Cümə axşamı , 7 İyul 2022
Home » Maliyyə » ADIF Türkiyənin əmanətlərin sığortalanması təcrübəsi ilə tanış olub

ADIF Türkiyənin əmanətlərin sığortalanması təcrübəsi ilə tanış olub

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Maliyyə, Arxiv, Risk, Beynəlxalq və ictimaiyyətlə əlaqələr sahələrində çalışan əməkdaşları üçün Türkiyənin Tasarruf Mevduatı Sigorta Fondunun (TMSF) təcrübəli kadrları və təlimçiləri İstanbul şəhərində təlimlər təşkil edib.

Boyukmillet.com xəbər verir ki, təlimlər iki qurum arasında imzalanmış qarşılıqlı əməkdaşlıq haqqında Anlaşma Memorandumu çərçivəsində təşkil olunub.

9-12 may tarixlərdə baş tutmuş 4 günlük təlim proqramının ilk günündə ADIF-in əməkdaşları üçün əmanətlərin risk-əsaslı sığortalanma mexanizmi, TMSF-də risklərin idarə edilməsi və TMSF-nin təşkilati strukturu kimi mövzuları əhatə edən təlimlər keçirilib.

Ardınca, təlim proqramının ikinci günündə ADISF-in Maliyyə departamentinin əməkdaşları TMSF-nin maliyyə strukturu, uçot siyasəti və sığorta ehtiyatlarının idarəedilməsi, bankların təhlili təcrübəsi ilə tanış olmuşlar və bu istiqamətdə biliklərini genişləndirib.

Təlimlərin üçüncü günündə iştirakçılar arxivin idarə edilməsi, eləcə də TMSF-nin korporativ hesabatlılıq sistemi layihəsinin hazırlanması barəsində məlumatlandırılıb.

Check Also

Abşeronun 2 qəsəbəsinin su-kanalizasiya sistemlərinin yenidən qurulmasına 9 milyon manat xərclənəcək

“Azərsu” ASC Abşeron rayonunun Novxanı və Saray qəsəbələrinin bir hissəsinin su təchizatı və kanalizasiya sisteminin …