Şənbə , 28 May 2022
Home » Digər ölkələr » ABŞ Belarusa xəbərdarlıq edib

ABŞ Belarusa xəbərdarlıq edib

“Belarus ərazisindən Ukraynaya hücum üçün istifadə edilərsə, ABŞ və onun müttəfiqləri Minskə qarşı tədbir görəcəklər”.

Boyukmillet.com xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays növbəti brifinqdə deyib.

Onun sözlərinə görə, Rusiya qoşunları Belarus ərazisində daimi yerləşərsə, NATO Belarusla həmsərhəd ölkələrdə öz qüvvələrinin düzülüşünə yenidən baxmalı ola bilər:

“Biz həmçinin Belarusa açıq şəkildə bildirdik ki, ərazisinin Ukraynaya hücumu üçün istifadə edilməsinə icazə verərsə, ABŞ, onun müttəfiqləri və tərəfdaşları tərəfindən sürətli və qətiyyətli cavabla üzləşəcək”, o deyib.

Check Also

İraqda terrorçular dinc sakinləri hədəfə alıb, ölən və yaralananlar var

PKK/YPG terror qruplaşmasının silahlıları İraqın şimalında yerləşən Duhok şəhərində bir kəndə raket hücumu həyata keçirib. …