Bazar ertəsi , 3 Oktyabr 2022
Home » İqtisadiyyat » ADB Azərbaycanın iqtisadi artımı ilə bağlı proqnozunu yaxşılaşdırıb

ADB Azərbaycanın iqtisadi artımı ilə bağlı proqnozunu yaxşılaşdırıb

Asiya inkişaf Bankı (ADB) bu il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) ötən illə müqayisədə 4,2% çox olacağını proqnozlaşdırır.

Boyukmillet.com xəbər verir ki, bu bardə Bankın “Asian Development Outlook” hesabatının yenilənmiş sentyabr sayında bildirilir.

Sənədə əsasən, bu göstərici ADB-nin aprel proqnozu ilə müqayisədə 0,5 faiz bəndi çoxdur.

Bank gələn il Azərbaycanda iqtisadi artımla bağlı proqnozunu isə dəyişməyərək 2,8% saxlayıb.

ADB ümumilikdə Qafqaz və Mərkəzi Asiya regionu iqtisadiyyatının bu il 3,9% (0,3% bəndi çox), gələn il isə 4,2% (0,2 faiz bəndi çox) artacağını gözləyir. 

“Bu il və gələn il Qafqaz və Mərkəzi Asiya regionunda daha sürətli artım gözlənilir. 2022-ci ildə gözlənilən 3,9% artm Rusiyanın Ukraynaya təcavüzünün müəyyən iqtisadi faydalarının təsirləridir. Məslən, sanksiya tətbiq olunan Rusiyadan Ermənistan və Gürcüstana pul köçürmələri Rusiya bizneslərinin mərkəzini bu ölkələrə köçürməsi ilə kəskin şəkildə artıb. Bundan başqa, Azərbaycanın karbohidrogen ixracı, müharibənin yaratdığı sıx tədarük səbəbindən artır”- hesabatda qeyd edilib.

Check Also

Ölkə rəhbərliyinə ƏDV ilə bağlı təklif – LİMİT QALDIRILSIN

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı ekspert Vüqar Oruc Əlavə dəyər vergisi (ƏDV) üçün tətbiq …