Bazar ertəsi , 12 Aprel 2021
Home » Qarabağ » Qarabağ » Ağdam Cümə məscidində Allahşükür Paşazadənin imamətliyi ilə namaz qılınıb

Ağdam Cümə məscidində Allahşükür Paşazadənin imamətliyi ilə namaz qılınıb

Azərbaycandakı dini konfessiyaların rəhbərləri və din xadimləri işğaldan azad edilən Ağdam şəhərinə səfər çərçivəsində şəhərdəki Cümə məscidini ziyarət ediblər.

“Report”un Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, məsciddə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə namaz qılınıb və ibadətlər edilib.

Daha sonra Vətən uğrunda canından keçən şəhidlərin ruhuna dualar oxunub və Quran tilavət olunub.

Qeyd edək ki, səfərdə QMİ sədri şeyxülislam Allahşükür Paşazadə, idarənin Qazılar Şurasının üzvləri, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Azərbaycandakı Roma Katolik İcmasının rəhbəri Vladimir Fekete, Alban-udi xristian icmasının rəhbəri Robert Mobili, dini konfessiya rəhbərlərinin nümayəndələri və digər din xadimləri iştirak edir.

Səfər davam edir.

Check Also

Gürcüstan parlamentində Dağlıq Qarabağla bağlı müzakirələr olacaq

Gürcüstan parlamentində Dağlıq Qarabağla bağlı müzakirə aparılacaq. APA-nın yerli bürosu xəbər verir ki, məsələ parlamentin …