Şənbə , 18 Yanvar 2020
Home » Dünya » ABŞ İrana qarşı xüsusi əməliyyata başlayır

ABŞ İrana qarşı xüsusi əməliyyata başlayır

ABŞ Yaxın Şərqdə dəniz yollarının təhlükəsizliyin təmini üçün “Gözətçi” adlanacaq hərbi əməliyyat hazırlayır.

boyukmillet.com xəbər verir ki, bu məlumatı ABŞ Mərkəzi Komandalığı (CENTCOM) yayıb.

CENTCOM bu əməliyyatı Fars körfəzində bir müddət öncə baş verən hadisələr fonunda başlatdığını vurğulayıb. Əməliyyatın əsas hədəfinin Ərəb körfəzi, Hörmüz boğazı, Bab əl Məndəb boğazı, Oman körfəzi boyunca bütün beynəlxalq sularda təhlükəsizliyin təmini və gərginliyin azaldılması olduğu bildirilib. CENTCOM bütün fəaliyyətlərini ABŞ-ın müttəfiqləri ilə koordinasiya edəcəyini bəyan edib.

Check Also

Yunis Səfərov sabiq başçını niyə güllələdiyini hamının bilməsini istəyir

Sabunçu Rayon Məhkəməsində sabiq icra başçısını güllələməkdə ittiham olunan Yunis Səfərovun və digərlərinin məhkəməsi başlayıb; …