Şənbə , 25 Sentyabr 2021
Home » Digər ölkələr » ABŞ-da güclü qasırğa binaları dağıdıb, bir neçə nəfər xəsarət alıb

ABŞ-da güclü qasırğa binaları dağıdıb, bir neçə nəfər xəsarət alıb

Güclü qasırğa ABŞ-ın Pensilvaniya ştatında bir neçə binanı dağıdıb, beş nəfər xəsarət alıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə yerli “Bucks County Courier Times” qəzeti yazıb.

Bildirilir ki, təbii hadisə Filadelfiyanın şimal-şərqindəki Bensalem şəhərində avtomobillərə xidmət servisinin və “Faulkner Auto Group” şirkətinin avtosalonunun binasının dağılmasına gətirib çıxarıb.

“Bu dağıdıcı qasırğa idi. Kinoda olduğu kimi idi. Sanki bomba partladı”, – yerli İctimai Təhlükəsizlik xidmətinin rəhbəri Fred Xarran deyib.

Qasırğa səbəbindən Baks dairəsində dairəsində azı yeddi min sakin işıqsız qalıb.

Check Also

Macarıstanın xarici işlər naziri: “Dunyada yeni soyuq müharibə təhlükəsi var”

Beynəlxalq münasibətlərin hazırkı vəziyyəti dünyanı yeni “soyuq müharibə” vəziyyətinə qaytara bilər. Boyukmillet.com xəbər verir ki, …