Bazar ertəsi , 14 Oktyabr 2019
Home » Dünya » ABŞ ordusu Suriyanın şimalını boşaldır – Türkiyə hər an əməliyyata başlaya bilər

ABŞ ordusu Suriyanın şimalını boşaldır – Türkiyə hər an əməliyyata başlaya bilər

Ağ Evin Türkiyənin Fəratın şərqində yaxın vaxtlarda əməliyyata başlaması və buna mane olmayacağı ilə bağlı bəyanatına YPP terror təşkilatının bünövrəsini təşkil etdiyi Suriya Demokratik Qüvvələrindən (SDQ) cavab gəlib.

Boyukmillet.com xəbər verir ki, “Reuters”in məlumatına görə, SDQ ABŞ qüvvələrinin “özlərinə verdiyi sözləri yerinə yetirmədən Türkiyə sərhədindəki bölgədən çıxdığını” açıqlayıb. Türkiyənin şimal və şərqi Suriyada işğala hazırlandığını deyən SDQ ABŞ-ın regionu tərk etməsinin İŞİD-ə qarşı mübarizədə mənfi rol oynayacağını bildirib. PKK terror təşkilatının Suriyadakı qolu oynayan SDQ Türkiyənin keçirəcəyi əməliyyata qarşı özlərini müdafiə etməkdə tərəddüd etməyəcəklərini bildirib.

“Reuters”ə müsahibə verən amerikalı rəsmi SDQ-ni heç bir halda Türkiyənin hücumlarından qorumayacağını bu səhər SDQ-yə çatdırdığını bildirib. Amerikalı rəsmi ABŞ qüvvələrinin Türkiyə sərhədi boyunca Suriyanın şimal-şərqində yerləşən Tel Abyad və Rəsülaynda yerləşən iki nəzarət nöqtəsini boşaltdığını deyib. Mənbənin bildirdiyinə görə, Suriyanın şimal-şərqindəki digər ABŞ qüvvələri hələlik mövqelərini qoruyurlar.

“Reuters”ə müsahibə verən yüksəkvəzifəli türk rəsmi regiondakı dəyişikliklərə uyğun əməliyyatın hər an başlaya biləcəyini qeyd edib:

“Ancaq hər hansı qəzanın baş verməməsi üçün Türkiyənin ABŞ hərbçilərinin əməliyyat ərazisindən çıxmasını gözləməsi ehtimal olunur. Bu müddət bir həftə çəkə bilər”.

Check Also

Azərbaycan millisi I Dünya Çimərlik Oyunlarında 2 medal qazanıb

Azərbaycan milli komandası Qətərdə keçirilən I Dünya Çimərlik Oyunlarında 2 medal qazanıb. Boyukmillet.com xəbər verir …