Çərşənbə axşamı , 16 Avqust 2022
Home » Digər ölkələr » ABŞ-da prezidenti tənqid edən senator Baydenin çıxışı zamanı mürgülədi

ABŞ-da prezidenti tənqid edən senator Baydenin çıxışı zamanı mürgülədi

ABŞ-ın respublikaçı senatoru Ted Kruz prezident Co Baydenin Konqresdəki çıxışı zamanı mürgüləyib.

Boyukmillet.com  xəbər verir ki, bununla bağlı görüntü Konqresdən translyasiyası zamanı yayılıb.

Belə ki, yayım zamanı Kruzun prezidentin çıxışı zamanı az qala yatması əks olunub. Senator tez-tez gözlərini yumması, mürgüləməsi ilə diqqəti cəlb edib.

Qeyd edək ki, Kruz xüsusi halda demokratları və Co Baydeni kəskin tənqid etməsi ilə fərqlənir.

Check Also

Çin və Tailand Hərbi Hava Qüvvələrinin birgə təlimləri başlayıb

Tailand Kral Hərbi Hava Qüvvələrinin Udorn bazasında Tailand və Çin Hərbi Hava Qüvvələrinin “Şahin zərbəsi …