Cümə , 2 Dekabr 2022
Home » ABŞ-da Vətən müharibəsi şəhidlərinin xatirəsi yad olunub

ABŞ-da Vətən müharibəsi şəhidlərinin xatirəsi yad olunub

Azərbaycanın ABŞ-dakı səfirliyinin təşkilatçılığı ilə Vaşinqtonda 27 sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib, Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib.

Boyukmillet.com xəbər verir ki, ABŞ-Azərbaycan Ticarət Palatasında baş tutan tədbirdə Birləşmiş Ştatlarda yaşayan Azərbaycan icmasının fəalları, azərbaycanlı tələbələr, səfirliyinin əməkdaşları, yerli və beynəlxaq ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın ABŞ-da fövqəladə və səlahiyyətli səfiri Xəzər ibrahim Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və Azərbaycan Ordusu rəşadəti sayəsində ölkəmizin tarixi qələbəsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsi haqqında qonaqlara məlumat verib. Səfir bildirib ki, tarixin bütün dövrlərində çətin sınaqlardan keçən Azərbaycan xalqı müstəqilliyinə canı, qanı hesabına sahib çıxıb. Ermənistanın uzun illərdən bəri ölkəmizə qarşı apardığı işğal siyasətinə qarşı böyük qətiyyət və əzmkarlıq nümayiş etdirən qəhrəman gənclərin Vətəni qorumaq üçün hər cür fədakarlığa hazır olduqlarını dönə-dönə sübut etmələri onun göstəricisi idi.

Səfir ABŞ-da yaşayan Azərbaycan icmasının birlik və bərabərlik nümayiş etdirərək ölkəmizin ən çətin günlərdində ən böyük dəstəkçiləri olduğunu xüsusi vurğulayıb. Bildirib ki, informasiya müharibəsində ABŞ-Azərbaycan icmasının aktivləri sözün əsl mənasında savaşıblar və qalib gəliblər. X.İbrahim Azərbaycanın bütövlüyü uğrundan canlarını qurban verən Vətən oğullarının əziz xatirəsinin ölkəmizin hüdudlarından kənarda belə hər azərbaycanlının qəlbində yaşayacağını bildirib.

Tədbirdə iştirak edən ABŞ-da yaşayan Azərbaycan icmasının fəalları çıxışlarında Vətən müharibəsi ilə tarix yazan Azərbaycanın artıq bütün dünyada qalib xalq kimi tanındığını deyiblər. Onlar Ermənistanın yalanlarına qarşı ABŞ-da mübarizə apardıqlarını dilə gətiriblər.

Tədbirdə Vətən müharibəsindən bəhs edən sənədli film nümayiş etdirilib.

Check Also

Azərbaycan lideri: “Qarabağ erməniləri bizim vətəndaşlarımızdır, biz onlarla nə vaxt danışacağımızı özümüz bilərik”

“Qarabağ erməniləri bizim vətəndaşlarımızdır, biz onlarla nə vaxt danışacağımızı özümüz bilərik”. Boyukmillet.com xəbər verir ki, …

Qanunsuz tikinti işləri aparan şirkətin vəzifəli şəxslərinə cinayət işi açılıb

Quba və Lerikdə qanunsuz tikinti işləri aparan şirkətin vəzifəli şəxslərinə cinayət işi açılıb. Bu barədə …

ABŞ Rusiyaya bağlı “Vaqner” dəstəsini terror təşkilatı elan etmək niyyətindədir

ABŞ senatorları Dövlət Departamentindən “Vaqner” özəl hərbi şirkətini (ÖHŞ) xarici terror təşkilatı kimi tanımasını tələb …