Cümə , 19 İyul 2024
Drone Cameras

Abşeron Mərkəzi Xəstəxanası “Heydər Əliyev ili” çərçivəsində tədbir keçirib-Fotolar

Abşeron rayonunda “Heydər Əliyev ili” çərçivəsində Abşeron Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə “Heydər Əliyev və səhiyyə” mövzusunda tədbir keçirilib. Xırdalan şəhərində Ulu Öndərin adını daşıyan Mərkəzdə baş tutan tədbirdə : şəhid ailələri, Vətən Müharibəsi iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.

Tədbirdə xalqımızın Ümummilli Lideri, Müstəqil Azərbaycanın memarı, dahi şəxsiyyət Heydər Əliyevin səhiyyənin inkişafı ilə bağlı ölkədə həyata keçirilən irimiqyaslı işlər barəsində məlumat verilib. Tədbiri giriş sözü ilə Abşeron Rayon Mərkəzi Xəstəxanasına direktoru Azər İsmayılov açıb və Heydər Əliyevin səhiyəyə verdiyi töhfələrdən geniş bəhs edib. Sonra rayonun icra başçısı Abdin Fərzəliyev çıxış edərək, tədbirin mahiyyətinə uyğun faktları sadalayıb.

Sonra çıxış edən natiqlər də ölkəmizdə səhiyyəyə ayrılan diqqərdən və bu irsin Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyadan qaynaqlandığına diqqət yönəldiblər. Tədbir zamanı rəsmlərdən ibarət sərgi və qabaqçıl səhiyyə əməkdaşlarının təltif edilməsi baş tutub.

Check Also

Şəhid qardaşı: O, könüllü getdiyi müharibədən 31 il sonra qayıtdı

Qardaşım Ağdam, Beyləqan, Füzuli və başqa ərazilərdə illərlə axtarsaq da, tapa bilmirdik. Boyukmillet.com xəbər verir …