Şənbə , 3 İyun 2023

Ağ Ev: “ABŞ hazırda Ukraynada atəşkəsi qəbuledilməz hesab edir”

Ağ Evin sözçüsü Con Kirbi bildirib ki, ABŞ hazırda Ukraynada atəşkəsi qəbuledilməz hesab edir.

Boyukmillet.com xəbər verir ki, o, bu barədə “Fox News”a danışıb.

“Bu görüş (Çin Xalq Respublikasının sədri Si Cinpinlə Rusiya Prezidenti Vladimir Putinin görüşü – Red) hər hansı atəşkəs çağırışına səbəb olarsa, bu, qəbuledilməz olacaq. Çünki bu, yalnız bu günə qədər Rusiyanın qazanclarını ratifikasiya edəcək, Putinə yeni adamlar hazırlamaq və özünə uyğun gələn yeni hücumu planlaşdırmaq üçün vaxt verəcək”- deyə, o bildirib.

O əlavə edib ki, ABŞ Prezidenti Cozef Baydenin Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşü vaxtında baş tutacaq.

Check Also

Zelenski bu ölkələrə açıq savaş elan etdi: Ermənistan da var

Rusiyaya sanksiyalardan yayınmağa yardı edənlərə qarşı açıq mübarizəyə başlayacağam. Boyukmillet.com xəbər verir ki, bu sözləri Ukrayna …