Cümə , 12 Avqust 2022
Home » Mədəniyyət » Ağdamda qədim tarixə malik mədəni irs nümunələri aşkar edilib

Ağdamda qədim tarixə malik mədəni irs nümunələri aşkar edilib

Ağdamda qədim tarixə malik mədəni irs nümunələri aşkar edilib.

Boyukmillet.com xəbər verir ki, işğaldan azad olunan ərazilərdə Dövlət Xidməti tərəfindən müvafiq qaydada monitorinqlər və mühafizə tədbirləri həyata keçirilir: “Nazirlər Kabinetinin 132 nömrəli qərarına uyğun şəkildə Ağdam rayonu üzrə dövlət qeydiyyatına götürülən tarix və mədəniyyət abidələrindən olan rayonun Mireşelli kəndində yerləşən Şomullutəpə və Paşabəyli kəndində yerləşən Rəsultəpə yaşayış yerindən yağış sularının yuyulması nəticəsində qədim və orta əsrlərə aid küp qalıqları və saxsı qabların parçalanmış hissələri aşkar edilib. Aşkarlanmış bütün küp qalıqları Ağdam Rayon Tarix və Diyarşünaslıq muzeyinə təhvil verilib”.

Check Also

Bu gün Azərbaycan Kinosu Günüdür

Avqustun 2-si Azərbaycan kinosunun yarandığı gündür. Boyukmillet.com xatıladır ki, 1898-ci il avqustun 2-də Bakıda Azərbaycan …