Şənbə , 24 Yanvar 2026
Drone Cameras

ABŞ xüsusi təyinatlıları Çindən İrana yük daşıyan gəmidə əməliyyat keçirib

Noyabr ayında ABŞ xüsusi təyinatlı qüvvələri Çindən İrana gedən gəmiyə daxil olaraq onun yükünü müsadirə edib.

Boyukmillet.com xəbər verir ki, məlumatı The Wall Street Journal (WSJ) yayıb. Qəzetin mənbələrinə görə, ABŞ xüsusi təyinatlı qüvvələri gəmiyə Şri-Lanka sahillərində olarkən minib. Göyərtədə ikili təyinatlı mallar olub. ABŞ kəşfiyyatının məlumatına görə, yük Tehranın raket proqramı üçün komponentlərin alınmasında ixtisaslaşmış İran şirkətləri üçün nəzərdə tutulubmuş.

The Wall Street Journal əlavə edib ki, mallar müsadirə edildikdən sonra gəmi yoluna davam edib.

Check Also

İran raket proqramını heç kimlə müzakirə etməyəcək – Rəsmi

İran raket proqramı da daxil olmaqla, ənənəvi silahları ilə bağlı danışıqlar aparmaq niyyətində deyil. Boyukmillet.com …