Çərşənbə axşamı , 29 Aprel 2025
Drone Cameras

ABŞ hədələdi: Səni Süleymaninin taleyi gözləyir

Əgər İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds briqadasının yeni komandanı İsmayıl Kaani amerikalıları öldürsə, onu sələfi general Qasım Süleymaninin taleyi gözləyir.

Bunu ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk deyib.

“Əgər Kaani amerikalıları öldürməyə davam etsə, onu eyni tale gözləyir. Prezident Tramp bir neçə il əvvəl izah edib ki, amerikalılar və ya ABŞ-ın maraqlarına istənilən hücuma qəti cavab veriləcək. Prezident bunu nümayiş etdirib. ABŞ İran xalqını dəstəkləməyə davam edəcək. İran xalqı ölkədəki mövcud rejimdən əziyyət çəkir”, – deyə o bildirib.//Axar.az

Check Also

Pezeşkianın Bakı səfərinə az qaldı: Dünya aydınlıq və reallıq tələb edir

“İran da öz siyasətini, qonşularla münasibəti, Ermənistanla əlaqələri redaktə etməlidir” Pezeşkianın Azərbaycana gəlişindən sonra bir …