Şənbə , 21 İyun 2025
Drone Cameras

ABŞ-da avtobusların toqquşması nəticəsində 81 nəfər xəsarət alıb

ABŞ-ın Nyu-York şəhərində iki avtobus toqquşub.

Boyukmillet.com xəbər verir ki, qəza nəticəsində azı 81 nəfər xəsarət alıb.

Qeyd edilir ki, Manhetten istiqamətində ikimərtəbəli turist avtobusu işıqforun qırmızı işığında keçərək şəhər avtobusuna çırpılıb.

Nyu Yorkun Yanğından Mühafizə İdarəsinin məlumatına görə, hadisə nəticəsində azı 81 nəfər xəsarət alıb. Onlardan 18 nəfəri xəstəxanaya yerləşdirilib, 63 nəfərə isə yerində tibbi yardım göstərilib.

Zərərçəkənlərin heç biri həyati təhlükəsi yoxdur.

Check Also

Tramp İranda yerüstü əməliyyatın mümkünlüyü barədə danışmaq istəməyib

ABŞ prezidenti Donald Tramp ölkənin quru qoşunlarının İranda istifadəsi imkanlarını belə müzakirə etmək istəmədiyini bildirib. …