Cümə , 24 Sentyabr 2021
Home » Dünya » ABŞ vətəndaşlarına müraciət etdi: Dərhal İraqı tərk edin!

ABŞ vətəndaşlarına müraciət etdi: Dərhal İraqı tərk edin!

ABŞ Dövlət Departamenti öz vətəndaşlarını artan gərginliklə əlaqədar İraqı dərhal tərk etməyə çağırıb.

Bu müraciət Dövlət Departamentinin Tvitter səhifəsində yer alıb.

Müraciətdə qeyd olunub ki, ABŞ vətəndaşları İraqı təyyarə ilə tərk etməli, bu mümkün deyilsə, quru yolla digər ölkələrə keçməlidir.

Qeyd edək ki, bu çağırış İraqda İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymaninin öldürülməsindən sonra edilib.

Xatırladaq ki, yanvarın 3-də Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani öldürülüb. Pentaqon generalın öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb.

Qeyd edilir ki, əməliyyatın məqsədi gələcəkdə İran tərəfindən hücumların qarşısını almaq olub. 

Check Also

Türkiyə və Finlandiyanın XİN rəhbərləri Əfqanıstanı müzakirə ediblər

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu BMT Baş Assambleyasının 76-cı sessiyasında çərçivəsində Finlandiyanın xarici işlər …