Çərşənbə axşamı , 23 İyul 2024
Drone Cameras

Abşeronda arvadını və körpəsini öldürərək intihara cəhd edən şəxslə bağlı qərar çıxarılıb

Abşeron rayonunda həyat yoldaşı və 8 aylıq körpəsini öldürdükdən sonra intihara cəhd etməkdə şübhəli bilinən Fərid Hüseynlinin barəsində istintaq orqanı tərəfindən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Bu barədə  hüquq-mühafizə orqanlarından məlumat verilib.

Qeyd edilib ki, hazırda F.Hüseynlinin Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müalicəsi davam etdirilir.

Qeyd edək ki, hadisə iyunun 20-si saat 19 radələrində Abşeron rayonunun Qobu qəsəbəsində qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Hüseynli Fərid Firdövsü oğlu 2003-cü il təvəllüdlü Hüseynli Leyla Əlişan qızına və 8 aylıq körpəsinə kəsici-deşici alətlə xəsarət yetirərək öldürüb. Daha sonra o, özünə xəsarət yetirib və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Xatırladaq ki, L.Hüseynli Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin III kurs tələbəsi olub.

Check Also

Xırdalanda sürət qatarı azyaşlını vurub

22 iyul tarixində saat 19:50 radələrində ADY-yə məxsus sürətli sərnişin qatarı Xırdalan stansiyasında hərəkətdə olarkən …