Bazar ertəsi , 2 Oktyabr 2023

Abşeronda sexdə partlayış olub, xəsarət alanlar var

Abşeronda sexdə partlayış qeydə alınıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə rayonun Novxanı yolu, “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında yerləşən dəmir beton konstruksiya emalı sexində baş verib.

Belə ki, sexdə yanğınla nəticələn partlayış olub.

Əraziyə FHN-in əməkdaşları cəlb edilib və yanğın söndürülüb.

Hadisə nəticəsində xəsarət alanlar da var.

Check Also

Bakıda arvadını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bakıda arvadını qətlə yetirməkdə təqsirləndirilən Aydın Məmmədova hökm oxunub və o, 12 il müddətinə azadlıqdan …