Cümə , 13 Fevral 2026
Drone Cameras

Abşeronda məcburi köçkünlərin məskunlaşdığı tikilidə yanğın olub, xəsarət alanlar var

Abşeron rayonunda ümumi sahəsi 200 m² olan məcburi köçkünlərin məskunlaşdığı birmərtəbəli tikilidə sahəsi 35 m² olan iki otağın yanar konstruksiyaları və ev əşyaları yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Check Also

DTX-nin videosundakı şok detal: Qutulardan “bin Laden” pulları çıxdı

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı son görüntülər ölkə gündəmini silkələdi. Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz …