Çərşənbə , 26 Yanvar 2022
Home » Xarici siyasət » ABŞ Azərbaycan və Ermənistanı aktiv dialoqa çağırıb

ABŞ Azərbaycan və Ermənistanı aktiv dialoqa çağırıb

ABŞ-ın dövlət katibi Entoni Blinken ATƏT-in İsveçin paytaxtı Stokholmdakı iclasında Vaşinqtonun Bakı və İrəvan arasında birbaşa dialoqun bərpa olunmasını alqışladığını bildirib.

Boyukmillet.com xəbər verir ki, Entoni Blinken tərəfləri humanitar məsələlər üzrə aktiv dialoqa çağırıb.

“Tərəfləri minaların zərərsizləşdirilməsi, itkin düşənlər, beynəlxalq hüququn pozulması məsələləri də daxil olmaqla humanitar dialoqda irəliləyişə nail olmağa çağırış edirik. Bakı və İrəvanı delimitasiya və demarkasiya, iqtisadi və kommunikasiya xətlərinin bərpasına, həmçinin ATƏT-in Minsk Qrupu ilə təmasları davam etdirməyə çağırırıq”, – o deyib.

Check Also

Leninqradı müdafiə edən azərbaycanlıların xatirəsi Sankt-Peterburqda əbədiləşdirilə bilər

Sankt-Peterburq qubernatoru Aleksandra Beqlov Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbül oğlu və Azərbaycan Prezidentinin …