edirsən. İndi sən özünü Əliyevlə bir masa arxasında əyləşib, nəsə ətrafında danışıqlar aparan kimi təsəvvür edirsən. Başa düşürsən ki, səni heç kim ciddiyə almır və sən artıq nə ölkədə, nə də onun xaricində faktor deyilsən?

Elə bir gün yoxdur ki, Əliyev səni aşağılamasın. Sənin deyəcək heç nəyin yoxdur. Əgər uduzmusansa, bizi bu situasiyaya gətirib çıxarmısansa, nə deyə bilərsən. Özünün son addımını at və get”, – deyə o bildirib. 

Check Also

Füzulidə minaya düşən mülki şəxs vəfat edib

Xəbər verildiyi kimi, 1 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikasının vətəndaşı Babayev Zabil Qabil oğlu …