Çərşənbə axşamı , 15 İyul 2025
Drone Cameras

“Abzas Media” işi üzrə həbs olunan şəxslərə ağır cəza verildi

“Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, direktor müavini Məhəmməd Kekalov, jurnalistlər – Hafiz Babalı, Nərgiz Absalamova, Elnarə Qasımova və iqtisadçı Fərid Mehralızadənin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. 

Boyukmillet.com bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, Ülvi Həsənli 9, Sevinc Vaqifqızı (Abbasova) 9, Məhəmməd Kekalov 7 il 6 ay Nərgiz Absalamova 8, Hafiz Babalı 9, Elnarə Qasımova 8, Fərid Mehralızadə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2023-cü il noyabrın 21-də “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı (Abbasova), noyabrın 23-də direktor müavini Məhəmməd Kekalov, dekabrın 1-də saytın əməkdaşı Nərgiz Absalamova, dekabrın 13-də jurnalist Hafiz Babalı, daha sonra saytın əməkdaşı Elnarə Qasımova barəsində qrup halında qaçaqmalçılıq ittihamı ilə həbs qətimkan tədbiri seçilib.

Onlar barəsində ilkin olaraq Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb.

İstintaq dövründə Cinayət Məcəlləsinin bir sıra, o cümlədən 193-1.3.2-ci maddəsi (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) üzrə yekun ittiham verilib.

Check Also

Mətbuat Şurası Rusiya Jurnalistlər İttifaqının açıq məktubuna cavab verib

İyulun 10-da Rusiya Jurnalistlər İttifaqı “Sputnik Azərbaycan” agentliyinin əməkdaşlarının həbsi ilə bağlı beynəlxalq təşkilatlara, jurnalist …